İLDƏN-İLƏ
İLDÖNÜMÜ
OBASTAN VİKİ
İldırım
İldırım — buludların içərisində və ya buludlarla yer səthi arasında elektrik boşalmalarının baş verdiyi atmosfer hadisəsi olub şimşək çaxması ilə müşayiət olunur. Bir qayda olaraq, ildırım möhkəm topa buludlarda əmələ gəlir və güclü yağış, dolu və fırtına ilə müşayiət olunur. Yağışsız ildırım "quru ildırım" adlanır. İldırım insanlar üçün ən təhlükəli hava hadisələrindən biridir: qeydə alınan ölümlərin sayı baxımından yalnız daşqınlar daha çox insan itkisinə səbəb olur.
Almas İldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub. 1914-1915-ci illərdə "İttihad" məktəbində təhsil aldığı dövrdə farsca öyrənib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur.
Kürəvi ildırım
Mahmud İldırım
Mahmut Yıldırım (1 yanvar 1951, Solxan, Bingöl ili) — Zaza əsilli Türk kəşfiyyatcı. == Həyatı == Dörd il sonra fərqli bir misyaya soyunub, fərqli bir adla tanılmağa başladı. Əməliyyatlarda PKK-lı kimi geyinən Mahmud Yıldırım, polis və əsgərlərin tanıması üçün "Yaşıl şərf" taxırdı. Abdulla Öcalanın öldürülməsi üçün göndərildikdən 3 ay sonra öldürməməsi əmrini alır və Yıldırımın üsyanından sonra vətən xayini elan olunmuşdur. Daha sonra ölkəni tərk edərək Şama gedir və bir daha ondan xəbər alınmır. Məşhur Susurluq kazası (qəzası) sonra ortaya çıxan əlaqələr, Yaşılın bir çox cinayətlərdə əli olduğu şübhəsi yaratdı, amma nə qədər axtarıldısa tapılmadı, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz aldığı məlumatlara görə Yeşilin öldüyünü elan etdi. (Polis onu axtarırdı, amma tapa bilmirdi, neçə dəfə əlindən qaçırıb polis onu, amma tuta bilməyib, deyilənlərə və bəzi şahidlərə görə Mahmud Yıldırımın dövlətin əlində olduğu və üzünün dəyişdirildiyini deyilir) Ancaq qısa vaxt ərzində Yeşil, İHD başqanı Akın Birdalı öldürənlərin arxasında kı, adam olduğu ortaya çıxmışdır. Daha sonrakı məlumatlar İldırımın sağ olduğu şübhəsini yaratdı. Susurluq hesabatında da İldırıma 12 səyfəlik yer verildi. Əhmət Dəmir, Mehmet Qırmızı adlı saxta vəsiqələri işlədən, Cənub-Şərq də "Saqqallı" adıyla tanınan Solxanlı Mahmud İldırımın keçmişi bir dəfədə aşkara çıxarıldı.
Çingiz İldırım
Çingiz İldırım (tam adı Sultanov Çingiz İldırım oğlu; 10 iyul 1890, Qubadlı, Zəngəzur qəzası – 27 iyul 1941, Moskva) — Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, xalq komissarı. 1890-cı ilin 10 iyulunda bəy ailəsində dünyaya gəlmişdir. Atası İldırım Qubadlıda ilk məktəbin açılmasına nail olmuş və 2 oğlunu — Çingizlə Cabbarı həmin məktəbdə oxutdurmuşdur. Kənd məktəbini bitirdikdən sonra Çingiz Şuşadakı realnı məktəbdə təhsilini davam etdirmişdir. Bu məktəb 1906-cı ildə bağlanmış, Çingiz isə təhsil ardınca Vladiqafqaza yollanaraq orta təhsilini 1909-cu ildə orada tamamlamışdır. Həmin ildə 19 yaşlı Çingiz, Sankt-Peterburqa ali təhsil almaq üçün yollanmış və Politexnik institutun dağ-sənaye şöbəsinə qəbul olunmuşdur. Ali təhsilini 1916-cı ildə başa vurduqdan sonra oradakı "Ayvaz" zavodunda mühəndis-metallurq kimi iş fəaliyyətinə başlamışdır. Yüksək səviyyəli mühəndis-metallurq olmuşdur. 7 iyul 1937-ci ildə İldırım NKVD tərəfindən həbs edildi və iddia edilən əks-inqilabi fəaliyyətdə ittiham edildi. Dnepropetrovskda, Bakıda və Moskva da məhbus olaraq saxlanıldı.
