HOMEOPATİYA

сущ. мед. гомеопатия (метод лекарственного лечения болезней, заключающийся в применении очень малых доз тех лекарств, которые в больших дозах вызывают у здорового человека признаки данного заболевания)
HOMEOPATİK
HOMO…
OBASTAN VİKİ
Homeopatiya
Homeopatiya (yun. ὅμοιος — «oxşar, bənzər» və πάθος - xəstəlik) — alternativ tibb növü. "Oxşar oxşarı müaliə edir" (lat. Similia similibus curantur) konspepsiyası, homeopatlar tərəfindən rasional farmakoterapiya prinsiplərinə qarşı çıxır. Elm cəmiyyəti homeopatiyanı psevdo-elm, fırıldaqçılıq və dələduzluq hesab edir. Homeopatik prinsipin nəzəri əsaslandırılması sağlam və xəstə orqanizmlərin fəaliyyəti ilə bağlı elmi fikirlərə uyğun gəlmir və aparılan homeopatik preparatların klinik sınaqları homeopatik dərmanların təsiri ilə plasebonun təsiri arasında heç bir fərq ortaya qoymur. Bu o deməkdir ki, homeopatik müalicədən sonra hər hansı bir müsbət duyğu plasebo effekti və xəstəlikdən təbii sağalma ilə əlaqədardır. Bəzi hesablamalar göstərir ki, homepatik preparatlarda aktiv maddənin ən az bir molekulunun olma ehtimalı sıfıra yaxındır. Ümumdünya Səhiyyə Təşkilatı yoluxucu və digər ciddi xəstəliklərin homeopatik müalicəsinə qarşı xəbərdarlıq edir. Təşkilatın mütəxəssislərinə görə, "homeopatiyanın istifadəsinin heç bir sübut əsası yoxdur və əsas müalicəyə alternativ olaraq istifadə edildiyi hallarda insanların sağlamlığı və həyatı üçün real təhlükə yaradır".

Digər lüğətlərdə