İCTİMAİ-İQTİSADİ

прил. общественноэкономический, социально-экономический. İctimai-iqtisadi inkişaf общественноэкономическое развитие, ictimai-iqtisadi sistem социально-экономическая система, ictimai-iqtisadi islahatlar социально-экономические реформы, ictimai-iqtisadi böhran социально-экономический кризис
İCTİMAİ-FAYDALI
İCTİMAİ-MƏDƏNİ
OBASTAN VİKİ
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
İctimai Palata
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər. Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir. Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub. Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır. İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.
İctimai Radio
İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM tezliyində yayımlanır. Radio Azərbaycan dilində fəaliyyət göstərir. Yayımın əhəmiyyətli hissəsini azərbaycanlı musiqiçilərin əsərləri təşkil edir. Radio 2006-cı il yanvarın 10-dan fasiləsiz yayımdadır. İctimai Radio 24 saatlıq rejimdə, bütün ölkə ərazisində yayımlanır. Proqram cədvəlində əyləncəli səhər verilişi, maarifləndirici axşam şousu, idman verilişi, biznes yönümlü tok-şou, milli caz musiqisinə həsr olunmuş veriliş, o cümlədən, Azərbaycanın siyasi, sosial, mədəni gündəminə dair bir çox maarifləndirici proqramlar da yer almaqdadır. Həmçinin yeni fəaliyyətə başlayan musiqiçilərə dəstəyi ilə seçilən radionun yayımında tez-tez gənc ifaçıların musiqilərini eşitmək mümkündür. İctimai Radio Azərbaycanın ən yenilikçi yayımçılarından hesab edilir və ölkədə yeganə ictimai yayımçıdır. İctimai Radionun fəaliyyəti “İctimai televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.
İctimai TV
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai Televiziya
İctimai televiziya və ya ictimai yayım — mülkiyyətin xüsusi formasında təşkil edilən tele və radio yayımı. Bu tip teleyayım şirkətlərinin mülkiyyəti nə dövlətə, nə şəxsi sektora aid olmayıb, "ictimai mülkiyyət" sayılır. Mülkiyyəti və şirkəti cəmiyyətin nüfuzlu insanlarından xüsusi qayda ilə seçilən şura idarə edir. Bu televiziyanın balanslaşdırılmış və qərəzsiz proqram siyasəti yeritməyə imkan verir.
İctimai diplomatiya
İctimai diplomatiya (ing. public diplomacy) və ya xalq diplomatiyası — xarici ictimayyətdə hökumətin strateji hədəflərinə qarşı arxainlıq və ya dözümlük qurulması məqsədilə hökumət hesabına xarici ictimayyətin məlumatlandırması və onlara təsir etməyin vasitəsilə bilavəsitə əlaqə yaradılması. 1965-ci ildə İctimai diplomatiya ifadəsini ilk dəfə onun müasir mənasında iştədən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı olan Edmund A. Qullion idi. Bundan sonra o, ABŞ-də bir sıra səbəblərə görə işlənməyə başladı: birincisi, ABŞ-yə özünü SSRİ-dən fərqləndirmək üçün propaqanda və psixoloji hərb ifadələrə mərhəmətli əvəz lazım idi; ikincisi, ABŞ Məlumat Agentliyinin işçiləri özləri üçün diplomat statusunu əldə etmək istəyirdilər; və üçüncü, beynəlxalq mövqe haqqında vahid bir konsepsiya mərkəzləşməni nəzərdə tuturdu (Məlumat Agentliyi Amerikanın səsini idarə etməyinin davamı və o vaxt Dövlət Departentinin nəzərində olan mədəni işlərin hissəsini 1978-ci ildə öz nəzərəsinin altına köçürtmək üçün bunu bir dəlil şəkildə iştədib). O vaxtdan bəri, Soyuq Müharibənin sonuna qədər bu ifadə ABŞ-dən xaric geniş şəkildə istifadə edilmirdi. Soyuq müharibədən sonra isə, 24 saatlıq televizyanın və daha sonra internetin populyarlığı gəlməsinin və bundan əlavə Şərqi Avropada siyasi dəyişiklərin nəticəsində beynəlxalq münasibətlərdə məlumatın vacibliyi qalxıb və ictimai diplomatiya dünya ətrafında müxtərlif dövlətlər tərəfindən bir siyasət kimi qəbul olunmuşdu. Nikolas C. Kull ictimai diplomatiyanın beş üsulu müəyyənləşdirib: qulaq asma (listening), tərəfdarlıq (advocacy), mədəni diplomatiya (cultural diplomacy), mübadilə diplomatiyası (exchange diplomacy) və beynəlxalq yayım (international broadcasting). Urbanizasiya və qloballaşma proseslərin nəticəsində qardaş şəhər, şəhər şəbəkələnməsi (city networking) və ağıllı şəhər kimi ictimai diplomatiya üsulları inkişaf edir.