İldırım Ağayev
İldırım Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.
İldırım Cabbarov
Cabbarov İldırım Bəhram oğlu (10 oktyabr 1935, Qaryagin rayonu – 23 yanvar 2014, Mingəçevir) — Azərbaycan teatr rejissoru, Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru (1968–1980). İldırım Cabbarov 10 oktyabr 1935-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində anadan olmuşdur. 1968-ci ildən 1980-ci ilə qədər M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında baş rejissor, sonra isə rejissor və aktyor kimi işləmiş, onun tamaşaya hazırladığı əsərlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. C. Cabbarlı "Almaz", Fiqereydo "Ezop", S. Vurğun "Fərhad və Şirin", M. Şamxalov "Qaynana", S. Rüstəm "Durna", K. Qaldoni "İki ağanın bir nökəri" və s. əsərlər onun quruluşunda səhnələşdirilib. 1980-ci ildən 1990-cı ilə qədər teatr səhnəsindən ayrılıb. 1990-cı ildən yenidən həmin teatrda rejissor və aktyor işləyib. (İ. Əfəndiyev "Tənha iydı ağacı") – Kərim bəy, (İ. Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı") – Avşar Hüseyn, (C. Cabbarlı "Almaz") – Hacı Əhməd, (C. Cabbarlı "Solğun çiçəklər" – Bəhram, (C. Məmmədquluzadə "Danabaş kəndinin məktəbi") – Naçalnik, (S. Vurğun "Vaqif") – İbrahim xan obrazları onun yaratdığı nümunələrdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2005-ci ildə anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmana və pul mükafatına layiq görülmüşdür.
İldırım Cəfərov
İldırım Şirin oğlu Cəfərov — Əməkdar aqronom. 23 fevral 1921-ci ildə Ağdam rayon Xındırıstan kəndində anadan olmuşdur.1929-cu ildə Xındırıstan ibtidai məktəbinə getmiş,1937-ci ildə isə Paşabəyli kənd yeddiillik məktəbini bitirərək Stalin adına Ağdam Pedoqoji Məktəbinə qəbul olmuşdur.1939-cu ildə həmin məktəbi bitirərək Maarif nazirlyinin göstərişi ilə Ağcabədi rayonunun Salmanbəyli kənd məktəbinə göndərilərək müəllimlik fəaliyyətinə başlamışdır.1943-cü ildə orduya çağırılmışdır.1948-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, institutu bitirdikdən sonra Xındırıstan kənd orta məktəbinin direktoru təyin edilmişdir. Layiqli müəllimlik fəaliyyətinin qiyməti olaraq "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür. Rayonda ve elecede respublikada sayılıb-seçilən ağsaqqallardan olmuş İldırım Cəfərov neçə-neçə ictimai heyata atılmış gəncin məsləhət yeri olmuşdur, bu gündə onun tövsiyələri, məsləhətləri dillərdə səslənir. Rayon Ağsaqqallar şurasının sedri seçilmişdir və ömrünün sonunadək ictimai işlərdə, rayon tədbirlərində yaxından iştirak etmişdir.2004-cü il yanvarın 20-sində vəfat etmişdir. Övladları Svetlana, Aybəniz, Eldəniz, Ceyhun, Afət və Zülfiyyə,14 nəvəsi,17 nəticəsi və 2 kötücəsi var. 1960-cı ildə Ağdam Rayon Partiya Komitəsinə çağırılır və o adlı-sanlı bir kəndin itmiş şöhrətinin özünə qaytarılması üçün Xındırıstan kəndinə kolxoz sədri təyin edilir. Onun fəaliyyətinin ilk dövrlərindən başlayaraq Xındırıstan kəndi sürətlə abadlaşır, çiçəklənirdi. Beləki kənddə Məişət xidməti evi, Xındırıstan kənd xəstəxanasının binası, ticarət mərkəzi, hamam binası, poçt binası, Xındırıstan ərazi nümayəndəliyinin binası, artezian quyularının istismarı idarəsinin binası, aptek, Texniki peşə məktəbinin binası, uşaq bağçası, od dəyirmanı, Xındırıstan kənd orta məktəbinin binası, qonaq evi, Böyük Vətən müharibəsibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, Heydər bulağı və koperativ yaşayış evləri tikilərək əhalinin istifadəsinə verildi. Müxtəlif illərdə"1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə"medalı,"1941–1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə" medalı, Böyük Vətən müharibəsində qələbənin20 illiyi,30 illiyi,40 illiyi və 70 illiyi medalları,"Əmək veteranı"medalı, Üç dəfə "Qırmızı Əmək Bayrağı ordeni"liə, bir dəfə"Oktyabr İnqilabı"ordeni ilə təltif edilmişdir.
