HƏRBİ-HAVA

прил. военно-воздушный (относящийся к вооруженным силам, действующим в воздухе, к ведению войны в воздухе). Hərbi-hava qüvvələri военно-воздушные силы (ВВС), hərbihava donanması военно-воздушный флот (ВВФ)
HƏRBİ-FAŞİST
HƏRBİ-HƏKİM
OBASTAN VİKİ
Hərbi hava qüvvələri
Hava qüvvələri, ya da bəzi ölkələrdə xatırlandığı kimi hava ordusu, ən geniş mənada əsas olaraq hava döyüşü icra etmək üzrə qurulmuş və ölkənin havadan müdafiə olunmasını təmin etmək üçün hərbi təyyarə, vertolyot kimi hava vasitələrindən və buraya daxil digər xidmətlərindən yaradılan təşkilatdır. Daha spesifik olaraq, hava qüvvələri bir ordunun; quru qoşunları, dəniz donanması və digər hərbi birləşmələrdən fərqli olaraq hava döyüşündən məsul silahlı xidmət növüdür. Hava qüvvələri ümumiyyətlə qırıcı, bombardman təyyarəsi, hərbi nəqliyyat təyyarəsi və təlim təyyarələri kimi digər təyyarələrdən ibarət olan bir flota malikdir.
ABŞ Hərbi Hava Qüvvələri
Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri (ing. United States Air Force; abr: USAF) ABŞ-nin hərbi təşkilatlanmasının ən böyük qollarından biridir. Hava müharibələri hava hücumundan müdafiə və hərbi kosmik araşdırmaların inkişafı ilə məşğuldur. Ayrıca digər hərbi şöbələrə hava dəstəyi və xidmətlər göstərir. 1941-ci ildə Hərbi Hava Qüvvələri olaraq Quru Qoşunları daxilində muxtar bir komandanlığa çevrilmiş və 1947-ci il Milli Təhlükəsizlik Qanunu ilə müstəqil ABŞ Hərbi Hava Qüvvələri yaradılmışdır.
Azərbaycan Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə — Azərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri. == Tarixi == Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Banqladeş Hərbi Hava Qüvvələri
Banqladeş Hərbi Hava Qüvvələri (benq. বাংলাদেশ বিমান বাহিনী) — Banqladeş Silahlı Qüvvələrinin hava müharibəsi şöbəsi, ilk növbədə, Banqladeş ərazisinin hava müdafiə sisteminə və Banqladeş Ordusuna və Dəniz Qüvvələrinə hava dəstəyini təmin etmişdir. Bundan əlavə, xidmət ölkənin strateji hava nəqliyyatı və logistika imkanlarının təmin edilməsi üçün ərazi roluna malikdir. 1971-ci ildən etibarən. yaradıldığı Banqladeş Azadlıq Döyüşündən sonra, Körfəz müharibəsi koalisiyası və Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyaları daxil olmaqla, beynəlxalq səylərə dəstək olmaq üçün müxtəlif döyüş və humanitar əməliyyatlarda iştirak etmişdir. == Tarixi == === Qurulması === Banqladeş Hərbi Hava Qüvvələri rəsmi olaraq 1971-ci ildə Banqladeşin müstəqillik döyüşündə Pakistanın Sektor Komandirləri Konfransında formalaşmışdı. Rəsmi formalaşma tarixi 28 sentyabr 1971-ci il tarixində təsis edilmişdir və rəsmi olaraq 8 oktyabr 1971-ci ildə hökumət tərəfindən buraxılmışdır. BAF-ın ilk personalları müharibənin başlanğıcında Şərqi Pakistanda yerləşən və Banqladeş tərəfinə keçən Pakistan Hava Qüvvələrinin Bengaliyalı üzvləri idi.
