İDRAK

[alm. Warnehmnung; fr. Perception; lat. Perceptio, trk.alqı; ər. إدسآن ]– nəyəsə diqqəti yönəldib, onun mahiyyətinə varmaq; nəyinsə şüurlu surətdə fərqinə varmaqdır. İnsanların yaradıcılıq fəaliyyətinin ictimai-tarixi prosesi; bilikləri forma-laşdırır və bunların əsasında insanın hərəkətlərinin məqsədləri və motivləri meydana gəlir.
İDOLA
İFRAT
OBASTAN VİKİ
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio ("imtahan", "təlim" və yaxud "bilik") sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384–322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İdrak fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn. XIX əsrdə alman filosofu Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.
İdrak nəzəriyyəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn. XIX əsrdə alman filosofu Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu.
İkipalatalı idrak
İkipalatalı idrak (ing. The Bicameral Mind) — HBO telekanalında yayımlanan elmi fantastik triller teleserialı olan Qərb dünyası teleserialının I mövsümünün X seriyasıdır. Seriya 4 dekabr 2016-cı ildə yayımlanmışdır. Qara geyimli adam Doloresdən Vaytın kim olması və labirintin mərkəzinin harda olmasını soruşur. Dolores keçmişi ilə bağlı bəzi səhnələri xatırlayır. Keçmişdə Doloresi yaradan Arnold onda əsl şüur formalaşdırmağa çalışır. O, başa düşür ki, şürua gedən yol, düzxətli inkişafa malik deyil, əksinə labirinti xatırladır və insan seçimlərindən asılı olaraq labirintin mərkəzinə yaxınlaşa və ya mərkəzdən daha da uzaqlaşa bilər, lakin bütün cəhdlərinə baxmayaraq, Arnold, parkın açılışına kimi Doloresin əsl şüura malik olmasını təmin edə bilmir. Park sahiblərinin onlardan istifadə etməsini istəməyən Arnold Doloresə onları məhv etməyi əmr edir. Dolores Teddini sahibləri öldürməyə məcbur etdikdən sonra, Arnold Doloresə özünü də öldürməyi əmr edir və güman edir ki, onun ölümü parkı məhv edəcək. Dolores əmrə uyğun olaraq əvvəlcə Arnoldu, daha sonra isə Teddini və özünü öldürür.
Qneseologiya (idrak nəzəriyyəsi)
Qneseologiya (qneseoloji - insan idrakının öyrənilməsiylə bağlı elmi sahə) — Dünyada insanın fəal həyat istiqaməti göturməsi, müvəffəqiyyətli fəaliyyət göstərməsi onun gerçəkliyi hansı dərəcədə dərk etməsindən asılıdır. Gerçəklik insan şüurunda nə dərəcədə dolğu, adekvat əks olunursa, insan da ona uyğun fəal olur, qarşısına reallaşması mümkün olan vəzifələr qoyur və daha çox məqsədyönlü fəalliyyət göstərir. Qneselogiya — yunan dilində bilik haqqında təlim deməkdir. Bu da göstərir ki, idraka fəlsəfənin, onun spesifik sahəsi olan qnesologiyanın predmeti kimi baxilmalidir.
Kitap əl idrak li lisan əl ətrak
Kitabü'l-idrak li-lisani'l-Ətrak (Türklərin dilini anlama kitabı) — 1312-ci ildə Əsirüddin Əbu Hayyan tərəfindən ərəblərə türkcə öyrətmək üçün yazılmış Qıpçaqca qramər kitabı və lüğət.
Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
İdraki psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
İdrakməktəbi

Значение слова в других словарях