İldırım Həsənov
Həsənov İldırım Həsən bəy oğlu - Xanəndə İldırım Həsənov 1920-ci ildə Ağdam rayonunun Saybalı kəndində dünyaya gəlib. Atası Həsən bəy Qarabağın sayılıb-seçilən zadəganlarından, anası Dilguşa bəyim isə Məhəmməd ağanın qızı. Ata xanın nəvəsidir. Böyük sənətkar Zülfü Adıgözəlovun təkidilə 1947-ci ildə Ağdamdan Bakıya köçən İ.Həsənov elə bu ustad sənətkardan musiqi dərsi alıb. Uzun illər Asəf Zeynallı adına musiqi məktəbində dərs deyib. İ.Həsənov 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olub, orden və medallarla təltif edilib. Xanəndə 1977-ci ildə dünyasını dəyişib. Hazırda onun Qızıl Fondda bir sıra dəyərli lent yazıları saxlanılır. Xalq artisti Arif Babayev: "İldırım Həsənov çox gözəl səsə malik, təmiz qəlbli, şirin danışıqlı bir insan idi. Bəy nəslindən olduğu üçün çox vaxt biz ona bəy deyə müraciət edərdik.
Əziz İldırım
Aziz Yıldırım və ya Əziz İldırım (2 noyabr 1952, Ergani, Diyarbəkir ili) — Fənərbaxça İdman Klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
İldırım Ağbulud
İldırım Ağbulud (2 sentyabr 1935, Ərzincan – 14 aprel 2021, Ankara) Türkiyəli siyasətçi, Ana Vətən Partiyasının rəhbəri, Türkiyənin Baş naziri və iki dəfə Türkiyə Böyük Millət Məclisinin sədri. İldırım Ağbulud 2 sentyabr 1935-ci ildə Türkiyənin Ərzincan şəhərində poçtalyon atanın oğlu olaraq doğulub. İbtidai təhsilini Əskişəhərdə, orta təhsilini isə Samsun və Ərzincanda davam etdirib. Daha sonra İstanbul Universitetinin Hüquq fakültəsində hüquq təhsili alıb. Universiteti bitirdikdən sonra hüquqşünas kimi çalışıb. İldırım Ağbulud siyasi arenaya daxil olarkən Ərzincan vilayətindən millət vəkili seçilib. O, 1983-cü ildə Ana Vətən Partiyasının qurucularından biri olub. 1983-cü ilin ümumi seçkilərdə Parlamentə daxil olub və 1984-cü ildə Ana Vətən Partiyasının rəhbəri Turqut Özalın və Baş nazirin yanında Daxili İşlər naziri olub. Ağbulud 1987-ci ilədək xidmət edib, daha sonra onun partiyası Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd olaraq irəli sürülüb və qalib gələrək 1989-cu ilədək xidmət edib. 24 dekabr 1987 – 9 noyabr 1989-cu illər arasında Türkiyə Böyük Millət Məclisinin sədri olub.
