hoş-hoş 2021
hot-doq
OBASTAN VİKİ
Hoşaf
Hoşaf, quru meyvələrin şəkər suyu ilə qaynadılaraq türk mətbəxində hazırlanan bir desertdir. Adı fars dilində “təmiz su” mənasını verən xoş ab (خوشآب) sözündən gəlir. Hoşaf xüsusilə Ramazan ayında və təzə meyvə ilə hazırlanan komposta, kompot kimi soyuq şəkildə içilir.
Hoşap qalası
Hoşap qalası — orta əsrlərə aid olub Vana təxminən 50–60 km arası məsafədə Van-Başqala yolu üzərindədir. Sıldırım bir yamac üzərində yerləşir. Türkiyə-İran arasındakı yol üzərindən olmasından dolayı qədimdən strateji əhəmiyyəti vardı. Qala eyni adı daşıyan Hoşap suyunun sıldırım qayalıqları üzərində yüksəlir. Məna olaraq yaxşı və ya şirin suya əvəz olur. Rəsmi adı isə Gözəlsudur. İndiyə qədər qalan bir çox tikililər regionda Mahmudi Süleyman adlandırılan şəxs tərəfindən 1643-cü ildə tikdirilmişdir. Əfsanəyə görə, bu müdhiş quruluşu tikən memarın əlləri, digər bir dənə daha beləsini tikər deyə kəsilirdi. Qalanın qərbə baxan girişi və özünəməxsus qapısı pozulmadan günümüzə çatmışdır. Qapının üzərində tikintisi ilə bağlı Fars dilində kitabə və aslan şəkilləri yerləşir.