İLANSOĞANI

сущ. бот. мышиный гиацинт, гадючий лук (род гравянистых луковичных растений сем. лилейных)
İLANSAYAĞI
İLANVARİ
OBASTAN VİKİ
İlansoğanı
İlansoğanı (lat. Muscari) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən, Aralıq dənizi ölkələrində 60, keçmiş SSRİ-də 19, o cümlədən Azərbaycanda 9 növü yayılmışdır. Qrossheym ilansoğanı (M. grossheimi), qəşəng ilansoğanı (M. elegantlum), ağızcıqlı ilansoğanı (M. leucostomum) Azərbaycan florası üçün endemikdir. Çiçəklərindən efir yağı alınır və ətriyyat sənayesində işlədilir. Bəzi növləri dekorativ bitki kimi becərilir. == Botaniki xarakteristikası == Çiçəkləri müşk ətri verdiyi üçün bitki muskari adlandırılmışdır. Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır.[mənbə göstərin] Cinsin 2 növü gülçülükdə geniş istifadə olunur. Salxımşəkilli ilansoğanı (M. botryoides) hündürlüyü 20 sm-ə çatan çoxillik soğanaqlı bitkidir. Enli yarpaqları torpaqda topalarla yığılmışdır.
Qəşəng ilansoğanı
Qəşəng ilansoğanı (lat. Muscari elegantulum), hiasintkimilər (Hyacinthaceae) fəsiləsindən bitki növü. Nadir, məhdud areallı endemik hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında Sibardu və Talış dağlarında. Orta dağlıq qurşağın stepli yamaclarında tək-tək rast gəlinir. == Çoxalması == Toxumla və vegetativ yolla çoxalır. == Ehtiyatının dəyişilmə səbəbləri == Mal-qara otarılması, ot çalınması. == Becərilməsi == Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. == Qəbul edilmiş qorunma tədbirləri == Mühafizəsi üçün xususi tədbirlər hazırlanmamışdır.
Erməni ilansoğanı
Erməni ilansoğanı (lat. Muscari armeniacum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur.

Digər lüğətlərdə

автомагистра́льный заколдова́ться пине́тки пого́ст то́-то же чиж безобразность восхити́ться добывающая промы́шленность ожире́ть протоко́льность call up Elvira fescue occult phage sneeze tortuous ukelele крупнопанельный малораспространённый огранщик сражать стеречься трепак