Belarus Hərbi Hava Qüvvələri
Belarus Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri (belarusca: Ваенна-паветраныя сілы і войскі супрацьпаветранай абароны Рэспублікі Беларусь) — Belarus Silahlı Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərən xüsusi hərbi birləşmədir. 1992-ci ildə Belarus ərazisində dislokasiya olunmuş Sovet Hərbi Hava Qüvvələrinin 26-cı Hava Ordusunun əsasında yaradılmışdır.5 may 1942-ci ildə Qərb cəbhəsinin hava qüvvələrinin əsasında 1-ci Hava Ordusu yaradılmışdır. 10 yanvar 1949-cu ildə rəhbərliyin əmrinə əsasən bu ordunun adı dəyişdirilərək 26-cı Hava Ordusu adlandırılmışdır. 1 may 1988-ci il tarixində SSRİ Müdafiə Nazirliyinin 0018 saylı qərarına əsasən 26-cı Ordu Belarus Hərbi Dairəsinin Hava Qüvvələrinin tərkibinə verilmişdir. 15 may 1992-ci ildə Belarus Respublikası Müdafiə Nazirliyinin 05 saylı əmrinə əsasən 26-cı Hava Ordusu Belarus HHQ-nin tabeçiliyinə verilmişdir. Belarus HHQ-nin Rusiya HHQ ilə çox yaxın əlaqələri var. == Qəzalar == 30 avqust 2009-cu ildə Polşanın Radom şəhərində Aviaşounun ikinci günü bir ədəd Su-27UBM döyüş təyyarəsi qəzaya uğramışdır.21 aprel 2010-cu ildə təlimlər zamanı iki ədəd MiQ-29 döyüş təyyarəsi toqquşmuşdur. Təyyarələrdən biri yerə təhlükəsiz şəkildə eniş edə bilsə də, digəri qəzaya uğramışdır.23 sentyabr 2010-cu ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.29 noyabr 2011-ci ildə bir ədəd Mi-24 döyüş helikopteri Novye Zasimoviçi kəndi yaxınlığındakı meşəlik ərazidə qəzaya uğramış, nəticədə hər üç ekipaj üzvü həlak olmuşdur.12 iyun 2012-ci ildə bir ədəd Su-25 kiçik bir kəndin yaxınlığında qəzaya uğramışdır. Qəzanın baş vermə səbəbi pilot Nikolay Qridnyovun aşağı hündürlükdə manevr edərkən idarəetməni itirməsi olmuşdur.11 noyabr 2014-cü ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.23 fevral 2017-ci ildə bir ədəd MiQ-29 havalanarkən mühərrikdə baş verən yanğın səbəbilə təyyarə qəzaya uğramış, pilot katapult edərək sağ qalmışdır. == Gələcək planlar == Gələcək planlara görə, Belarus Rusiyadan 18 ədəd Su-30K və ya Su-30KN tipi döyüş təyyarəsi almağı hədəfləyir.
Britaniya Hərbi Hava Qüvvələri
Britaniya Hərbi Hava Qüvvələri (ing. Royal Air Force) — Böyük Britaniyanı hər cür bombardman və hava hücumundan qorumaq məqsədiylə 1 aprel 1918-ci ildə yaranmışdır . Hal-hazırda 35,650 nəfər heyət və 1.069 təyyarəsiylə xidmət göstərməkdədir. RAF 1918-ci il 1 aprel tarixində kraliçanın əmri ilə yaranmışdır. Məqsədi Birləşmiş Krallığı hər cür hava hücumundan qorumaq idi . Qısa müddətdə ardıcıl təyyarə istehsalına başlanmışdı. 1939-cu ildə İkinci Dünya müharibəsi başladığı vaxt (Britaniya uğrunda döyüş zamanı) Birləşmiş Krallıq havada böyük bir üstünlüyə sahib idi. Xüsusilə Almaniya RAF'a qarşı üstünlük qazanmaq üçün bir çox təyyarə hazırlasa da müvəffəqiyyətsiz oldu. 1940-ci ildə İngilislər Britaniya Döyüşündə radarı icad etdilər. Bu da aviasiya tarixində bir yenilik oldu .
Ermənistan Hərbi Hava Qüvvələri
Ermənistan HHQ-nin (ermənicə Հայաստանի Ռազմաօդային Ուժեր) inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İlyushin İL-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil. Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni). Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni Hava Limanındakı 3624 saylı aviabazada saxlanılır. Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlanıb.
Fransa Hərbi Hava Qüvvələri
Fransa Hərbi Hava Qüvvələri (fr. Armée de l'air) Fransa Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İlk olaraq 1909-cu ildə Fransa Ordusunun tərkib hissəsi olaraq fəaliyyətə başlasa da, 1934-cü ildən etibarən birbaşa Silahlı Qüvvələrə tabe olan müstəqil qurum kimi fəaliyyətini davam etdirir. Fransa Müdafiə Nazirliyinin 2014-cü ildə verdiyi məlumata görə hərbi hava qüvvələrində olan müxtəlif növ uçuş aparatlarının (təyyarə və helikopter) ümumi sayı 658 ədəddir. Fransa HHQ-də 241 ədəd döyüş təyyarəsi silahlanmaya daxildir ki, bunun da 133 ədədi Dassault Miraj 2000 və 108 ədədi isə Dassault Rafale qırıcılarıdır. 2017-ci ilə olan məlumata əsasən Fransa Hərbi Hava Qüvvələrində 41,160 nəfər xidmət edir. Ehtiyat qüvvələrin sayı isə 5,187 nəfərdən ibarətdir. == Tarixi == Fransızlar 1909-cu ildən etibarən öz hərbi hava qüvvələrini aktiv şəkildə inkişaf etdirməyə başlamışdır. Artıq 1930-cu illərdə Fransa HHQ-nin kəmiyyət və keyfiyyət cəhətdən Lüftvaffedən geri qalması İkinci dünya müharibəsi ərzində baş vermiş Fransa müharibəsində onların almanlara məğlub olması ilə nəticələnmişdir. İkinci dünya müharibəsi başa çatdıqdan sonra Fransa hökuməti yerli təyyarə istehsalı prosesini sürətləndirmişdir.