Diyap İldırım
Diyap İldırım (türk. Diyap Yıldırım), həmçinin Diyağ Ağa və ya Dərsimli Diyap Ağa (türk. Dersimli Diyap Ağa; 1852, Çemişgezek[d], Tuncəli ili – 1932, Sivas) — Türkiyə siyasətçisi və tayfa lideri, 1-ci Türkiyə Böyük Millət Məclisinin Tuncelidən deputatı. == Həyatı == Diyap Yıldırım 1846-cı ildə Tuncelinin Çemişgəzək rayonunda Hozatlı Seyitxan Ağa və Əlif Xanımın oğlu olaraq anadan olmuşdur. Ovacıq–Hozat tayfalarından olan Fərhaduşağı tayfasına mənsubdur. O, kürdəsilli və ya zazaəsillidir. Ələvi olmuşdur. Diyap Ağa Birinci Dünya müharibəsində Həmidiyyə milisində milis komandiri olmuşdur. Bitlis və Siirtin Rusiya işğalından azad edilməsi üçün tayfası ilə döyüşə qatılmış və bu müharibələrdə milislərə komandanlıq etmişdir. Bu müddət ərzində ordu komandiri Mustafa Kamal Atatürklə yaxın dostluq əlaqələri qurmuşdur.
İzzəddin İldırım
İzzəddin İldırım — kürdəsilli Türkiyə nurçu aktivisti və "Med-Zehra" lideri. O, "Kürd Hizbullahı" tərəfindən qətlə yetirilmişdir. == Həyatı == İzzəddin İldırım 1946-cı ildə Ağrı vilayətinin Patnos rayonunun Qızılqaya kəndində anadan olmuşdur. Onun atası imam olan Tahir İlıdırm İzəddin çox gənc ikən vəfat etmişdir. İbtidai təhsilini öz kəndində başa vurduqdan sonra müxtəlif vilayətlərdə müxtəlif mədrəsələrdə oxumuşdur. Səid Nursinin "Risalə-i Nur"unu oxumağa başlamış və nurçu olmağa qərar vermişdir. Sonra hərbi xidmətini başa vurmaq üçün İstanbula getmişdir. 1990-cı ildə yaxın dostları Zəkəriyyə Özbək, Hüseyn Daşqın, Qiyasəddin Bingöl və Yasin İldırımla birlikdə "Med-Zehra" adı ilə tanınan Zəhra Təhsil və Mədəniyyət Vəqfini təsis etmişdir. İzzəddin İldırım 29 dekabr 1999-cu ildə təravih namazına hazırlaşan zaman qaçırılmışdır. Həftələrlə ondan xəbər alınmamışdır.
Almas İldırım küçəsi
Almas İldırım küçəsi — Bakı küçələrindən biri. == Tarixi == Bu küçə bütün şəhər üçün həyati əhəmiyyətə malik olduqdan sonra, içməli quyular alındı. Onun ilk adı - Vodovoznaya. "Mitrofanov evi" olaraq bilinən ev bu küçədə idi və Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə burda Fransa diplomatik nümayəndəliyi var idi. Daha sonra küçəyə Ağamalı oğlu adı verildi. Tezliklə Şirşov adına layiq görülmüşdür. İndi bu küçənin adı Almas İldırımdır.
Sultan İldırım Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.
İldırım Bəyazid türbəsi
İldırım Bəyazid türbəsi — İldırım Bəyazidin oğlu Çələbi Sultan Mehmed tərəfindən 1421-ci ildə tikilmişdir. Türbə Bursanın şərqində Yaşıl səmtində, Yaşıl məscidin qarşısındakı təpə üzərindədir. Memarı Hacı İvaz Paşadır. Nəqqaşları Əli bin İlyas Əli, Mehmed el Mecnundur. Ən dar yerii 8,45 mt, ən yüksək yeri 8,87 mt olan səkkizbucaqlı prizma quruluşa malikdir. Gövdə üzləri ağ mərmərdən düzəldilmiş, çərçivə və ayaqlar 3,5 mt açıqlığı olan üzəngiləri boş yerdə dayanan sivri kəmərləri var. Cənub və şimal hissələri xaricində düzbucaqlı böyük pəncərələr ilə iti kəmərli gips pəncərələr vardır. Günümüzə çox az dəyişikliklərlə gələn cəbhə, girişin şərqindəki ilk üzüdür. Mərmər çərçivələrin, kar kəmərlərin və pəncərələrin ətrafı keçmə rumi motivli bir bordyurla örtülüdür. Digər hissələr turkuaz rəngli çinilərlə örtülmüşdür.
