dünyanın bir çox ölkələrində gizli və ya açıq fəaliyyət göstərən İslam qurtuluş partiyasıdır. Təhrirçilərin məqsədi müsəlmanları Xilafəti yaratmaqla İslami həyata qaytarmaqdır. Onlar İslam ölkələrinin başçılarını ölkələrini İslam qanunları ilə idarə etmədiklərinə görə günühkar hesab edirlər. Bu məqsədlərin reallaşması üçün təhrirçilər – öz nüfuzlarını və üzvlərinin sayını artırmaq üçün xüsusi siyasi dəstələr yaradaraq bu istiqamətdə təbliğat aparırlar. “Hizbüt-Təhrir” ideyalarını cəmiyyətdə gündəlik dövri yayımlar, kitablar, söhbətlər vasitəsi ilə yayırlar. Onlar həmçinin “dinsizliyə” qarşı mübarizə aparırlar. Partiya Xilafətin nə vaxt qurulacağı haqqında heç bir açıqlama vermir. Bununla belə, onun qurulmasına doğru yönələn məqsədlərini də gizlətmirlər. Məqsədlərinın siyasi metodlarla gerçəkləşdirilməsinə səylər göstərirlər. Hizbüt-Təhriri 1372/1953-cü ildə hakim olan Təkiəddin Nəbhani yaratmışdır. Onun ölümündən sonra bu quruma Əbdül- Qədim Zəllum başçılıq etmişdir.
Təhrir meydanı(ərəb. ميدان التحرير Mīdān at-Taḥrīr, ing. Liberation Square)- Azadlıq meydanı anlamını daşıyan meydan, Misirin paytaxtı Qahirədə yerləşir.