HÜSEYNXAN
HÜSEYNYAR
OBASTAN VİKİ
Hüseynqulu Ağaməmmədov
Hüseynqulu Ağaməmmədov (1905, Qaradağlı, Şuşa qəzası – 19 mart 1988) — Qaradağlı kəndinin ilk ziyalısı. Hüseynqulu Həsən oğlu Ağaməmmədov 1905-ci ildə Ağdamın Qaradağlı kəndində anadan olub. İlk təhsilini Ağdamda alan Hüseynqulu Ağaməmmədov 1930-cu ildən Qaradağlı kəndində müəllimlik edib. Hüseynqulu Ağaməmmədov 1935-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən Ali Partiya Məktəbinə qəbul olub. 1938-1941-ci illərdə Ağdam rayon partiya komitəsində işləyib. Hüseynqulu Ağaməmmədov 1941-1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yaralanaraq, ordudan tərxis olunub. Hüseynqulu Ağaməmmədov 1947-ci ildə Qaradağlı kəndində 350 nüsxə kitabdan ibarət ilk kitabxana açıb. İki il kitabxana müdiri işləyib. Hüseynqulu Ağaməmmədov 1949-1971-ci illərdə Ağdam rayonu Qaradağlı kənd sovetində sədr işləyib.
Hüseynqulu Bağırov
Bağırov Hüseynqulu Seyid oğlu — Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət naziri (2000-2001). == Həyatı == Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb. == Fəaliyyəti == 1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib.
Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həmdə 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb. == Həyatı == Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi.
Hüseynqulu Səlimov
Hüseynqulu Yusif oğlu Səlimov (9.10.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Bakı real məktəbini bitirmiş (1909), Xarkov Texnologiya İnstitutunun kimya Şöbəsində 3-cü kursadək oxumuşdur. Lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Hüseynqulu Səlimovun təhsilini kimya sahəsində davam etdirməsi üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Hüseynqulu xan
Şəxslər Hüseynqulu xan (Bakı xanı) — Bakı xanı. Hüseynqulu xan Sərdar — İrəvan xanı. Hüseynqulu xan Dünbili — Xoy hakimi Hüseynqulu xan Xoyski — çar ordusunun general-mayoru.
Hacı Hüseynqulu məscidi
Hacı Hüseynqulu məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə kəndində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Ordubadın Gənzə kəndinin mərkəzində yerləşir. Ölçüsü 23x14 m-dir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə "Mərhum Hacı Hüseynqulu, 16-cı əsr" sözləri həkk edilmişdir. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, XX əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib.
Hüseynqulu sultan Şamlı
Hüseynqulu sultan Şamlı (?-1581)—Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi. == Həyatı == Hüseynqulu sultan Şamlı hərbi xidmətə I Şah Təhmasib Səfəvinin ilxısında mehtərbaşı vəzifəsi ilə başlamışdı. sonra saraya gətirilmişdi. Yasavulbaşı təyin edilmişdi. II Şah İsmayıl Səfəvi saray vəzifəsi eşikağasıbaşı (saray təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Sonra Səbzivar vilayətinə hakim göndərildi. Hüseyqulu sultan Şamlı elinin Azərbaycan qrupunun başçısı idi. Şirvanda, Xaçmaz üzərinə yürüş ucbatından Əmir xan Türkmanla Şahrux xan arasında ədavət düşmüşdü. Pirə Məhəmməd xan Ustaclının və Hüseynqulu sultan eşikağasıbaşı Şamlının başçı olduqları ustaclı və şamlı tayfaları Şahrux xanın tərəfini saxlayaraq türkman tayfasına qarşı çıxdılar. Qulu bəy qorçibaşı tayfalararası silahlı toqquşmanın qarşısını çətinliklə ala bildi.
