HİDROSFER

Yerin su təbəqəsi; atmosferlə litosfer arasında yerləşir. Yer səthinin 70,8-ini təşkil edir. H.-in həcminin təqribən 94%-i dəniz və okeanlar, 4%-i yeraltı sular, 2%-i, əsasən, Arktika, Antraktida və Qrenlandiyanın buzlaq və qar suları, 04%-i qurunun səth sularıdır (çay, göl, bataqlıq). H. atmosfer, yer qabığı və biosferlə daim qarşılıqlı əlaqədədir.
HİDROPSAMMON
HİDROSFER TƏZYİQ
OBASTAN VİKİ
Hidrosfer
Hidrosfer (q.yun. Yδωρ — su və σφαῖρα — sfera-kürə, təbəqə) – Yerin su təbəqəsi. Bura okean və dənizlər, qurudakı su obyektləri olan buzlaqlar, yeraltı sular, çaylar və göllər daxildir. Su yerdə ən çox yayılmış mineraldır. Su ilə zənginlik Yerin kosmik xüsusiyyətidir. A.P.Vinoqradova görə Yer böyüyərək təqribən müasir kütləsinə çatdıqda qızmağa başlamış, mantiyadan maddələr əriyərək uçucu, tezəriyən və çətinəriyən komponentlərə ayrılmışdır. Çətin əriyən komponentlər mantiyada qalmış, tezəriyənlər bazalt şəklində Yer qabığını əmələ gətirmişdir. Uçucu komponentlərlə su buxarı da Yer səthinə qalxmışdır. Yer səthi tədricən soyuduqca su buxarından su təbəqəsi — hidrosfer formalaşmışdır. İlk vaxtlar mantiydan ayrılan maddənin 92%-ni bazalt və 8%-ni su kütləsi təşkil etmişdir.
Hidrosfera

Digər lüğətlərdə