HİPERMEDİA

ing. hyper – artıq, üstün + lat. medium – ara, vasitəçi

HİPERLİNK
HİPERMƏTN
OBASTAN VİKİ
Hipermedia
Hipermedia (hypermedia) – qrafikanın, səsin və videonun informasiyanın (adətən, assosiativ tipli) saxlanması və axtarışı sisteminə birləşdirilməsi. Hipermedia konsepsiyası (xüsusən, seçmə istifadəçinin nəzarət etdiyi interaktiv formatda) belə bir ideya üzərində qurulur ki, istifadəçiyə insan fikrinin işini paralelləşdirən işçi və təlim mühiti, yəni istifadəçinin bir mövzudan digərinə, sadəcə, ardıcıl (məsələn, əlifba sırası ilə) keçdiyi yox, istifadəçiyə mövzular arasında assosasiya qurmağa imkan verən mühit təklif etsin. Hipermedia mövzuları elə əlaqələniblər ki, istifadəçi lazım olan informasiyanı axtararkən bir mövzudan onunla əlaqəli olan digər mövzuya keçə bilər. Məsələn, naviqasiya sahəsində hipermedia-təqdimat astronomiya, quşların miqrasiyası (köçü), coğrafiya, peyklər və radarlar kimi mövzularla əlaqəli ola bilər. Əgər informasiya əsasən mətn şəklindədirsə, onda verilmiş məhsul hipermətndir; əgər videodan, musiqidən, animasiyadan və ya başqa elementlərdən istifadə olunursa, məhsul hipermediadır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

обкле́ить однообра́зный проектиро́вщик расскака́ться сверхсенса́ция то́шный в компле́кте с закры́тое письмо заступи́ться лао́ска настава́ть подшивно́й рокома́н стре́лочник учиня́ться chest culch fulgurate garden-bed oxfly particle self-contained unshed vexilla проматывать