Gürcüstan Hərbi Hava Qüvvələri
Gürcüstan Hərbi Hava Qüvvələri (gürc. საქართველოს საჰაერო ძალები, sak’art’velos sahaero dzalebi) 1991-ci ildən 2010-cu ilə qədər Gürcüstan Silahlı Qüvvələrinin tərkib hissəsi olmuşdur. 2009-cu ilin sentyabr ayına olan məlumata görə, HHQ-də 2,971 nəfər hərbi və mülki qulluqçu fəaliyyət göstərirdi. == Tarix == Gürcüstan Hərbi Hava və Hava Hücumundan Müdafiə Diviziyası 1 yanvar 1992-ci il tarixində qurulmuşdur. 18 avqust 1998-ci ildə iki diviziya birləşmiş və vahid Gürcüstan HHQ yaranmışdır. İlk döyüş uçuşu Abxaziya müharibəsi (1992-1993) zamanı 19 sentyabr 1992-ci ildə İzani Tsertsvadze və Valeri Nakopiya tərəfindən həyata keçirilmişdir. Bu tarix sonradan Gürcüstan HHQ günü kimi qeyd edilirdi. 2008-ci ilin avqustunda Rusiya ilə müharibənin ilk günlərində aktiv istifadə olunmasına baxmayaraq, sonradan Rusiya hava üstünlüyünü ələ keçirmişdir. Bu müharibə ərzində rus mənbələrinə əsasən Gürcüstan HHQ-nə məxsus üç ədəd Su-25 və iki ədəd L-29 vurulmuşdur. Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlər zamanı 5 nəfər HHQ əməkdaşı həlak olmuşdur.2010-cu ildə Gürcüstan HHQ yenidən təşkil olundu.
Kral Hərbi Hava Qüvvələri
Britaniya Hərbi Hava Qüvvələri (ing. Royal Air Force) — Böyük Britaniyanı hər cür bombardman və hava hücumundan qorumaq məqsədiylə 1 aprel 1918-ci ildə yaranmışdır . Hal-hazırda 35,650 nəfər heyət və 1.069 təyyarəsiylə xidmət göstərməkdədir. RAF 1918-ci il 1 aprel tarixində kraliçanın əmri ilə yaranmışdır. Məqsədi Birləşmiş Krallığı hər cür hava hücumundan qorumaq idi . Qısa müddətdə ardıcıl təyyarə istehsalına başlanmışdı. 1939-cu ildə İkinci Dünya müharibəsi başladığı vaxt (Britaniya uğrunda döyüş zamanı) Birləşmiş Krallıq havada böyük bir üstünlüyə sahib idi. Xüsusilə Almaniya RAF'a qarşı üstünlük qazanmaq üçün bir çox təyyarə hazırlasa da müvəffəqiyyətsiz oldu. 1940-ci ildə İngilislər Britaniya Döyüşündə radarı icad etdilər. Bu da aviasiya tarixində bir yenilik oldu .
Misir Hərbi Hava Qüvvələri
Misir Hərbi Hava Qüvvələri (ərəb. القوات الجوية المصرية‎) Misir Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi ölkənin hava məkanını istənilən təhdidə qarşı müdafiə etmək və ya lazım olacağı təqdirdə digər qoşun növləri ilə birlikdə hücum əməliyyatları həyata keçirməkdir. Misir Ordusunun Hava Xidmətinin əsası 1932-ci ildə qoyulmuş, 1937-ci ildən etibarən müstəqil qurum olaraq fəaliyyətini davam etdirmişdir. İkinci dünya müharibəsində kiçikmiqyaslı döyüş əməliyyatlarında iştirak etmişdir. 1948-ci ildən 1973-cü ilə qədər İsraillə dörd müharibədə qarşılaşmışdır. 1977-ci ildə Şimali Yəmən vətəndaş müharibəsi və Liviya-Misir müharibəsi ərzində Misir Ordusuna dəstək vermişdir. 1977-ci ildən 2011-ci ilə qədər heç bir döyüş əməliyyatında birbaşa iştirak etməsə də, bir çox təlimlərdə iştirakçı olmuşdur. 1992-ci ildən etibarən terrorizmə qarşı mübarizə edən qüvvələrin tərkibinə daxildir. == Təchizatı == Kemp Devid müqaviləsi imzalandıqdan sonra Misir HHQ-də köklü dəyişikliklər başladı.
