is. Havada yığılmış atmosfer elektrikinin çox vaxt əyri-üyrü zolaq şəklində ani parıltısı. İldırım çaxmaq. İldırım vurmaq.
– [Almaz:] Bax gör, ildırım necə vurur! C.Cabbarlı.
Eyni anda ildırım.
çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. İ.Əfəndiyev.
◊ İldırım kimi – çox tez, çox iti, çox cəld, çox sürətlə. İldırım kimi qaçmaq.
– At qaratikanlığı yarıb, ildırım kimi süzüb, ilxıçının yanında dayandı. “Koroğlu”.
Tamaşa qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov.
Hüseyn pilləkənləri ildırım kimi yuxarı qalxdı. S.Rəhman.
İldırım sürəti ilə – çox iti, çox sürətlə, çox tez, çox cəld. İldırım sürəti ilə hərəkət etmək.
– [Çopo:] …[Quzatayın] ordunun qüvvəli bir hissəsini götürərək qarşı dağın arxasına çəkilməsi xəbəri ildırım sürəti ilə yayılmağa başladı. Çəmənzəminli.
Buludlar arxasında daldalanıb … fürsət gözləyən üç “M-109” birdən ildırım sürəti ilə şığıdı. Ə.Vəliyev.
İldırım vurmuş kimi – bax
ildırım kimi.
İldırım vurmuş kimi yerindən sıçradı, qalxdı. H.Nəzərli.
Elə bil ildırım (kimi, təki) vurdu – bərk, şiddətli təsir, sarsıtma mənasında.
Şahsənəm bu sözü Qəribdən eşidən kimi elə bil onu ildırım vurdu. “Aşıq Qərib”.
[Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda, elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov.
Bu söz ildırımtək onları vurdu; Bağrını kababdan betər qovurdu. H.K.Sanılı.
İldırım sipəri – binanı, qurğunu və s.-ni ildırım zərbəsindən qorumaq üçün yerlə birləşdirilmiş şaquli metallik mil şəklində qoruyucu.
Üstünə ildırım düşsün (çaxsın) – qarğış, nifrin ifadəsi.
[Fatma xanım:] Ay səni öyrədənin üstünə ildırım düşsün! N.Vəzirov.