Hüseynqulu xan Avşar
Hüseynqulu xan Avşar — Məhəmmədəli xan Avşarın oğlu və Zülfüqar xan Əmirli-Avşarın nəvəsi, Fətəli şah Qacar dövrünün şairlərindən dir. O, Abbas mirzə Qovanlı-Qacarın məiyyətində idi, ona görə şeirdə "Çakir" təxəllüs edirdi. Zülfüqar xan Əsəədəddövlə onun oğlu idi. Hüseynqulu xan, Azərbaycanca və farsca şeirlər yazıb. == Qaynaqlar == عاقلی، باقر. خاندان های حکومت گر در ايران (جلد دوم). تهران: نشر نامک، 1386. ISBN 964-6895-42-5.
Hüseynqulu xan Bəyləri
Heydərqulu xan Abbasqulu xan oğlu Bəyləri (10 may 1905, Təbriz – 1981, Təbriz) — Cənubi Azərbaycan hərbçisi, general-mayor. == Həyatı == Heydərqulu xan Abbasqulu xanın oğlu, Mirzə Əhməd xan Bəylərinin nəvəsidir, Ağacan xanın nəticəsidir. Atası Abbasqulu xan İran kazak diviziyasının polkovniki idi. Özü də 1919-cu ildə hərbi məktəb leytenant rütbəsi ilə bitirmişdi. Heydərqulu xan Bəyləri 1926-cı ildə Salmas hərbi hissəsində baş verən qiyamın yatırılmasında iştirak etmişdi. 1930-cu illərdə Maku, Sərdəşt, Sobucbulaq əməliyyatlarında iştirak etmişdi. Heydərqulu xan Bəyləri "Bir əsgərin xatirəsi" kitabının müəllifidir. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Hüseynqulu xan Dünbili
Hüseynqulu xan Əhməd xan oğlu Dünbili (?-1798) — Xoy xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan qardaşı Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.
Hüseynqulu xan Etimadəddövlə
Hüseynqulu xan Hacı Mirzə Mehdi xan oğlu Etimadəddövlə (?-?) — Urmiyanın hakimi. == Həyatı == Hüseynqulu xan Hacı Mirzə Mehdi xan Etimadi-Dəftərin oğlu, o da Hacı Mirzə İshaq xan Mustovfinin, o da Mirzə Məhəmməd Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hüseynqulu xan Etimadəddövlə bir neçə dəfə Urmiyanın hakimi olmuşdu. İşlədiyi dövrdə ədaləti, işgüzarlığı və davranışı ilə seçilirdi. 1917-ci ildə Rusiyada inqilab baş verəndən sonra Cənubi Azərbaycanda da oyanma baş verdi. Daha heç kim köhnə qayda-qanunla yaşamaq istəmirdi. Yeni qəzetlər yarandı, nümayişlər baş verdi. Şeyx Məhəmməd Xiyabani, İsmayıl Növbəri və başqa inqilabçılar tez-tez Urmiyada görünməyə başladılar. Şəhərin Məşrutədən sonrakı sakit havası pozuldu.
Hüseynqulu xan Nuri
Hüseynqulu xan Nuri (1850–1899) — İranın Qacar dövrünün səfiri, dövlət xadimi == Həyatı == Hüseynqulu xan Mirzə Ağa xan oğlu 1850-ci ildə anadan olmuşdur. Hüseynqulu xan Nuri İranda "Hacı Vaşinqton" adı ilə tanınırdı. O, İranın Fransa, ABŞ və başqa ölkələrdə səfiri olmuşdu. Hüseynqulu xan Nuri 1899-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Hüseynqulu xan Nəvvab
Hüseynqulu xan Cəfərqlu xan oğlu Nəvvab (Motaməd ül-Vüzarə, sonra Sədr əs-Səltənə) (fars. حسینقلی خان صدرالسلطنه‎; 1864, Tehran – 1920, Tehran) — İran naziri, diplomat, siyasətçi. == Həyatı == Hüseynqulu xan Cəfərqlu xan oğlu 1864-cü ildə Şiraz şəhərində anadan olmuşdu. Babası Məhəmmədrza xan Mazandarani Hindistanda, Böyük Moğollar dövlətində nəvvab kimi xidmət etmişdi. Ondan sonra Cəfərəli xan bu soyun başçısı olmuşdu. O, Kərbəlaya gedərkən Şirazlı Mirzə Həsənəli ibn Hacı Ağası bəy onun bacısı ilə evlənmişdi. Bu izdivacdan sonra Nəvvab soyu Şirazda məskunlaşmışdı. Cəfərəli xanin Mirzə Məhəmmədəli xan adlı oğlu vardı. O da Fars əyalətinin məşhur simalarından idi. Mirzə Məhəmmədəli xan da Cəfərqlu xan adlı oğlu olmuşdu.