İctimai elmlər
İctimai elmlər və ya sosial elmlər — insan cəmiyyətinin müxtəlif aspektlərini öyrənən akademik biliklər toplusu. Termin təbiət elmlərindən kənarda olan elmləri ifadə etmək üçün istifadə edilir. Onlara antropologiya, arxeologiya, iqtisadiyyat, tarix, linqvistika, politologiya və s. aid edilir. İctimai elmlər (sosial elmlər) təbiət elmlərii və fəlsəfə ilə birlikdə elmi biliklərin üç vacib sahəsindən biridir. Emil Dyurqeym, Karl Marks və Maks Veber müasir sosial elmlərin əsas yaradıcılarından sayılırlar.
İctimai formasiya
İctimai formasiya (alm. Gesellschaftformation‎) – marksist iqtisadi nəzəriyyənin kateqoriyası, ictimai inkişaf mərhələsidir. Formasiya konsepsiyasının mahiyyəti – həm marksist, həm də qeyri-marksist variantlarda – vahid istiqamətli tarixi inkişaf prosesinin mövcudluğunun postulatlaşdırılmasından ibarətdir. Bu mənada, tarix keyfiyyətcə identifikasiya edilə bilən və ictimai formasiya adı almış "mərhələlərin" mütərəqqi qaydada bir-birini əvəz etməsi şəklində təsvir edilə bilər. Formasiya konsepsiyası tarixin dövrlərə bölünməsinin digər konsepsiyalarından – sivilizasiya, tarixin təkrarlanması və tarixi dövr konsepsiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Sivil cəmiyyət konsepsiyasına görə bütün sosiumlar əlahiddə və bir-birindən asılı olmayan, çox vaxt sivilizasiyalar adlanan tarixi tiplər şəklində müxtəlif qruplarda birləşirlər. Tarixən təkamül edən məhz bu qruplardır. Belə sivilizasiyaların hər biri yarandığı andan məhv olana qədər bir neçə inkişaf mərhələsindən keçir. N.Danilevskinin təbirincə desək ümumdünya tarixi yoxdur, yalnız konkret sivilizasiyaların tarixi var. Sivilizasiya konsepsiyası N. Danilevskinin, A. Toynbinin, P. Sorokinin, O. Şpenqlerin və başqalarının nəzəriyyələrinin əsasını təşkil edir.
İctimai hamam
İctimai hamam — istirahət mərkəzi Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.