Yuvarlanan ildırım əməliyyatı
"Yuvarlanan ildırım" əməliyyatı (ing. Rolling Thunder) — Vyetnam müharibəsi zamanı ABŞ təyyarələri tərəfindən Vyetnam Demokratik Respublikasına (VDR) qarşı bombardman kampaniyasının kod adı. "Yuvarlanan ildırım" əməliyyatı 2 mart 1965-ci ildən 31 oktyabr 1968-ci ilə qədər Lindon Consonun prezidentliyi dövründə həyata keçirilmişdir. Bu, İkinci Dünya müharibəsinin bitməsindən bəri ən uzunmüddətli bombardman kampaniyası olmuşdur . 29 oktyabr 1964-cü ildə Birləşmiş Ştatlar Prezidentinin müşaviri Vilyam P. Bandi Vyetnamın cənubunda Vyetkonqun bu və ya digər böyük hərəkətinə cavab olaraq, ABŞ Hind-Sakit okean Komandanlığı tərəfindən Şimali Vyetnam ərazisindəki hədəflərə kütləvi zərbələr endirməyi təklif etmişdi. 18 noyabr 1964-cü ildə Amerikanın "F-100" və "T-28" təyyarələri Laosun hava məkanından Şimali Vyetnamın hava məkanını zəbt edərək Kuanqbin vilayətinin rayonlarından birinə hücum etmişdir. 27 noyabr 1964-cü ildə SSRİ-nin ABŞ-nin hərəkətlərini Şimali Vyetnamın suverenliyinə kobud qəsd kimi qiymətləndirdiyi "TASS" hesabatı dərc olunmuşdur. 1965-ci il yanvarın sonunda Birləşmiş Qərargah Rəisləri "Alovlanan nizə" adlı proqram çərçivəsində hava hücumları üçün hədəflərin siyahısını təqdim etmişdir. 1965-ci il fevralın 6-dan 7-nə keçən gecə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin (CVMAC) qüvvələri Pleyku yaxınlığındakı ABŞ aerodromuna və ondan yeddi kilometr aralıda yerləşən Kemp-Holloveydəki vertolyot bazasına hücum etmişdir. Bu zaman 137 amerikalı yaralanmış, 9-u həlak olmuş, 16 helikopter də sıradan çıxmışdır.
Murad İldırım (aktyor)
Murat Yıldırım (13 aprel 1979, Konya) — türk aktyoru. Murat Yıldırım Türkiyənin Konya şəhərində anadan olub . Atası kürd əsilli və ədəbiyyat müəllimi olub. Yıldırımın atası türk və kürd dillərini bilir. Anası ərəb əsillidir və ərəbcə də danışır, lakin Murat Yıldırım nə kürdcə, nə də ərəbcə bilir. Atasının işi səbəbiylə Yıldırım Konya ilə Adana arasında böyüdü . Onun iki bacısı var. Türkiyənin İstanbul şəhərindəki Yıldız Texniki Universitetinin Maşın mühəndisliyi fakültəsini bitirib və riyaziyyata böyük marağı var. Musiqiyə və teatra marağı da ömrünün əvvəllərindən başlayıb. Yıldırım tələbə ikən qrupda nağara çalırdı.
İldırım Məmmədov
İldırım Qasımlı
İldırım Əvəzoğlu (tam adı:Qasımlı İldırım Əvəz oğlu) —pedaqoq,teatrşünas və jurnalist, YAP Sumqayıt təşkilatının təsisçilərindən biri, həmin təşkilatın sədr müavini və "Məslək" qəzetinin baş redaktoru. İldırım Əvəz oğlu Qasımlı 1 mart 1940-cı ildə Zəngəzur mahalının Ağudi kəndində anadan olmuşdur. İ.Qasımlı orta təhsilini başa vurduqdan sonra 1958-ci ildə APİ-nin tarix-filologiya fakültəsinə daxil olmuşdur. İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır. O, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir. İldırım Qasımlı atasını erkən itirdiyindən qardaşı və iki bacısı ilə birlikdə anasının himayəsində böyümüşdür. Onun anası xalça ustası Əsilxan Hümbətyar qızı idi. Raya Qasımova (Məhərrəmova) ilə ailə həyatı qurmuşdur. 2 qızı, 2 oğlu olmuşdur.