Hüseynqulu xan Qacar
Hüseynqulu xan Qovanlı-Qacar — Qacar sərkərdəsi, Fətəli şahın atası Hüseynqulu xan Qacar (İrəvan) — İrəvan xanı.
Hüseynqulu xan Sərdar
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir.I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi. İvan Şopen bu haqda yazırdı: "...nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi.
Hüseynqulu Mirzə Qovanlı-Qacar
Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1884, Təbriz – 1945, Tehran) — şahzadə, əyalət valisi == Həyatı == Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Nüsrətüssəltənə ləqəbi almışdı. Hüseynqulu mirzə orduda xidmət etmişdi. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdu. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar. Hüseynqulu mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə qurmuşdu.
Hüseynqulu xan (Bakı xanı)
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu — 1792-1806 - cı illərdə Bakı xanı. == Həyatı == Huseynqulu xan I Mirzə Məhəmməd xanın nəvəsidir. Hüseynqulu xan 1792-ci ildə əmisi Məhəmmədqulu xanın vəfatından sonra taxta çıxmışdır. O, yeznəsi Qasım bəy Mansurxan bəy oğlunun və digər yaxın bəylərin köməyi ilə hakimiyyətə gəlib, 14 il, 1806-cı ildə ruslar Bakını alanadək burada hakimlik edib1792-1806-cı illərdə hakimiyyətdə olmuş Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir.Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır. İçərişəhər yaxınlığında rus qarnizonu ilə Hüseynqulu xanın qoşunu arasındakı döyüşdə hər iki tərəfin silah sursatı qurtarır və ruslar Dağıstana xəbər göndərərək Hacı Tərxandan əlavə kömək alırlar.
Hüseynqulu xan Qacar (İrəvan)
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir.I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi. İvan Şopen bu haqda yazırdı: "...nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi.
Hüseynqulu xan Qasımlı-Avşar
Hüseynqulu xan İmamqulu xan oğlu Qasımlı-Avşar (?-1821) — Urmiya xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hüseynqulu xan Urmiya hakimiyyətini öz qanuni haqqı bilirdi. Ona görə də əmisinə qarşı gah gizlin, gah aşkar mübarizə aparırdı. Ağaməhəmməd şah Qacarın ölümündən sonra Güney Azərbaycan xanlarından bəziləri müstəqillik eşqinə düşdülər. Məhəmmədqulu xan da onlara qoşuldu. Onlar Təbrizə yığışıb, hərəkətə başlamağı qərara aldılar. Məhəmmədqulu xan yolda Urmiyadan məktub alır. Ona bildirirdilər ki, qardaşıoğlu Hüseynqulu xan üsyan qaldırıb.
