HÜBƏL

məkkəlilərin qədim dövrlərdə tapındıqları baş tanrı olmuşdur. Hübəlin bütü Kəbədə yerləşdirilmişdir. Şəhərə Hüzəə qəbiləsi başçılıq edən zaman onlardan olan Əmir ibn Luhay, Hübəlin bütünü Suriyadan Məkkəyə gətirmişdir. O, Suriyada olduqda əhalinin çoxlu sayda bütlərə tapındığını görmüşdür. Bunun səbəbini soruşduqda onlar bu bütlərin onlara yağışın yağdırılmasında yardımçı olduqlarını bildirmişdirlər. O zaman Əmir bu bütlərdən biri olan Hübəli onlardan almış və onu Məkkəyə gətirmişdir. Məkkəyə geri qayıdandan sonra Əmir bu bütü Kəbənin yaxınlığında yüksək yerə qoyaraq xalqını ona tapınmağa çağırmışdır. Rəvayətlərə görə Hübəlin bütü qırmızı əqiqdən hazırlanmış, əli qırılmış insan heykəli görkəmində olmuşdur. Qüreyş qəbiləsi Məkkədə nüfuz qazandıqdan sonra da xalq Hübələ tapınmışdır. Onlar bütün sınmış qolunun yerinə qızıldan yeni bir qol düzəldərək onu yeniləmişdirlər. Sonra qureyşlilər Hübəli Kəbənin içində yerləşdirdilər. Müsəlmanlar şəhəri alana qədər büt orada saxlanılmışdır. Məkkə fəth olunduqdan sonra Məhəmməd peyğəmbər Kəbəyə daxil olmuş və oradakı Hübəlin, eləcə də digər tanrıların bütlərini dağıtmışdır.
HURUFÜL-MÜQƏTTƏƏ
HÜCCƏT

Digər lüğətlərdə