İCLAS [Hacı Əhməd:] Balam, bos bu iclası haçan başlayırsınız? (C.Cabbarlı); CƏLƏSƏ (köhn.) Hacı Əli: Cələsəmizi açmadan əvvəl sizə xoş bir xəbər vermək istəyirəm (A.Makulu); MİTİNQ (kütləvi yığıncaq) Almaz: Gəlib görəydin, elə bir mitinq düzəltmişdim ki... (C.Cabbarlı); MÜŞAVİRƏ Ancaq yolun ağrısı çıxmamış hələ candan; Mərkəzdə müşavirə çağırıldı, bu yandan (Ə.Cəmil); YIĞINCAQ Aftil: Görünür orada da yığıncaq varmış (C.Cabbarlı); YIĞNAQ İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-gedi kəsilmir (Mir Cəlal).