İldırım təşkilatı
Antisovet İldırım təşkilatı – 1942-ci ildə sovet işğalına qarşı mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş təşkilat. Şərqşünas İsmixan Rəhimov Şərqşünas Hacı Zeynalov Musa Abdullayev Kamal Əliyev Azər Ələsgərov Aydın Vahidov Kamil Rzayev Gülhüseyn Abdullayev Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq. "Təşkilatda yeganə yazar olan Gülhüseyn Hüseynoğlu xalq arasında iş aparır, onu SSRI-dən ayırmağa hazırlayır. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Sən demə, yanılırmış. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar.
İldırım ötürücü
İldırım ötürücü — bina və qurğulara quraşdırılan, ildırım vurmalarından qorunmaq üçün cihaz. İldırım çaxması zamanı yer üzündə böyük bir cərəyan meydana gəlir və Yerin səthində güclü bir elektrik sahəsi görünür. Sahə intensivliyi xüsusilə kəskin keçiricilərin yanında yüksəkdir və buna görə ildırım ötürücünün ucunda bir tac boşalması alovlanır. Tac boşalması nəticəsində ildırım ötürücüyə yaxın hava güclü ionlaşır. Nəticədə ucun yaxınlığındakı elektrik sahəsi azalır (hər hansı bir ötürücünün içərisində olduğu kimi), induksiyalı yüklər binaya yığıla bilmir və şimşək ehtimalı azalır. İldırım meydana gəldiyi eyni hallarda (belə hallar çox nadirdir), ildırım ötürücü vastəsi ilə ötürülür və nəticədə dağıntı olmadan təhlükə aradan alxır. Bir-biri ilə əlaqəli üç hissədən ibarətdir: İldırım qəbul edici — ildırımın qəbul edilçəsinə xidmət edir və ildırım kanalı ilə təmas zonasında yerləşir; qorunan obyektdən asılı olaraq, metal bir pin, keçirici material şəbəkə və ya qorunan obyektin üstünə uzanan bir metal kabel ola bilər. Yerləndirmə ötürücüsü və ya aşağı keçirici — yükü hava terminalından torpaq elektroduna yönəltməyə xidmət edən bir dirijor; ümumiyyətlə kifayət qədər böyük bir kəsişmədən ibarət bir teldir. Yerləndirmə — yerlə təmasda olan bir ötürücü və ya ümumiyyətlə torpağa basdırılmış bir metal çubuq. Bir ildırım ötürücüsünü elementləri bir-birinə bağlıdır və dəstəkləyici bir quruluşla sabitlənmişdir.
İldırım Müharibəsi (Blitzkrieg)
İldırım Ordular qrupu
İldırım Ordular qrupu (almanca: Heeresgruppe İldırım), I Dünya Müharibəsi dövründə Osmanlı dövlətinin Sinay və Fələstin cəbhəsi və İraq cəbhəsini müdafiə etmək üçün qurduğu ordular qrupu. 24 iyun, 1917-ci ildə Hələbdə Ənvər paşanın və alman komandirlərinin qatılması ilə (Mustafa Kamal Atatürk daxil) olan toplantıda general Falkenheinin rəhbərliyində "İldırım Ordular qrupu"nun yaradılması qərara alındı. Bu yeni qərar Fələstin-Suriya-İraq cəbhələrini bir yerə gətirəcəkdi. Bu qərarda belə Sinay və Fələstin cəbhəsinə çox qüvvə ayrılmamışdı. Ancaq bu dəfə Almaniya bu qrupa 6 min nəfərlik kömək qrupu göndərəcəkdi ki, bunun da bir hissəsi Sinay və Fələstin cəbhəsi üçün nəzərdə tutulmuşdu. Oktyabr ayında (1917) Sinay və Fələstin cəbhəsindəki Osmanlı qüvvələrinin sayı 40 min nəfər idi. Buna qarşı ingilis qoşunları komandanı Allenby idə 191 min nəfərlik qüvvəyə sahib idi. İngilislərin təchizatı və silah-sursatı baxımından da Osmanlıdan xeyli irəlidə idi. Hələb toplantısından sonra İstanbula geri dönən Baş Komandan vəkili Ənvər paşanın ilk işi planlaşdırılan İldırım Ordular qrupunun qurulması olmuş və general Falkenheinin qrup komandanlığına təyinatını (11 iyul, 1917), sultanın təstiqindən keçirdikdən sonra 11 iyul, 1917-ci ildə təşkil əmrini vermişdi. İldırım Ordular qrupunun quruluş məqsədi ilk əvvəllər Bağdadın geri alınması idi.