Pakistan Hərbi Hava Qüvvələri
Pakistan Hərbi Qüvvələri (urdu پاک فِضائیہ‎—Pāk Fizāʾiyah) Pakistan Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Əsas vəzifəsi Pakistanın hava məkanını mühafizə etmək, döyüş şəraitində isə Silahlı Qüvvələrin digər hərbi birləşmələrini hava dəstəyi ilə təmin etməkdir. Pakistan HHQ-nin aktiv şəxsi heyəti 65,000 nəfər (3 min nəfəri pilot olmaqla), ehtiyat qüvvələrinin sayı 10,000 nəfərdir.1947-ci ildə əsası qoyulan HHQ indiyə qədər bir çox döyüş əməliyyatlarında iştirak etmişdir. Pakistan Konstitusiyasının 243-cü maddəsinə görə, Hərbi Hava Qüvvələrinin mülki komandanı Pakistan prezidentidir. HHQ komandanı baş nazir tərəfindən təsdiq olunduqdan sonra ölkə prezidenti tərəfindən təyin olunur. Pakistan HHQ-nin hazırkı komandanı aviasiya marşalı Sohail Amandır. == Tarix == === 1959 Hindistan hava hücumu === 10 aprel 1959-cu ildə Pakistanda Ramazan bayramı qeyd edilərkən Hindistan Hərbi Hava Qüvvələrinin 106-cı eskadrilyasına məxsus "English Electric Canberra" təyyarəsi Pakistanın hava məkanına daxil olaraq kəşfiyyat çəkilişi aparmışdır. Həyəcan siqnalı verildikdən sonra Pakistan HHQ-nin 15-ci eskadrilyasına məxsus iki ədəd F-86F döyüş təyyarələri bu kəşfiyyat təyyarəsini Ravalpindi vilayətinin Ravat şəhəri üzərində vurmuşdur. Bu hadisə Pakistan HHQ-nin ilk qələbəsi hesab olunur. Hindistana məxsus kəşfiyyat təyyarəsinin hər iki pilotu təyyarə vurulmazdan əvvəl katapult etdiyinə görə, sağ qalmış, lakin pakistanlılar tərəfindən əsir götürülmüş bir müddət saxlanıldıqdan sonra azad buraxılmışdır.
Rusiya Hərbi Hava Qüvvələri
Rusiya Hərbi Hava Qüvvələri (rusca: Военно-воздушные cилы России) Rusiya Federasiyasının hava məkanını mühafizə edən, Rusiya Aerokosmik Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Müasir Rusiya HHQ 7 may 1992-ci ildə Boris Yeltsinin Müdafiə Nazirliyinin əsasını qoymasından sonra yaradılmışdır. == Rəhbərlik == 1 avqust 2015-ci il tarixində Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələri birləşdikdən sonra yeni yaradılan Rusiya Aerokosmik Qüvvələrinin komandanı ən yüksək rütbə hesab olunur. == Strukturu == Aerokosmik Müdafiə Strateji Əməliyyatlar Komandanlığı (Moskva) 4-cü Aerokosmik Müdafiə briqadası (Moskva vilayəti) 5-ci Aerokosmik Müdafiə briqadası (Petrovski, Moskva vilayəti) 6-cı Aerokosmik Müdafiə briqadası (Rjev, Tver vilayəti) 6963-cü aviasiya bazası (MiQ-29SMT/UBT) 6968-ci aviasiya bazası (Su-27, MiQ-31B, MiQ-31BM) 6-cı Hava və HHM Ordusu (Voronej, Qərb Hərbi Dairəsi) 1-ci Aerokosmik Müdafiə briqadası (Severomorsk) 2-ci Aerokosmik Müdafiə briqadası (Sankt Peterburq) 6961-ci aviasiya bazası (Petrozavodsk hava limanı) 6964-cü aviasiya bazası (Murmansk vilayəti), (Su-24M, Su-24MR) 6965-ci aviasiya bazası (Smolensk vilayəti), (Mi-8TM, Mi-24V, Mi-28N) 7000-ci aviasiya bazası (Su-24M, Su-24MR, Su-34) 2-ci Hava və HHMQ Komandanlığı (Yekaterinburq) (Mərkəz Hərbi Dairəsi) 8-ci Aerokosmik Müdafiə briqadası (Yekaterinburq) 9-cu Aerokosmik Müdafiə briqadası (Novosibirsk) 10-cu Aerokosmik Müdafiə briqadası (Çita) 6977-ci aviasiya bazası (MiQ-31BM) 6979-cu aviasiya bazası (MiQ-31BM) 6980-ci aviasiya bazası (Su-24M) 6982-ci aviasiya bazası (MiQ-29, Su-30SM) 3-cü Hava və HHMQ Komandanlığı (Xabarovsk) (Şərq Hərbi Dairəsi) 11-ci Aerokosmik Müdafiə briqadası (Komsomolsk-na-Amur) 12-ci Aerokosmik Müdafiə briqadası (Vladivostok) 6983-cü aviasiya bazası (Su-27SM, Su-30M2, Su-35S, Su-34) 6988-ci aviasiya bazası (Su-24M, Su-24M2, Su-24MR) 6989-cu aviasiya bazası (Su-27SM) 265-ci nəqliyyat aviasiyası bazası (Xabarovsk) 4-cü Hava və HHMQ Komandanlığı (Cənub Hərbi Dairəsi) 7-ci Aerokosmik Müdafiə briqadası (Rostov-na-Don) 8-ci Aerokosmik Müdafiə briqadası (Yekaterinburq) 6970-ci aviasiya bazası (Su-24M, Su-34) 6971-ci aviasiya bazası (Su-25SM, Mi-8AMTSh, Mi-24V, Mi-28N) 6972-ci aviasiya bazası (Su-27, Mi-8, Mi-24P, Mi-28N, Ka-27) 6974-cü aviasiya bazası (Mi-8MTV-5, Mi-24V, Mi-35M, Mi-28N) 999-cu aviasiya bazası (Su-25, Su-27, Mi-8T) 229-cu aviasiya bazası (Mi-26, Mi-8) Hərbi Nəqliyyat Aviasiyası Komandanlığı (Moskva) 6955-ci aviasiya bazası (İl-76MD) 6956-cı aviasiya bazası (İl-76MD) 6958-ci aviasiya bazası (İl-76MD) 6985-ci aviasiya bazası (İl-76MF) Uzun mənzilli aviasiya Komandanlığı (Moskva) 6950-ci aviasiya bazası (Tu-22 M3, Tu-95 MS6, Tu-160) 6952-ci aviasiya bazası (Tu-95 MS16) 6953-cü aviasiya bazası (Tu-22 M3) == Tarixi == === Suriya vətəndaş müharibəsi === Rusiya Hərbi Hava Qüvvələri Suriyada son illərdə aparılan kampaniya ərzində çox saydı dəyərli dərslər öyrəndi. Bu kampaniya Rusiya AQ-nin müxtəlif hava bölmələri tərəfindən həyata keçirilmiş müasir hava əməliyyatlarının ilk təcrübəsi idi. Rusiyanın həmin hava kampaniyaları həm də geniş tərkibdə həssas idarəolunan mərmilərin iştirakı ilə yadda qalıb. Peyklə idarəolunan KAB-500 bombalarının Suriyada istifadəsinə baxmayaraq, həm də sərbəst düşən dəmir bombalara da yer verilib. Kiçik sayda hava-yer raket sistemləri, Kh-29, Kh-25M-lər istifadə olunub. == Təchizatı == Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının verdiyi məlumata əsasən, Rusiyanın hazırda 2100-dən çox xidmətdə olan PUA-sı var. Hazırkı müdafiə planına əsasən isə 2019-cu ildən etibarən Rusiya ordusu hər il 300 ədəd qısamənzilli PUA satın alacaq.
Suriya Hərbi Hava Qüvvələri
Suriya Hərbi Hava Qüvvələri (ərəb. القوات الجوية العربية السورية‎, Al Quwwat al-Jawwiyah al Arabiya as-Souriya) Suriya Silahlı Qüvvələrinin tərkibinə daxil olan xüsusi hərbi birləşmədir. Əsası 1948-ci ildə qoyulmuşdur. Quruda yerləşən hava hücumundan müdafiə sistemləri Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbərliyi altında qruplaşdırılır. Bir çox Qərb yönümlü kəşfiyyat mənbələrinin məlumatına görə, bu qoşunların gecə döyüşü aparmaq qabiliyyəti yoxdur. == Suriya vətəndaş müharibəsində iştirakı == Suriya vətəndaş müharibəsinin başlanğıcında yəni, 2012-ci ilin ortalarına qədər olan mərhələdə Suriya HHQ döyüş əməliyyatlarında birbaşa iştirak etməmiş, daha çox ikinci dərəcəli qüvvə rolu oynamışdır. Bu situasiya 22 mart 2012-ci il tarixində dəyişmişdir. Qeyd olunan tarixdə Suriya hökumət qüvvələri Mi-8 və Mi-17 tipli döyüş-nəqliyyat helikopterlərindən atəş açaraq müharibə ərzində ilk dəfə aviasiyadan istifadə etməyə başlamışdır. 2012-ci il iyun ayının ortalarından etibarən 250 kq və ya daha ağır aviasiya bombaları vasitəsilə zərbə vurmaq qabiliyyətinə sahib olan Mi-24 döyüş helikopterlərindən istifadə olunmağa başlamaqla bu müharibə tarixində yeni mərhələ başlamışdır.24 iyul 2012-ci ildə üsyançı qüvvələr tərəfindən döyüş aviasiyası istifadə olunmağa başlamışdır. Döyüş əməliyyatları ərzində çəkilmiş video materiallardan göründüyü qədəri ilə üsyançılar ilk əvvəl əsasən təlim məqsədilə istifadə olunan L-39 təyyarələrindən qarşı tərəfin mövqelərinə aviazərbələr endirilməsində istifadə etmiş, sonradan bu təyyarələrin siyahısına Sovet istehsalı MiQ-21 və MiQ-23 qırıcıları əlavə olunmuşdur.
