İcraçı Direktor

inzibatçı direktor –rəhbər inzibatçı, operativ idarəetmə məsələlərini həll edən.
İcraçı
İctimai Əlaqələr
OBASTAN VİKİ
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Baş icraçı direktor
Baş icraçı direktor və ya SEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
Direktor
Direktor aşağıdakı mənalara istinad edə bilər:
Tele-direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Tele direktor
Bir ssenarinin proqrama çevrilməsinə cavabdeh olan şəxsdir. O, divarlara möhkəmləndirilmiş onlarla monitordan əldə edilən görüntülər əsasında işləyir. Divarlara möhkəmləndirilmiş olan hər bir monitor müxtəlif kamera və görüntü mənbələrinə (vtr, subtitr cihazı, videoqrafiya, uplink və s.) qoşulmuş vəziyyətdə olur. Rejissorun baxış (ilkin müşahidə), səhnələşdirmə (hazırlıq) və çıxış (yayım) monitorları mövcuddur. O həmçinin də, səhnənin qurulmasına nəzarət edir, operatorların çəkilişlərinin istiqamətlərini müəyyənləşdirir, çəkiliş effektlərini tənzimləyir, bir kadrdan digərinə keçidləri tənzimləyir.
Mehdi Abbasov (direktor)
Mehdi Abbasov (tam adı:Mehdi Əli oğlu Abbasov, d.1898, İrəvan-v.1979, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (II) direktoru. Mehdi Əli oğlu Abbasov 1898-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində pinəçi ailəsində anadan olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki Rus-Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarımçıq qoyaraq, çörək pulu qazanmaq üçün işləmək məcburiyyətində qalmışdır. Əmək fəaliyyətinə 1913-cü ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən başlamışdır. 1916-1917-ci illərdə nəşriyyatda usta köməkçisi işləmiş, 1917-1918-ci illərdə isə şəhər məhkəməsində katiblik etmişdir. Erməni daşnaklarının 1918-ci ildə şəhərdə törətdiyi vəhşiliklər nəticəsində yerli əhalinin yaşayış səviyyəsi ağırlaşdığına görə doğma şəhərini tərk edərək, əvvəlcə Tiflis şəhərinə, oradan da Gəncə şəhərinə gəlmişdir. Bir müddət yeməkxanada çayçı, 1919-cu ildən isə Xankəndində yerləşən Atıcı diviziyasında katiblik etmişdir. Diviziyanın mollası Mirzə Cəlal və xəstəxananın baş həkimi Marqulisin köməkliyi ilə 1920-ci ildə Xankəndinə gələn, dövrünün tanınmış inqilabçıları Çingiz İldırım və Serqo Orconikidze ilə tanış olmuşdur. Bu görüşdən az sonra ona Şuşa şəhərində yerləşmiş hərbi komissarlıqda katiblik işini aparmaq tapşırılmışdır.
Tofiq Heydərov (direktor)
Əli bəy Direktor
Əli bəy Direktor (1844 – 1899) — Türkiyə yazıçısı. Əli bəy Direktor 1844–cü ildə İstanbulda doğulmuşdur. Məmurluğa ilk dəfə Babiali tərcümə şöbəsində başlamışdır. Karantin idarəsində də işləmişdir. 1899-cu ildə İstanbulda vəfat etmişdir. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.35-36.
Ruslan Əliyev (baş direktor)
Əliyev Ruslan Yusif oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin sabiq Baş direktoru, Texnika üzrə Fəlsəfə doktoru. Ruslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Evlidir, 3 övladı var. 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib. 1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi bitirib. 2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır. 2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib. 2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır. 2021–2022 ci illər — University of Oxford The Oxford Executive Leadership Programme 2021 üzrə sertifikat almışdır. 2022-2022 ci illər - SDA Bocconi Scholl of Management General Management program üzrə online kurs keçmişdir.