İctimai hüquq
İctimai maliyyə
İctimai (mərkəzləşdirilmiş) və ya Dövlət maliyyəsi — dövlət və bələdiyyə orqanlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş vəsaitlərinin formalaşdırılması və istifadəsi sistemi. Dövlət maliyyəsinə dövlət maliyyəsi və bələdiyyə maliyyəsi daxildir. Mərkəzləşdirilmiş maliyyə büdcə sistemi, eləcə də dövlət və bələdiyyə krediti ilə təmsil olunur. Dövlət maliyyəsi sahəsi hökumətin aşağıdakılara təsirindən ibarət üçtərəfli hesab olunur: Mövcud resursların səmərəli bölüşdürülməsi; Gəlirlərin vətəndaşlar arasında bölgüsü; eləcə də İqtisadi sabitlik. İqtisadçı Conatan Qruber dövlət maliyyəsinin geniş sahəsini qiymətləndirmək üçün çərçivə təklif etmişdir. Qruber dövlət maliyyəsini dörd əsas sual baxımından nəzərdən keçirməyi təklif edir: Dövlət iqtisadiyyata nə vaxt müdaxilə etməlidir? Hökumətin müdaxiləsinin iki əsas motivi var: bazarın uğursuzluğu və gəlir və sərvətin yenidən bölüşdürülməsi. Hökumət necə müdaxilə edə bilər? Müdaxilə etmək barədə qərar qəbul edildikdən sonra hökumət müdaxiləni həyata keçirmək üçün xüsusi alət və ya siyasət seçimini seçməlidir (məsələn, dövlət təminatı, vergi və ya subsidiyalar). Bu müdaxilələrin iqtisadi nəticələrə təsiri necədir?
İctimai maraq
Ümumi maraq (və ya ictimai maraq ) düsturu bütövlükdə hesab edilən əhalini maraqlandıran və ona xidmət edən hərəkətlərin və ya qurumların məqsədini təyin edir. İlk dəfə Aristotel tərəfindən “ Siyasət adlı əsərində formalaşdırılmış, o vaxtdan bəri çoxsaylı mübahisələrin mövzusu olmuşdur.. “İctimai maraq hüququ” 1960-cı illərin sosial qarışıqlıqları zamanı və ondan sonra ABŞ-də geniş şəkildə qəbul edilmiş bir termindir. Bu, ABŞ Ali Məhkəməsinin hakimi olmamışdan əvvəl geniş ictimaiyyətin maraqları üçün vəkilliyi öz hüquqi praktikasına daxil edən Louis Brandeis tərəfindən nümunə götürülən ənənə üzərində qurulmuşdur. 1905-ci ildə məşhur bir çıxışında Brandeis vəkillik peşəsini tənqid edərək şikayət etdi ki, "bacarıqlı hüquqşünaslar böyük dərəcədə böyük korporasiyaların köməkçisi olmağa icazə verdilər və öz səlahiyyətlərini xalqın müdafiəsi üçün istifadə etmək öhdəliyinə məhəl qoymadılar." 1960-cı illərin sonu və 1970-ci illərin sonlarında çoxlu sayda Amerika hüquq fakültəsini bitirən məzunlar öz işlərində “müvafiqlik” axtarmağa başladılar – o dövrdə Amerika cəmiyyətində çox açıq şəkildə və qızğın müzakirə olunan sosial məsələlərə təsir göstərmək istəyirlər. Brandeisin istinad etdiyi "korporativ əlavələrdən" fərqlənmək üçün özlərini ictimai maraqların vəkilləri kimi təyin etdilər.
İctimai mülkiyyət
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
İctimai müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo, Tomas Hobbs və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
İctimai nəqliyyat
İctimai nəqliyyat — əhalinin geniş istifadə etdiyi sərnişin nəqliyyatı. İctimai nəqliyyat xidmətlərində, bir qayda olaraq, müəyyən ödəniş tələb olunur. İctimai nəqliyyat, müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir. İctimai nəqliyyat vasitələrinə misal olaraq avtobus, qatar, metro, təyyarə və bu kimi başqa nəqliyyat sistemlərini göstərmək olar.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
İctimai seçim