Hüseynqulu Şahmuradov
Hüseynqulu Ramazan oğlu Şahmuradov (21 mart 1932, Qubadlı rayonu – 10 iyun 1994, Bakı) — cərrah, daxili xəstəlikər həkimi, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Hüseynqulu Şahmuradov 1932-ci il martın 21-də Qubadlı rayonunda dünyaya göz açmışdır. Atası, anası savadsız olsalar da onun elmə sonsuz həvəsi vardı. 1949-cu ildə Qubadlıda orta məktəbi əla qiymətlərlə bitirən Hüseynqulu kimya və biologiya fənlərinə xüsusi marağı olduğu üçün Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə cərrah ixtisası üzrə institutu bitirir. Onun təyinatını Qazaxıstana versələr də, həkim buna qəti etiraz edir ve Qubadlıda qalıb işləmək istədiyini və burda daha gərəkli olduğunu bildirir. Hüseynqulu həkim rayondan xeyli uzaqda Muradxanlı kəndində fəaliyyətə başlayır və burada çalışdığı 2 il ərzində kənd camaatının böyük hörmətini qazanır. Hüseynqulu Şahmuradov 1959-cu ildə ailə həyatı qurur. 1961-ci ildə o, Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. 1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim, elə həmin il oğlunu itirir.
Hüseynqulu Əliyev
Hüseynqulu Əli oğlu Əliyev (3 fevral 1949, Bist, Ordubad rayonu) — Azərbaycan rəssamı və heykəltaraşı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Hüseynqulu Əliyev 3 fevral 1949-cu ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1971–1975-ci illərdə Əzim Əzimzadə adına Bakı rəssamlıq məktəbində, 1977–1982-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ tətbiqi sənət fakültəsində təhsil almışdır. 1982–1988-ci illərdə Naxçıvan Dövlət Rəsm Qalereyasında işləmişdir. 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı işləyir. Hazırda Naxçıvan Dövlət Universitetində kafedra müdiridir. == Yaradıcılığı == Hüseynqulu Əliyev "Koroğlu" və "Bəhruz Kəngərli" heykəllərini (Naxçıvan şəhəri), "Ana abidəsi"ni (Şəhidlər Xiyabanı), Şəhidlər abidəsini (Vənənd və Nehrəm kəndləri) yaratmışdır. Rəngkarlıq, qrafika, karikatura janrlarında əsərləri var. C.Məmmədquluzadənin portreti (1990), "C.Məmmədquluzadə və H.Cavid" (1990), "C.Məmmədquluzadə oğlu Midhətlə" (1990), "C.Məmmədquluzadənin oğlu Ənvərin ailə üzvlərinin portreti" (1994), "Qurbanəli bəy" hekayəsi mövzusunda barelyef (1989), "Saqqallı uşaq" (1989), "Konsulun arvadı" (1989) əsərlərinə illüstrasiyalar, C.Məmmədquluzadənin büstü (1985) və sair əsərləri yaratmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün "Ölülər" tamaşasının geyim eskizlərini çəkmişdir (1988–1989).
Məşədi Hüseynqulu
Məşədi Hüseynqulu — Cəlil Məmmədquluzadənin ata tərəfdən babası. == Həyatı == Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. XIX əsrin 40-cı illərində Naxçıvana gəlmiş, burada evlənmişdir. Bənnalıqla məşğul olmuşdur. Dindar olmuş, Məşhəddə( İran, Xorasan) imam Rzanın qəbrini ziyarət etmişdir. === Vəfatı === 1905-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. == Ədəbiyyat == Qulam Məmmədli,Molla Nəsrəddin (salnamə),Bakı,1984 İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühit və müasirləri,Bakı,1997 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Hüseynqulu xan Xoyski
Xoyski Hüseynqulu xan İsgəndər xan oğlu (1869, Yelizavetpol – 1955, İstanbul) – çar ordusunun general-mayoru. Fətəli xan və Rüstəm xan Xoyskilərin böyük qardaşı. == Həyatı == Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İsgəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı. General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur. == Azərbaycan Demokratik Respublikası dövründə == Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi.
Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. == Həyatı == Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. 12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi. 1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı.
