HURUFÜL-MÜQƏTTƏƏ

ilk baxışdan heç bir məna daşımayan, mənaları yalnız Allah tərəfindən bilinən hərf və ya hərfi birləşmələrdir. Belə huruful-müqəttəə Quranın 29 surələrinin başlanğıcında vardır. Məsələn, “Əlif-Ləm-Mim” (31: 1), “Ta-Ha” (20: 1), “Ya-Sin” (36: 1). Quran təfsirçilərinə görə Məhəmməd peyğəmbər Allahın vəhyini insanlara açıqlayanda bütpərəstlər ona bunu etməkdə mane olmağa çalışırdılar (Quran 41:26). Buna görə də Allah, peyğəmbərə hurufimüqəttəə ilə başlayan surələri endirdi. Onlar bütpərəstlərin diqqətini çəkməyə başlamışdır. Hurufi-müqəttəənin ayrıca ayələr olub-olmaması məsələsində iki baxış vardır. İraq məktəbinə məxsus (Əshabür-Rəy) alimlərə görə onlardan bəziləri ayələrdir. Bəsrə məktəbinin alimləri isə hurufi-müqəttəəni ayrıca ayələr kimi qəbul etmirdilər. Məhəmməd peyğəmbərin səhabələrinə, eləcə də onlardan sonra gələn nəsillərə görə bu hərflərin anlamını yalnız Allah bilir, onları insan düşüncəsi ilə dərk etmək mümkünsüzdür. Başqa sözlə bu hərflərə verilən istənilən təfsir yolverilməzdir. Bəzi alimlərin fikrinə görə hurufimüqəttəənin mənalarını yalnız Məhəmməd peyğəmbər bilmişdir. Buna baxmayaraq, kəlamçılar (I) bununla razılaşmayaraq hurufi-müqəttəənin mənalarını təfsir etməyə çalışmışdırlar. Onların iddiasına görə ayələri Allah insanların dərkinə uyğun nazil etmişdir. Bəzi alimlərin fikrinə görə hurufi-müqəttəənin heç bir mənası yoxdur. Ayrıca, bəzi kəlamçılara görə hurufi-müqəttəənin mənalarını insanlar anlamağa qadir olmasaydı, Allah onları nazil etməzdi. Buna görə də, onlardan bəziləri hurufi-müqəttəənin mənalarını açıqlamağa çalışaraq alleqoriyalara müraciət edirdilər. Buna görə də hurufi-müqəttəənin müxtəlif təfsirləri vardır. Bəzi kəlamçılara görə hurufi-müqəttəə Allahın sifətlərinin hansınınsa özəlliklərini əks etdirir. Məsələn, onlardan bəziləri “Əlif- Ləm-Mim” hərfi birləşməsini “Allah-Lətif- Məcid” kimi başa düşürdülər. Digər kəlamçılara görə bu hərflərdə Allahın bir neçə gözəl adları zikr olunmuşdur. Məsələn, elə o “Əlif-Ləm-Mim” hərf birləşmələrindəki “Əlif” hərfi, Tanrının: Əhəd, Əvvəl, Axır, Əzəli kimi adlarını; “Ləm” hərfi Lətif; “Mim” hərfi isə Məlik və Məcid adlarını bildirir.
HULLƏ
HÜBƏL