İctimai seçim və ya ictimai seçim nəzəriyyəsi — “siyasət elminin ənənəvi problemlərini həll etmək üçün iqtisadi vasitələrin istifadəsidir”. Məzmununa siyasi davranışın öyrənilməsi daxildir. Siyasət elmində bu, özünə xidmət edən agentləri (seçicilər, siyasətçilər, bürokratlar) və onların qarşılıqlı təsirlərini araşdıran, müxtəlif yollarla - məsələn, standart məhdud yardım proqramı maksimumlaşdırma, oyun nəzəriyyəsi və ya qərar nəzəriyyəsindən istifadə etməklə təmsil olunan müsbət siyasi nəzəriyyənin bir alt hissəsidir. İctimai seçim təhlili kökündən müsbət təhlilə (“nədir”) əsaslanır, lakin tez-tez bir problemi müəyyənləşdirmək və ya konstitusiya qaydalarına (yəni konstitusiya iqtisadiyyatı) təkmilləşdirmələri təklif etmək üçün normativ məqsədlər üçün (“nə olmalıdır”) istifadə olunur . İctimai seçim nəzəriyyəsi eyni zamanda sosial seçim nəzəriyyəsi, fərdi maraqları, sərvət və ya səsləri birləşdirmək üçün riyazi bir yanaşma ilə sıx əlaqəlidir. Çox erkən iş hər iki aspektlə məşğul idi və hər iki sahə də iqtisadiyyat və oyun nəzəriyyəsi vasitələrindən istifadə edirdi. Seçici davranışı dövlət qulluqçularının davranışına təsir göstərdiyindən, ictimai seçim nəzəriyyəsi çox vaxt sosial seçim nəzəriyyəsinin nəticələrindən istifadə edir. Xalq seçiminin ümumi metodları da dövlət iqtisadiyyatına aid edilə bilər. Müasir ictimai seçim nəzəriyyəsinin başlanğıcı İsveç hökumətşünası Knut Wicksell'in (1896) , hökuməti siyasi mübadilə, bir xidmət üçün bir lütf kimi görən, vergilərlə xərcləri birləşdirən fayda prinsipini formalaşdırdığı idi. Bəzi sonrakı iqtisadi təhlillər, hökumətə “cəmiyyət üçün bir növ rifah funksiyasını maksimum dərəcədə artırmağa” çalışmış kimi davranmaq və iqtisadi subyektlərin xüsusiyyətlərindən fərqli olaraq, məsələn, iş kimi təsvir edilmişdir .
İctimai sfera
İctimai sfera — müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir. İctimai sferalar mədəniyyətdən, dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950–1960-cı illərdə "ortaq sahələr" və ya "vətəndaşlara aid sahələr" şəklində xarakterizə edilmiş, 1970-ci illərdə "ictimai sfera" anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera kimi təyin etmək mümkündür. Müasir vətəndaş cəmiyyətinin inkişafını izah edən mövcud nəzəriyyə görkəmli alman filosofu, sosioloqu və politoloqu Jurgen Habermasın "İctimai sfera" konsepsiyasıdır. Onun "İctimai sferanın struktur çevrilişi" kitabında (1962) bəhs edilən "ictimai sfera", sadələşdirilmiş mənasıyla "ictimai həyatımız içində, ictimaiyyətə bənzər bir şeyin formalaşdığı bir sfera" kimi izah edilir. Çap mətbuatının meydana gəlməsi və inkişafı ilə ictimai sfera qədim yunan variantı Aqoradan fərqli olaraq, sosial problemləri yeni səviyyədə müzakirə edən fiziki şəxslərin "virtual" icması kimi ortaya çıxır. Məhz bu sosial mühit, mövcud hökuməti özünəməxsus tənqid ilə yaranmaqda olan müxalifətin potensial bazasına çevrilmiş, müasir tipli Qərb demokratiyasının formalaşmasında əsas amil olmuşdur. Antik Yunan dövründən bu günədək ictimai sferada hər zaman istisnalar olmuşdur. Antik Yunanıstanda ictimai sfera vətəndaşlıq üçün lazım olan praktik fəaliyyəti ehtiva etdiyi halda, xüsusi sahə fərdin yalnız özünü maraqlandıran, ailə həyatına aid təcrübəsini bildirirdi.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
İctimai xadimlər
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
İctimai şirkət
