HİQROMETR

(hiqro…+…metr) havanın rütubətini ölçmək üçün cihaz. Çəki (mütləq), tüklü, pərdəli, elektrolitik, keramik və kondensasiya H.-ləri var. Çəki (mütləq) H.-i içərisinə rütubəti udan maddə doldurulmuş U şəkilli borulardan ibarətdir. Rütubəti ölçüləcək hava vasiətsilə bu borulardan sorulur. Sistemin ilkin və son kütləsini, sorulmuş havanın həcmini bilərək mütləq rütubət tapılır. H.-in iş prinsipi müəyyən parametrin rütubətin təsirilə dəyişməsi xassəsinə əsaslanır: tüklü H-də tükün uzunluğu, pərdəli H-də üzvi pərdənin sıxlığı, elektrolitik H-də elektrolitin sıxlığı, elektrolitik H-də elektrolitin konsentrasiyası (keçiriliyici), keramik H-də keramik kütlənin elektrik müqaviməti dəyişir. Ətraf mühitin havasından kondensasiya edilmiş suyun (buzun) təsirrilə metal güzgünün öz oxu ətrafında dönməsi hadisəsinə əsaslanan kondensasiya H-i şeh nöqtəsini təyin edir. Ən çox tüklü H-dən istifadə edilir.
HİQROQRAF
HİQROSKOPİK SU
OBASTAN VİKİ
Hiqrometr
Hiqrometr — rütubət ölçən cihazdır. Yunan sözü hiqros — "nəm" deməkdir. İki növ hiqrometr vardır: kondensasyalı metal hiqrometr və tük hiqrometri. Kondensasyalı metal hiqrometr bilavasitə şeh nöqtəsini təyin etməyə imkan verir. O, bir üzü yaxşı cilalanmış metal qutudan ibarətdir. Qutuya temperaturu ölçmək üçün termometr və efir vurmaq üçün rezin kürəcik birləşdirilir. Şeh nöqtəsi — havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatura deyilir. Efir buxarlandırmaqla qutunun hamar üzündə şeh yaranmasına nail olunur. Bu hala uyğun tempraturu bilməklə cədvələ əsasən havadaki mütləq rütubət təyin edilir. Mütləq rütubət — ədədi qiymətcə havanın bir m3 həzmindəki su buxarınən kütləsinə bərabər olan kəmiyyətə deyilir, ρ=m/V .

Digər lüğətlərdə