Almas İldırım (film, 1991)
Almas İldırım filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1991-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır. == Məzmun == Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır. Almas İldırım Türkiyədə yaşayıb yaratsa da, demək olar ki, bütün şerləri Azərbaycanla, onun əsrarəngiz təbiəti ilə bağlı olmuşdur. Filmdə şairin həyat yoldaşı Zivər xanım, oğlanları Azər, Araz, Otkan, 30-cu illərdə Almas İldırımla "Qızıl Qələmlilər" İttifaqında birgə çalışan, indi Dəvəçidə yaşayan şair Nağı, İttihad məktəbində şairlə birgə təhsil almış buzovnalı Abbas müəllim şair haqqında xatirələrini söyləyirlər. Filmdə şairin oğlu Azərin həyat yoldaşı ilə Bakıya gəlişi, Şüvəlanda əmisi Güləli Almaszadə ilə görüşləri, onların səfəri barədə maraqlı epizodlar var. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ramiz Rövşən, Maarif Teymurov Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Bəstəkar: Eldar Mansurov == İstinadlar == == Mənbə == Zaur Məhərrəmov. “Şair haqqında film” //Bakı.-1990.- 9 mart. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım (film, 1987)
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu
Azərbaycan Texniki Universiteti və ya qısaca AzTU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Respublikasının texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) 1950-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində tərkibində 7 fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı altında yaradılmışdır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Bolonya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar universitet ABŞ-nin, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuşdur. Ümumavropa təhsil layihələrində (TEMPUS, TAJİS və s.) universitetin əməkdaşları fəal iştirak edirlər. Azərbaycan, rus və xarici dillərdə 700 mindən çox kitabla təmin olunmuş əsaslı kitabxana, kifayət qədər müasir kompüterlərlə təchiz olunmuş hesablama mərkəzi, müasir idman kompleksi, poliklinika, yeməkxana və Nabranda istirahət zonası onların tələblərinin ödənilməsinə xidmət edir. Universitetin tərkibində 2,5 milyondan çox kitab fondu olan elmi kitabxana, Yaponiyada istehsal olunmuş müasir tipli rizoqraf və digər çap avadanlıqları olan nəşriyyat, 6 muzey, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, hərbi kafedra, poliklinika fəaliyyət göstərir. Universitetdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının Baş redaktorluğu ilə rəngli "Ziya" qəzeti çap olunur.
İldırımsürətli müharibə
Blitzkriq (alm. Blitzkrieg‎, Blitz ["ildırım"] + Krieg ["müharibə"] sözlərinin birləşməsindən yaranıb) və ya "İldırımsürətli müharibə" — sürətli qələbə qazanmaq üçün gərgin hərbi kampaniya. XX əsrin əvvəllərində feldmarşal Alfred fon Şliffen tərəfindən yararıdılıb. Bu müharibə taktikası, müharibə gedişinin ildırım sürəti ilə aparılmasıdır. Belə ki, İkinci Dünya müharibəsi zamanı almanlar birçox dövləti eləcə də Polşanı, Danimarkanı, Norveçi, Niderlandı, Belçikanı və Fransanı bu taktika ilə məğlubiyyətə düçar etmişdilər. Bu taktikanın yerinə tam olaraq yetirilməsi üçün iki şey əsasdır: yaxşı hava şəraiti və yaxşı ordu. İldırım müharibəsinin digər prinsipi isə düşmən ərazisində genişçaplı yarmalar açmaq, düşmən qüvvələrini mühasirəyə alaraq məhv etmək və özünün öləcəyini bilə-bilə düşmənin üstünə hücum çəkmək idi. Bütün ordu əlindən gəldiyi qədər güclü hərəkət etməli və düşmənə qarşı amansız olmalıdır. Dərin bir hücum gerçəkləşdirərək düşmənin müharibə mexanizmi, planları puça çıxarılır və düşmən qaçınılmaz məğlubiyyətə düçar olur. Beləliklə ildırım müharibəsi, düşmən qüvvələrinin müharibə ərazisində tam məhvinə əsaslanır.