Türkiyə Hərbi Hava Qüvvələri
Türkiyə Hərbi Hava Qüvvələri (türk. Türk Hava Kuvvetleri) — Türkiyə Silahlı Qüvvələrinə daxil olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Türkiyə Cümhuriyyətinin hava məkanının təhlükəsizliyinin təmin edilməsidir. Türkiyə Silahlı Qüvvələrinin idarəsi altında olan ən böyük 2-ci qüvvədir (Quru Qoşunlarından sonra). Hərbi Hava Qüvvələri sülh vaxtı hava məkanını qorumaq və nəzarət etmək, müharibə zamanı isə Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinə dəstək vermək üçün yaradılıb. Baş qərargahı Ankarada yerləşir.
Türkmənistan Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri (ukr. Повітряні Сили України, Povitryani Syly Ukrayiny) Ukrayna Silahlı Qüvvələrinin tərkib hissəsidir. Baş qərargahı Vinnitsa şəhərində yerləşir. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra təyyarə və helikopterlərin böyük bir hissəsi Ukrayna ərazisində qalmışdı. Sonradan Ukrayna HHQ-də bir sıra modernizasiya işləri aparılmasına baxmayaraq, təyyarələrin böyük bir qismi hələ də Sovet istehsalı olanlardır. Silahlanmada olan bütün qitələrarası ballistik raketlər və strateji bombardmançı təyyarələr ya xidmətdən çıxarılmış, ya da Rusiyaya verilmişdir.Ukrayna HHQ böyüklüyünə görə dünyada 27-ci, Avropada 7-ci yerdədir. Ukrobonoprom və Antonov dövlət müəssisələri köhnə təyyarələrin təmir olunmasını və ya onların yeniləri ilə əvəz olunması prosesini həyata keçirir.Hərbi Hava Qüvvələri hazırda davam edən Donbass müharibəsində iştirak edir. 5 sentyabr 2014-cü ildə atəşkəs elan olunduqdan sonra mübahisəli Donbass ərazisində uçuşlar qadağan olunmuşdur. == Struktur == Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı, Vinnitsa Təlim İvan Kojedub adına Hərbi Hava Qüvvələri Universiteti (Xarkov) 38 saylı Birləşmiş Təlim Mərkəzi (Vasilkiv) PUA Təlim Mərkəzi (Xmelnitski) Çuquyev Aviabazası Komunar Aviabazası Mərkəz HHQ Komandanlığı, Vasilkiv Borispil Beynəlxalq Aeroportu 15-ci Nəqliyyat Aviasiya Briqadası (3 An-30B, 1 Tu-134AK, 1 An-24B, 5 An-26, 2 Mi-8T, 2 Mi-8MSB) Dnipropetrovsk Beynəlxalq Aeroportu 299-cu Taktiki Aviasiya Briqadası (5 Su-25) Vinnitsa Beynəlxalq Aeroportu 456-cı Nəqliyyat Aviasiyası Briqadası (1 An-24B, 1 An-26 "Vita", 4 An-26, 2 Mi-8MT, 1 Mi-8PS, 1 Mi-9) Melitopol aviabazası 25-ci Nəqliyyat Aviasiyası Briqadası (1 An-26, 7 Il-76MD) Mirqorod aviabazası 831-ci Taktiki Aviasiya Briqadası (6 Su-27, 5 Su-27UB, 2 L-39S) Ozerne aviabazası 9-cu Taktiki Aviasiya Briqadası (6 MiQ-29, 2 MiQ-29UB) Vasilkiv Aviabazası 40-cı Taktiki Aviasiya Briqadası (11 MiQ-29, 4 MiQ-29MU1, 3 MiQ-29UB, 8 L-39S) 96-cı Zenit-raket Briqadası, Danilivka (56 S-300PS) 120-ci Zenit-Raket Briqadası, Xarkov (20 S-300PS) 138-ci Zenit-Raket Briqadası, Dnepr (28 S-300PS) 156-cı Zenit-Raket Alayı, Zolotonoşa (9 Buk-M1) 138-ci Radiolokasiya Briqadası, Vasilkiv 164-cü Radiolokasiya Briqadası, Xarkov 31-ci Kommunikasiya Alayı, Kiyev 101-ci Kommunikasiya Alayı, Vinnitsa Qərb HHQ Komandanlığı, Lvov İvano-Frankvisk Aviabazası 114-cü Taktiki Aviasiya Briqadası (5 MiQ-29, 2 MiQ-29UB) Starokostiantinov Aviabazası 7-ci Bombardmançı və Kəşfiyyat Briqadası (8 Su-24M, 5 Su-24MR, 2 L-39S) 383 saylı PUA Alayı, Xmelnitski (50 Tu-143, 68 Tu-141) 11-ci Zenit-Raket Alayı, Şepetovka (9 Buk-M1) 223-cü Zenit-Raket Alayı, Striy (9 Buk-M1) 540-cı Zenit-Raket Alayı, Kamianza-Buzka (4 S-300PS) 1-ci Radiolokasiya Briqadası, Lipnikiy 76-cı Kommunikasiya Alayı, Lipnikiy Cənub HHQ Komandanlığı, Odessa Kulbakino Aviabazası 204-cü Taktiki Aviasiya Briqadası (5 MiQ-29) 299-cu Taktiki Aviasiya Briqadası (19 Su-25, 5 Su-25UB) 160-cı Zenit-Raket Briqadası, Odessa (19 Su-25, 5 Su-25UB) 208-ci Zenit-Raket Briqadası, Nova Kavoxka (32 S-300PS) 201-ci Zenit-Raket Alayı, Pervomaysk (6 S-300PS) 14-cü Radiolokasiya Briqadası, Odessa 19-cu Dinləmə-nəzarət Alayı, Nikolayev 43-cü Kommunikasiya Alayı, OdessaTəmir zavodları "LDARZ" Dövlət Aviasiya Təmiri Zavodu (Lvov) "ChARZ" Aviasiya Təmiri Zavodu (Çuquyev, Xarkov vilayəti) "Aviakon" Aviasiya Təmiri Zavodu (Konotop, Sumı vilayəti) "MARP" Aviasiya Təmiri Zavodu (Nikolayev)Rusiyanın Krım yarımadasını işğal etməsindən sonra aşağıdakı birliklər öz daimi dislokasiya yerlərini tərk etmişlər: 204-cü Taktiki Aviasiya Briqadası (Belbek, Sevastopol yaxınlığında). Keçmiş 62-ci Döyüş Aviasiyası Alayı.
