HİQROQRAF
(hiqro+..qraf)
havanın nisbi rütubətini fasiləsiz qeyd edən cihaz. H-da həssas element kimi bir dəstə yağsızlaşdırılmış insan tükündən, yaxud üzvi plyonkadan istifadə edilir (bax hiqrometr). Rütubətin gedişi saat mexanizmi vasitəsilə fırlanan barabana sarılmış cizgili kağız lentin üzərində qeyd olunur.