Molla Hüseynqulu Həmədani
Molla Hüseynqulu Həmədani (1823 -1893) — islam alimi, müctəhid. == Həyatı == Ayətullah Həsən Sədr “Əməl vəl Aməl” kitabında belə buyurur: Onun söz və davranışda və hətta fətva verməməkdə və vəzifələri qəbul etməməkdəki tərzi və yolu Seyyid ibn Tavus kimi idi. Belə ki, camaat namazlarını belə açıq şəkildə iqamə etməzdi. Fiqh və üsul elmlərini ustadı Şeyx Ənsarinin qələmə aldığı təqrir kitabından dərs verir, camaat namazını isə az bir xas şəxslərlə evdə iqamə edərdi. Tələbələrinin tərbiyə və dərsləri (yetişmələri) üçün səy edərək onları cəhalət zülmətindən mərifət nuruna hidayət edərək, şəri riyazətlərlə və əməli mübarizələrlə hər növ çirkinliklərdən təmizləyərək Allahın saleh qullarından etdi. Mərhum Mirzə Cavad Məliki-Təbrizi (İmam Xomeyninin əxlaq ustadı) Axund Molla Hüseynqulu Həmədaninin seçilmiş tələbələrindəndi, belə deyir: Şeyx və haqq elmlərdə mənim qabaqcıllarım belə deyirlərdi: axirəti istəyənlər dini məqamlarda heç bir yerə gəlməyiblər, sadəcə gecəni oyaq qalıb, gecələri ibadətlə keçirənlər bu məqama çatıblar. == Bəzi tələbələri == Şeyx Məhəmməd Bəhari (özündən sonra vəsisi) Seyyid Əhməd Kərbəlayi Seyyid Həsən Sədr Seyyid Əbdülğəffar Mazandarani Şeyx Əli Zahid Qummi Mirzə Cavad Məliki-Təbrizi Seyid Cəmaləddin ƏfqaniƏmirəl Möminin Əli (ə) “Vadius-Səlam” ruhlarına feyzləri Axundun xas tələbələrindən olan Ayətullah Seyyid Əbdülhüseyin Lari onun haqqında belə buyurur: “Axund Molla Hüseyinqulu Həmədaninin belə buyurduğunu eşitdim: “Nəcəfdə elə insanlar varki, bu insanlar Hz. Əmirəlmöminin Əlinin (ə) nurani türbəsindən yuxarı çıxan feyzlərin “Vadius-Səlam”dakı ölülərin ruhlarına çatmalarını zahiri gözləriylə görməkdədirlər. Bunun bənzəri qəbirlərlə birləşən nur xətləri kimidir.” Biz o kimsə dediyi insanların, özü olduğunu bilirdik, amma bunları büruzə verməzdi və bu cür kəramətlər və mükaşifələri olduqca çox idi. Axund Molla Hüseyinqulu Həmədani, bir ömür nəfsiylə mübarizədən və mərifətə teşnə (ehtiyacı) olanların tərbiyə və təliminə özünü sərf etdikdən sonra 28 şaban 1311 hicri qəməri ilində (1890 miladi ilində) Kərbəlada İmam Hüseyin (ə) ziyarət etdiyi vaxtda əbədi aləmə köçdü.
Hüseynqulu xan Qasımlı-Avşar (kitab)
Hüseynqulu xan Qasımlı-Avşar — Ənvər Çingizoğlunun bu kitabı Urmiya xanlığının sonuncu hakimi haqqındadır. Kitabda Urmiya xanlığının hakimi, məşhur Avşar sərkərdəsi Hüseynqulu xan Qasımlı-Avşarın yaşam salnaməsi əks olunub. Onun tarix səhnəsinə çıxmasının tarixi zəmini və əsas məqamları kitabda izlənmiş, şəxsiyyəti barədə ətraflı məlumat verilmişdir. Urmiya xanlığı uğrunda göstərdiyi çaba-çalışmalar təfərrüatı ilə təsvir edilmişdir.