İctimai şirkət (ing. public company) — səhmləri birja bazarında sərbəst şəkildə əməliyyatlar həyata keçirən bir səhmdar cəmiyyətidir . Bir qayda olaraq, birja bazarının tənzimlənməsi ilə bağlı milli qanunvericiliyi səhmləri məhdudiyyətsiz sayda şəxslərə satmağı təklif edə bilən və / və ya səhm bazarında dövriyyə edən şirkətlər haqqında məlumatların açıqlanmasına müəyyən tələblər qoyur. Bu tələbləri yerinə yetirən şirkətlərə ictimai şirkətlər deyilir. İnvestorun fikrincə, ictimai şirkətin səhmləri qeyri-dövlət şirkətlərinin səhmlərindən daha çox likvid aktiv hesab edilə bilər: səhmləri sınırsız sayıda şəxslərə satışa təqdim edilə bilər; potensial alıcı bir şirkətə açıq (müstəqil) mənbələrdən qiymət verə bilər; ictimai şirkətin səhmləri satıcının qeyri-mütəşəkkil bazarda olduğundan daha yaxşı bir alıcı tapması daha asan olduğu mübadilə ilə satılır; təşkil edilmiş bazarda aparılan əməliyyatlara dair məlumatlar (qiymətlər və əməliyyatların həcmi) həm alıcı, həm də satıcının açıq mənbələrində mövcuddur və satış üçün paketin qiymətləndirilməsi üçün əsas ola bilər. Birjada siyahıya alınmış, lakin nədənsə əməliyyatları dayandırmış bir şirkət, bir şell-şirkəti (qabıq şirkəti) adlanır. Dövlət şirkətləri özəl şirkətlərə nisbətən bir sıra üstünlüklərə malikdir. Açıq şirkətlər səhmləri (ilkin və ya təkrar bazarda) satmaqla vəsait və kapital cəlb edə bilərlər. Bu səbəbdən açıq şəkildə satılan korporasiyalar çox vacibdir; Onların mövcudluğundan əvvəl özəl müəssisələr üçün böyük həcmdə kapital əldə etmək çox çətin idi, çünki əhəmiyyətli kapitalı yalnız kiçik bir varlı investorlar qrupundan və ya risk etmək istəyən banklardan, adətən böyük investisiyalardan əldə etmək olardı. Səhmlərdən mənfəət dividendlər və ya sahiblər üçün kapital artımı şəklində gəlir.
İctimai müzakirə
İctimai müzakirə bir cəmiyyətdə və ya geniş ictimai auditoriyada müxtəlif mövzular, məsələlər və problemlər haqqında insanlar arasında fikirlərin mübadiləsi və müzakirəsidir. İctimai müzakirə ictimaiyyətin müstəqil fikirlərinin formalaşdırılması, mübahisələrin aparılması, fərqli məsələlər barədə fikirlərin bölünməsi və ictimai bir perspektivin yaranması üçün əhəmiyyətli bir vasitədir. İctimai müzakirələr müstəqil fikirləri formalaşdırmaq, demokratik proseslərə müstəqil vətəndaşların iştirakını təmin etmək və ictimai məqamların vəziyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli bir platforma təşkil edir. Bu müzakirələr, ictimaiyyətin fərqli perspektivləri və müxtəlif təcrübələri paylaşmağa imkan verir və demokratik cəmiyyətin formalaşmasına və inkişafına töhfə verir. Sosial Məsələlər Əhalinin maraqlarını, insan haqları və sosial məsələlər barədə müzakirələr. Bu müzakirələr genelliklə cins bərabərlik, qadın-kişi əlaqələri, etnik və din məsələlər kimi geniş mövzuları əhatə edir. Mədəniyyət və Təhsil İctimai müzakirələr mədəniyyət, təhsil siyasəti, elmin inkişafı, və ya ictimai təhsil sahəsində aparıla bilər. Siyasi Məsələlər Siyasi quruluşlar, siyasətçilər, vətəndaşlar və digər təşkilatlar arasında siyasi məsələlər barədə müzakirələr geniş bir ictimai auditoriyada aparılır. Bu müzakirələr əsasən seçkilər, siyasət, siyasi həqiqətlər və siyasi proseslər kimi sahələri əhatə edir. İqtisadi Məsələlər İqtisadiyyat, pul siyasəti, əmək haqqı, sürətli iqtisadi inkişaf və başqa iqtisadi məsələlər barədə müzakirələr.