Tor: Məhəbbət və İldırım
Tor: Məhəbbət və İldırım və ya Tor: Sevgi və İldırım (ing. Thor: Love and Thunder) – Marvel Comics personajı Tor əsasında hazılanmış super qəhrəman filmi. Film Marvel Kinematoqrafiya Kainatındakı Tor filmlərinin davamıdır. Tor Qisasçılar: Final filminin hadisələrindən sonra Qalaktika mühafizəçilərinə qoşulub rahatlıq tapmağa çalışır. Lakin o, geri qayıtmalı və Valkiriya, Korq və Ceyn Fosteri — hansı ki, Qüdrətli Tora çevrilmiş, bütün tanrıları məhv edən Tanrı Qəssabı Qoru dayandırmalıdır. Film bu işdə onun başına gələnləri bəhs edir. Kris Hemsvort — Tor rolunda Kristian Beyl — Tanrı Qəssabı Qorr rolunda Natali Portman — Qüdrətli Tor/Ceyn Foster rolunda Tessa Tompson — Valkiriya rolunda Kris Prett — Ulduz Lordu/Piter Kvil rolunda Cemi Aleksandr — Sif rolunda Pom Klementieff — Mantis rolunda Taika Vaititi — Korq rolunda Mett Deymon — Aktyor Loki rolunda Rassel Krou — Zevs rolunda Lyuk Hemsvort — Aktyor Tor rolunda Vin Dizel — Qrut rolunda Bredli Kuper — Roket Rakun rolunda Deyv Batista — Dağıdıcı Draks rolunda Karen Qillan — Nebula rolunda Qrup üzvü Ronnie James Dionun dul arvadı Wendy Dionun sözlərinə görə, filmdə Dionun "Rainbow in the Dark " mahnısı yer alacaq . 2021-ci ilin dekabrında Michael Giacchino filmin musiqisinin bəstəkarı olacağını açıqladı; o, əvvəllər Doktor Strenc və MCU Hörümçək-adam trilogiyasına , eləcə də Waititi-nin əvvəlki filmi Jojo Rabbit (2019) filmlərinin musiqilərinin müəllifi olub. Tor: Sevgi və İldırım filminin ABŞ-də 8 iyul 2022-ci ildə nümayişi planlaşdırılır. Əvvəllər 5 noyabr 2021-ci ildə buraxılması nəzərdə tutulmuşdu , lakin koronavirus pandemiyası səbəbiylə 18 fevral 2022-ci il tarixinə təxirə salınıb.
İldırımiyyə
İldırımiyyə — Azərbaycan hakimiyyəti uğrunda siyasi mübarizə zamanı bütün Azərbaycan və Cənubi Rusiyada gələcək bolşevik hökumətlərini müdafiə etmək məqsədilə Azərbaycan bolşevikləri tərəfindən qurulmuş müstəqil Müsəlman Fəhlə Qırmızı Ordusu. Ordu adını onun qurucusu azərbaycanlı bolşevik Çingiz İldırımdan alıb. Qoşun kəndli və fəhlələrdən ibarət olmuşdur. İlk İldırımiyyə 1918-ci ilin iyununda Petroqrad və Şimalda qurulur. Qurulduqdan sonra 2000 azərbaycanlıdan ibarət İldırımiyyə ordusu Rusiyada vətəndaş müharibəsi zamanı Həştərxanda Ağ Orduya qarşı vuruşmuş, lakin 1918-ci ilin mart hadisələrində bolşeviklərin tərəfində olan erməni daşnaklarının azərbaycanlıların qırğınlarına cəlb olunduğu üçün bolşeviklər qısa zamanda azərbaycanlılar və ordu arasında dəstəyini itirmişdir.

Значение слова в других словарях