Dilimizdə ilmək, ilgək tipli sözlər var və kökü il feilidir. Bu söz əlaqə, bağlılıq anlamlarını əks etdirir: il –aylar çoxluğu (birliyi), əl-barmaqlar çoxluğu, el-adamlar çoxluğu, ulus –ellər birliyi, ilxı –at çoxluğu və s. İlə qoşması da il feili ilə bağlıdır, görə (görməkdən), deyə (deməkdən) feili bağlamalarının qəlibi üzrə ilə qoşması da, görünür, feili bağlama kimi yaranıb, sonra qoşmaya çevrilib. Belə düşünmək üçün əsas var ki, ilk kəlməsi də il feilindən əmələ gəlib, sonrakıları özünə bağlayan anlamını əks etdirir. Güman edirəm ki, bir sayı da ba (bağlamaq) feili ilə qohumdur və özündən sonrakı sayları (yəni ikini, üçü) bağlamaqla yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)