İctimai rəy
İctimai rəy — insanların müxtəlif qruplarının onların maraq və tələbatlarına təsir edən real həyat hadisə və proseslərinə münasibətinin (gizli və ya aşkar) təzahür etdiyi kütləvi şüur forması. İctimai rəy açıq şəkildə ifadə olunur, cəmiyyətin və onun siyasi sisteminin fəaliyyətinə təsir göstərir. Məhz ictimai həyatın aktual problemləri ilə bağlı əhalinin açıq, ictimai ifadəsinin mümkünlüyü və bu ifadə edilmiş mövqeyin ictimai-siyasi münasibətlərin inkişafına təsiri xüsusi sosial institut kimi ictimai rəyin mahiyyətini əks etdirir. Eyni zamanda, ictimai rəy bir qrup insana təsir edən konkret məsələ ilə bağlı çoxsaylı fərdi fikirlərin məcmusudur. Hazırda bu nöqteyi-nəzər əksər elmi əsərlərdə öz əksini tapır və ümumi qəbul edilmiş hesab olunur. Bu fenomen qədim dövrlərdən başlayaraq bütün tarixi dövrlərdə mövcud olmuşdur, lakin bəşəriyyətin sosial həyatının bu unikal fenomenini ifadə edən terminin özü IX əsrdə Rusiyada, sonra isə XII əsrdə İngiltərədə meydana çıxdı. Orada onun baş verməsi ingilis dövlət və ictimai xadimi, yazıçı İohann Solsberinin adı ilə bağlıdır ki, o, “Polikratik” kitabında ölkə əhalisinin parlamentə mənəvi dəstəyini ifadə etmək üçün istifadə edib. Sonrakı “ictimai rəy” termini “Public opinion” iki sözünün birləşməsinin hərfi tərcüməsi idi. İngiltərədən bu ifadə digər ölkələrə və XVIII əsrin sonlarından nüfuz etdi və ümumi qəbul edildi.
İctimai Politika
İctimai politika konsepsiya tərəfindən rəhbər tutulan və tez-tez proqramlar tərəfindən həyata keçirilən müvafiq və real dünya problemlərini həll etmək və ya həlli üçün qanunlar, qaydalar, təlimatlar və tədbirlər kimi institusionallaşdırılmış təklif və ya qərar verilmiş elementlər toplusudur. Bu politikalar təhsil, səhiyyə, məşğulluq, maliyyə, iqtisadiyyat, nəqliyyat və cəmiyyətin bütün elementləri kimi həyatın müxtəlif aspektlərini idarə edir və əhatə edir. İctimai politika həyata keçirilməsi dövlət idarəçiliyi kimi tanınır. İctimai politikanın hökumətin birbaşa və dolayı fəaliyyətinin məcmusu hesab oluna bilər və müxtəlif üsullarla konseptuallaşdırılıb. Politikalar adətən hökumət tərəfindən ictimaiyyət adından yaradılır yaxud qüvvəyə minir. Bəzən onlar qeyri-kommersiya təşkilatları tərəfindən hazırlanır və ya icmalar və ya vətəndaşlarla birgə hazırlanır. Ona görə də “politika prosesi mürəkkəb siyasi prosesdir ki, burada bir çox aktorlar iştirak edir: seçilmiş siyasətçilər, siyasi partiya liderləri, təzyiq qrupları, dövlət qulluqçuları, ictimai işlərdə çalışan peşəkarlar, hakimlər, qeyri-hökumət təşkilatları, beynəlxalq agentliklər, akademik ekspertlər, jurnalistlər və hətta bəzən özlərini politikanın passiv alıcısı kimi görən vətəndaşlar da olur”. Siyasət və politika terminlərinin Azərbaycancada oxşar mənaları vardır. Bugünkü elmi ədəbiyyatda "politika" termini ingiliscə "policy" olan başqa bir fenomeni təsvir etmək üçün də istifadə olunur. Bu məqalədə "Policy" fenomeninin Azərbaycanca qarşılığı üçün "politika" ifadəsinin işlədilməsi də təklif olunur.

Digər lüğətlərdə