HOMEO…

гомео … (часть сложных слов, означающая: сходный, подобный)
HOLOQRAFİYA
HOMEOPAT
OBASTAN VİKİ
Homeomorfizm
Homeomorfluq — iki topoloji fəzanın qarşılıqlı birqiymətli və qarşılıqlı kəsilməz inikası. Başqa sözlə, iki X {\displaystyle X} və Y {\displaystyle Y} topoloji fəzaları üçün f : X → Y {\displaystyle f:X\rightarrow Y} kəsilməz inikası qarşılıqlı birqiymətlidirsə və f − 1 : Y → X {\displaystyle f^{-1}:Y\rightarrow X} inikası kəsilməzdirsə, bu fəzalara Homeomorf fəzalar deyiilir. Homeomorfluqda fəzaların saxlanılan xassələirnə topoloji xassələri deyilir. Misallar: Müstəvinin 0 ≤ x ≤ 1 , 0 ≤ y ≤ 1 {\displaystyle 0\leq x\leq 1,0\leq y\leq 1} kvadratı x 2 + y 2 ≤ 1 {\displaystyle x^{2}+y^{2}\leq 1} dairəsinə homeomorfdur. parça intervala homeomorf deyil. == Ədəbiyyat == M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı: "Radius nəşriyyatı", 2016, 296 səh.
Homeomorfluq

Homeopatiya
Homeopatiya (yun. ὅμοιος — «oxşar, bənzər» və πάθος - xəstəlik) — alternativ tibb növü. "Oxşar oxşarı müaliə edir" (lat. Similia similibus curantur) konspepsiyası, homeopatlar tərəfindən rasional farmakoterapiya prinsiplərinə qarşı çıxır. Elm cəmiyyəti homeopatiyanı psevdo-elm, fırıldaqçılıq və dələduzluq hesab edir. Homeopatik prinsipin nəzəri əsaslandırılması sağlam və xəstə orqanizmlərin fəaliyyəti ilə bağlı elmi fikirlərə uyğun gəlmir və aparılan homeopatik preparatların klinik sınaqları homeopatik dərmanların təsiri ilə plasebonun təsiri arasında heç bir fərq ortaya qoymur. Bu o deməkdir ki, homeopatik müalicədən sonra hər hansı bir müsbət duyğu plasebo effekti və xəstəlikdən təbii sağalma ilə əlaqədardır. Bəzi hesablamalar göstərir ki, homepatik preparatlarda aktiv maddənin ən az bir molekulunun olma ehtimalı sıfıra yaxındır. Ümumdünya Səhiyyə Təşkilatı yoluxucu və digər ciddi xəstəliklərin homeopatik müalicəsinə qarşı xəbərdarlıq edir. Təşkilatın mütəxəssislərinə görə, "homeopatiyanın istifadəsinin heç bir sübut əsası yoxdur və əsas müalicəyə alternativ olaraq istifadə edildiyi hallarda insanların sağlamlığı və həyatı üçün real təhlükə yaradır".
Homeostaz
Homeostaz (q.yun. ὁμοιοστάσις; ὅμοιος "eyni, oxşar" + στάσις "dayanma; hərəkətsizlik") — özünü tənzimləmə, açıq sistemin dinamik tarazlığı saxlamağa yönəlmiş əlaqələndirilmiş reaksiyalar vasitəsilə daxili vəziyyətinin sabitliyini qorumaq qabiliyyəti. Sistemin özünü çoxaltmaq, itirilmiş tarazlığı bərpa etmək və xarici mühitin müqavimətini dəf etmək istəyi. Əhali homeostazı populyasiyanın müəyyən sayda fərdlərini uzun müddət saxlamaq qabiliyyətidir. Amerikalı fizioloq Uolter Kennon 1932-ci ildə yazdığı "Bədənin hikməti" ("The Wisdom of the Body") kitabında bu termini "bədənin əksər sabit vəziyyətlərini saxlayan koordinasiya edilmiş fizioloji proseslərin " adı kimi təklif etmişdir. Sonradan bu termin istənilən açıq sistemin daxili vəziyyətinin sabitliyini dinamik şəkildə saxlamaq qabiliyyətinə qədər genişləndirildi. Ancaq daxili mühitin sabitliyi ideyası hələ 1878-ci ildə fransız alimi Klod Bernard tərəfindən tərtib edilmişdir.