ihr

pron. sie 1. (Dat. zu sie sg.) ona; 2. (Nom. pl. von du) siz; 3. onun; onların
Ihnen
Ihr
OBASTAN VİKİ
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. == Mümkün hərəkətlər == İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əsəbləşmək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. == Ədəbiyyat == Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
İhrək Rəcəb
İhrək Rəcəb (1680, İxrək[d], Dağıstan MSSR – 1760) — XVIII əsr rutul əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olub. O, İhrək təxəlüssü ilə əsasən sevgi şeirləri yazıbdır. == Həyatı == İhrək Rəcəbin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun adının Rəcəb olduğu və Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olduğu məlumdur. Buna görə İhrək sözünü özünə təxəssül götürübdür. Onun XVIII əsrdə Səfəvilər Dövləti, Əfşar imperiyası və Quba xanlığı dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == İhrək Rəcəbin yaradıcılığında aparıcı yeri məhəbbət lirikası tutur. Bu lirikanın fərqləndirici xüsusiyyəti onun Huri adlı qıza həsr olunmasıdır. Xalq rəvayətlərinə görə, şair Şinaz kəndindən olan Huri adlı qızı sevirmiş.

Digər lüğətlərdə