Hüseynqulu xan Qovanlı-Qacar
Hüseynqulu xan Qovanlı-Qacar (1751-1775) — Qacar sərkərdəsi, Fətəli şahın atası. == Həyatı == Məhəmmədhəsən xanın ikinci oğlu Hüseynqulu xan 1751-ci ildə Astrabad civarında dünyaya gəlmişdir. Hüseynqulu xan Kərim xan Zənd tərəfindən Damğanın hakimi olmuşdu. Sonra qiyam qaldırıb müstəqilliyini elan etmişdi. Polkovnik Qold Smit Hüseynqulu xanın öldürülməsi barədə belə yazır: "Kərim xan Zənd gördü ki, Cahansuz şahın öhdəsindən gələ bilmir. Onun üstünə qoşun çəkəsi olsa, gərək milyonlarla pul xərcləyə və özü də Astarabada gedə. Ona görə qərara gəldi ki, bir nəfər qatil göndərsin. Ona görə Əli xan Dəvəlini hüzuruna çağırıb ona dedi: "Nə qədər pul istəsən, sənə verəcəyəm, bu şərtlə ki, Hüseynqulu xanı öldürəsən. Ona tapşırdı ki, Astarabada çatanda özünü ipək taciri kimi qələmə versin". Əli xan Dəvəli-Qacar Hüseynqulu xanın qan düşmənlərini tapıb başına topladı.
Hüseynqulu xan Qovanlı-Qacar (kitab)
Hüseynqulu xan Qovanlı-Qacar — Ənvər Çingizoğlunun bu kitabı İrəvan xanlığının sonuncu hakimi haqqındadır. Kitabda İrəvan xanlığının hakimi, məşhur Qacar sərkərdəsi Hüseynqulu xan Qovanlı-Qacarın yaşam salnaməsi əks olunub. Onun tarix səhnəsinə çıxmasının tarixi zəmini və əsas məqamları kitabda izlənmiş, şəxsiyyəti barədə ətrafli məlumat verilmişdir. İrəvan xanlığı uğrunda göstərdiyi çaba-çalışmalar təfərrüatı ilə təsvir edilmişdir.
Hüseynqulu xan Sərdar İrəvani
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742—1831) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir.I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi. İvan Şopen bu haqda yazırdı: "...nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi.
Hüseynquluağalı
Nərimanlı — (tarixi adı: Hüseynquluağalı) Göyçə mahalının Basarkeçər rayonunda kənd. Hüseynquluağalı bu kəndin əvvəlki adıdır. == Tarixi == Nərimanlı kəndinin sakinlərinin dediyinə görə kəndin adı yarandığı ilk gündən XIV əsrin axırı (1387–1388), XV əsrin əvvələrindən (1410–1415) 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilmişdir. Hüseynquluağalı - 1387–1388-1926-cı ilə qədər Nərimanlı — 1926–1988-ci ilin dekabrına qədər olmuşdur. Kəndin Çuxurlu, Çamırlı, və Ortakənd adlarının yaranma tarixləri dəqiq olmadığı üçün yazılmamışdır. Kəndin Hüseynquluağalı və Nərimanlı adlarının yaranma tarixi dəqiqdir. Hüseynquluağalı Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Quluağa (Böyük Məzrə),Vəliağa(Zod) Qaraiman (Oğruca), Hüseynquluağa (Nərinmanlı) kəndin himini salmış və onun adı ilə bağlıdır. Hüseynqulu ağa (ağa titul bildirir) şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında kəndin adı yaranmışdır. Antropotoponimdir. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır.
Hüseynqulular
Hüseynqulular — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd hüseynqulular nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Tarixən Mehdi Hüseynqulu xan tərəfindən yaradıldığı haqda fərziyyələr var. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın sahilində, Çınqıldağ silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
блок-ко́мната виброболе́знь интернетома́ния канди́ль фотодокументальный истаска́ть моли́тва подли́ва разуплотни́ть с тех пор когда соподчине́ние плесна томаша admonitive hammal impracticable kaleidoscope Olde Worlde pasch Peterborough satiric turtledove девятилетний огрести щербина