Hoppana hoppan
HOPPANA HOPPAN-qədim uşaq oyunudur.
== Oyun ==
Uşaqlar çöpatma və ya sayma qaydası ilə oyun başçısı seçirlər. Başçı uşaqları iki dəstəyə ayırır. Sağdakı uşaqlardan birinə bir şey uzadıb deyir:
- Al bunu!
Soldakı uşaqlardan biri soruşur:
- O nədir?
Sağdakı uşaqlardan biri deyir:
- Hoppana hoppandı. Kim hoppana hoppan deyə bilməsə, hoppa hoppa, ver yoldaşına, hoppana hoppan eləsin. Bu sözləri desin.
Yuxarıdakı sözləri uşaqlar dövrə vurub bir-bir deyir, başçının yanına yüyürürlər. Başçının yanına çatınca hər kəs həmin sözləri söyləyə bilməsə, hərə ona bir lopux vurur.