Venesuela Hərbi Hava Qüvvələri
Venesuela Hərbi Hava Qüvvələri (rəsmi olaraq Bolivarian Respublikasının Hərbi Hava Qüvvələri (isp. Aviación Militar Nacional Bolivariana) – Venesuela Silahlı Qüvvələrinin 4 növündən biri.
Yunanıstan Hərbi Hava Qüvvələri
Yunanıstan Hərbi Hava Qüvvələri (yun. Πολεμική Αεροπορία, Polemikí Aeroporía) Yunanıstan Silahlı Qüvvələrinin tərkibinə daxil olan üç xüsusi hərbi birləşmədən biridir. Əsas vəzifəsi Yunanıstanın hava məkanını daim nəzarətdə saxlamaq və mühafizə etmək, döyüş əməliyyatlarında digər hərbi birləşmələrə havadan dəstək vermək, həmçinin lazım olan bölgələrə humanitar yardım çatdırmaqdan ibarətdir. Şəxsi heyəti təqribən 33,000 nəfərdən ibarətdir ki, onun da 11,750 nəfəri zabitlərdən, qalan hissəsi isə müqavilə əsasında xidmət edənlərdən ibarətdir.
İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası (türk. İncirlik Hava Üssü; ing. Incirlik Air Base; IATA: UAB, ICAO:LTAG) — Adana ilinin İncirlik bölgəsində yerləşən hərbi hava bazasıdır. Adana şəhər mərkəzinin 8 km şərqində və Aralıq dənizinə 56 km məsafədədir. İlk olaraq ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən baza Kral Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilir. İncirlik Hərbi Hava Bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hərbi Hava bazalarından birisidir, üzərindəki bütün infrastrukturla birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyəti dövlətinə aiddir. Avropada taktiki nüvə silahı olan altı NATO bazasından biridir.1951-ci ildə tikintisinə başlanılan İncirlik Bazası 1951-ci ilin dekabrında Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidməti üçün istifadəyə verildi. == Tarixi == İncirlik Hərbi Hava Bazasının qurulma qərarı 1943-cü ilin dekabrında ikinci Qahirə Konfransında verilsə də, tikintisinə İkinci Dünya müharibəsindən sonra başlanıldı. ABŞ Ordusu Mühəndislər Birliyi 1951-ci ilin bahar aylarında İncirlik Hərbi Hava Bazasının tikintisinə başladı. ABŞ Hərbi Hava Qüvvələri ilk başda orta və ağır bombardman təyyarələri üçün təcili mərhələləmə, xilas etmə yeri olaraq istifadə edilməyə planlaşdırıldı.
İran Hərbi Hava Qüvvələri
İran Hərbi Hava Qüvvələri (fars. نیروی هوایی ارتش جمهوری اسلامی ایران‎‎‎) İran Silahlı Qüvvələrinin aviasiya bölməsidir. Müasir hava qüvvələrinin əsası 1980-ci illərin əvvəllərində qoyulmuşdur. İran Hərbi Hava Qüvvələri Məhəmməd Rza Pəhləvi rejimi dövründə ABŞ istehsalı aviasiya texnikalarının hesabına bir çox uğur qazanmışdır. 2016-cı ilin iyun ayına olan məlumata əsasən İran HHQ-də aktiv istifadə olunan döyüş təyyarələrinin sayı təqribən 348 ədəd hesablanmışdır ki, bu da İran HHQ-nin kağız üzərində dünyanın ən böyük doqquzuncu hərbi hava qüvvələri olduğu mənasını verir. == Tarix == 1979-cu ilin fevralında İran İslam İnqilabı baş verdikdən sonra İran İmperiyası Hərbi Hava Qüvvələrinin də adı dəyişmişdir. Bu "yeni" hərbi birləşmə inqilab dövründə bir çox zabit heyətini itirsə də, hərbi texnika cəhətdən təchizatının əsas hissəsini saxlaya bilmişdir. İnqilabdan sonra Qərb dövlətləri ilə əlaqələri pisləşdiyinə görə İran əsas hərbi texnikanı Braziliya, Rusiya və Çin Xalq Respublikasından almağa başlamışdır. 2002-ci ildə İranla Ukrayna arasında baş tutmuş uğurlu əməkdaşlıq nəticəsində Antonov An-140 nəqliyyat təyyarəsinin İran-140 adı ilə ölkədə istehsalına başlamışdır. Bundan qısa müddət sonra İran hökuməti gözlənilmədən F-14 Tomcat və F-5 "Tiger II"-nin əsasında iki yeni döyüş təyyarəsini istehsal etməyə başlamışdır.
İsrail Hərbi Hava Qüvvələri
İsrail Hərbi Hava Qüvvələri (ivrit: זְרוֹעַ הָאֲוִיר וְהֶחָלָל, Zroa HaAvir VeHahalal) İsrail Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. İsrailin müstəqillik haqqında bəyannaməsinin qəbul edilməsindən qısa müddət sonra, 28 may 1948-ci ildə yaradılmışdır. General-mayor Amikam Norkin 2017-ci ilin avqust ayından etibarən Hərbi Hava Qüvvələri komandanı vəzifəsində xidmət edir. == Vəzifələri == İsrail HHQ aşağıdakı funksiyaları yerinə yetirməyə cavabdehdir:1. İsrail dövlətinin hava məkanını düşmənin istənilən hücumundan müdafiə etmək və Silahlı Qüvvələrin əməliyyat apardığı ərazinin havadan təhlükəsizliyini təmin etmək 2. Silahlı Qüvvələrin döyüş zonasında hava üstünlüyünü ələ keçirmək 3. Həm quruda, həm də dənizdə döyüş əməliyyatlarında iştirak etmək 4. Düşmənin nəzarəti altında olan ərazinin dərinliklərinə zərbə endirmək 5. Hava kəşfiyyatı aparmaq 6. Qoşunların və silah sistemlərinin daşınması 7.
Əfqanıstan Hərbi Hava Qüvvələri
Əfqanıstan Hərbi Hava Qüvvələri, Əfqanıstanı havadan mümkün ola biləcək hər bir hücumdan qorumalı olan hərbi birlikdir. Əfqanıstan Silahlı Qüvvələrinin nəzarəti altında olan ikinci ən böyük qüvvə hesab olunur. == Təşkilatlanma == Əfqanıstan Hərbi Hava Qüvvələri hal-hazırda ABŞ tərəfindən yenidən modernizasiya edilərək yaradılır. == Tarixi == Əfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi 22 avqust 1924-cü ildə Əfqanıstan Hərbi Hava Qüvvələri adı ilə başlayır. 1921-ci ildə Rusiyadan alınmış olan 5 ədəd təyyarə ilə Əfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi başlanmışdır. Bu kiçik qüvvə 1929-cu ildə məhv edildi. 1937-ci ilə qədər Əfqanıstan Hərbi Hava Qüvvələrini yenidən yaratmaq mümkün olmamışdır. Siyasi dəyişikliklər səbəbi ilə 1937-ci ildə yenidən yaradılmış Əfqanıstan Hərbi Hava Qüvvələri bu dəfə Əfqanıstan Kral Hərbi Hava Qüvvələri adı ilə 1947-ci ilə qədər adlandırılmışdır. 1973-cü ilə qədər bu ad altında fəaliyyət göstərmişdir. Hərbi Hava Qüvvələri SSRİ-Əfqanıstan müharibəsinə qədər ordunun digər qüvvələrinə nisbətən kiçik bir qol olaraq tutulmuş və Sovet rejiminə dəstək vermişdir.
ABŞ Hərbi Hava Qüvvələri Pararescue
Pararescue, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Komandanlığında şəxsi heyətin müharibə şəraitində xilas edilməsi və tibbi müalicə alması üçün məsuliyyət daşıyan bölmədir. İkinci Dünya Müharibəsində vurulmuş təyyarələrdəki pilotlar başda olmaqla şəxsi heyətin müalicəsi və tez bir zamanda xilas edilməsi zərurəti meydana çıxmışdır. Qruplar qurulandan sonra əməliyyatlardakı uğurları ilə ön plana çıxdılar. Təxminən 2 il davam edən məşqlərdən keçirlər. Dalğıc, sağ qalma, paramedik tibb, paraşüt hazırlığı, təcili tibbi müdaxilə, alpinizm, müharibə taktikası kimi bir çox təlimdən keçirdilirlər.
Azərbaycan Respublikası Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə — Azərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri. == Tarixi == Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.

Digər lüğətlərdə