İMAD

dirək, dayaq, sütun.
İLZƏR
İMADƏDDİN
OBASTAN VİKİ
İmad Faraj
İmad Faraj (11 fevral 1999-cu ildə ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Faraj Lill akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lill klubu ilə 20 avqust 2017-ci ildə etmişdir. Həmin görüşdə Lill Liqa 1 görüşündə Kann klubuna 2-0 hesabı ilə məğlub olmuşdur. Faraj Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. O, bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir.
İmad Kirmani
İmad Kirmani (?-1372) — İran şairi. İmad Fəqih Kirmani (vəf.1372) XIV əsrdə İranda yaşayıb-yaratmış gözəl sənətkarlar dəstəsinə mənsub istedadlı şairlərdən biridir. Onun bədii irsi, təəssüf ki, lazımınca tədqiq olunmamışdır. Əksər tədqiqatlarda və fars ədəbiyyatı tarixinə dair ümumiləşdirici əsərlərdə İmad əsasən dahi Hafizin müasiri kimi xatırlanır və onunla Hafiz arasında baş vermiş münaqişədən bəhs olunur. Yalnız son illərdə İranda onun bədii əsərləri ayrıca kitablar şəklində nəşr olunmağa başlamışdır ki, bunlar da bir tərəfdən İmadın yaradıcılığının çoxşaxəliliyini, digər tərəfdən isə onun barəsindəki təsəvvürlərin ədalətsizliyini və yanlışlığını nümayiş etdirməkdədir. Lirik əsərlərlə (qəzəl, qəsidə, qitə və rübai) yanaşı İmadın qələmindən beş məsnəvi də çıxmışdır ki, bunlar içərisində 1355-ci ildə yazılmış "Təriqətnamə" poeması xüsusilə diqqəti cəlb edir. Təqribən 2800 beytdən ibarət olan və həzəc bəhrində yazılmış bu əsər Müzəffərilər sülaləsindən Əmir Mübarizəddin Məhəmmədə – o zamankı Yəzd və Kerman hakiminə ithaf edilmişdir. Əsərin yazılma səbəbi barədə müəllif bu məsələyə həsr olunmuş xüsusi fəsildə məlumat verir. Məlum olur ki, şair uzun müddət "təsəvvüfə dair qısa və aydın bir kitab " yaratmaq üzərində düşünmüş və nəhayət, bu ideyasını həyata keçirməyə qərar vermişdir. Bu da təsadüfi deyil, çünki İmad məşhur sufi təriqətlərindən birinin – sührəvərdiyyənin davamçılarından idi və Kermanda onun xanəgahı vardı.
İmad Muğniyə
İmad Fayez Muğniyə (ərəb. عماد فايز مغنية‎; Soyadı müxtəlif cür yazılır Muğniye, Murniye, Muğniyah; 7 dekabr 1962, Tayr-Debba[d], Əl-Cənub mühafəzəsi[d] – 12 fevral 2008) — Hizbullahın fəalı, gizli xidmətin rəisi. İmad Muğniyə 1962-ci ildə Livanın Cənubunda Sur şəhəri yaxınlığında yerləşən Təyr kəndində dünyaya göz açmışdır. Çox imanlı və təqvalı ailənin tərbiyəsi ilə tərbiyələnmişdir. Dini təriqətlər, müxtəlif dini cərəyanlarla qarışıq olan Livanda Əhli-beyt (ə) sevgisi ilə yetişdirildi İmad Muğniyə. Ədalət və haqq tərəfdarı olan İmad ölkəsində və onun hüdudlarında baş qaldıran ədalətsizlik, haqsızlıq acılarında daim narahatlıq keçirər, dünyada yalanççı insan haqları, ədalətin gözlənilməsi kimi gözdən pərdə asan BMT, ATƏT kimi təşkilatların Fələstində baş verən qanlı olaylarında nümayiş etdirdiyi ikili oyunu pisləmişdir. Buna nifrət hissini tez-tez ölkəsində keçirilən etiraz yığıncaqlarında hələ azyaşlı olmasına baxmayaraq bildirməyi bir vicdani vəzifə bildi özünə. Gənc yaşlarına qədəm qoyma ərəfəsində (hələ 15 yaşı tamam olmamış) Fələstinin Livandakı Əl-Fəth təşkilatına üzv olur. Lakin bir müddət keçdikdən sonra təşkilatın Qərb yönlü fəaliyyətindən narahat olan İmad təşkilat sıralarından xaric olur. Bu zaman artıq fəaliyəti Livanın bütün bucaqlarında hiss olunan İmam Musa Sədrin başçılıq etdiyi "Əməl" təşkilatına üzv olur.
İmad Xəmis
Imad Xəmis (ərəb. عماد محمد ديب خميس‎; 1 avqust 1961, Dəməşq) — Suriyanın 67-ci baş naziri və siyasətçisi. Xəmis 1961-ci il 1 avqust tarixində Səqba şəhərində anadan olub.1981-ci ildə Dəməşq Universitetinin mühəndislik kursuna daxil olub. İmad Xəmis evlidir və 3 övladı var.
Mir İmad Qəzvini
Mir İmad Qəzvini (1554, Qəzvin – 15 avqust 1615, İsfahan) — mənşəcə azərbaycanlı olan xəttat. Onun yaratdığı, bu gün nəfis sənət nümunələri sayılan əsərlər hazırda dünyanın bir çox muzeylərində nümayiş etdirilir. XVII əsrin ən yaxşı xəttatlarından biri "İmad ül-mülk" ("Dövlətin dayağı") adlandırılan və buna görə də xalq arasında Mir İmad deyə çağırılan Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Mir İmad 1553-1554-cü ildə Qəzvində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Təbrizdə keçirərək, nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən xəttatlıq dərsini öyrənmişdir. Mir İmad onun ən sevimli şagirdlərindən idi. Ölümünə az qalmış ustadı Mir İmaddan xahiş edir ki, onun qələmin mədhinə həsr edilmiş şerlərini təlimat şəklində tərtib etsin: Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunduqdan sonra Mir İmad imperiyaya daxil olan bir çox ölkələrə səyahətə çıxır və Məkkəyə gedir. Vətənə qayıtdıqdan sonra Fərhad xanın yanında qulluğa qəbul olunur. Onun ölümündən (1599) sonra Gilana, oradan da Qəzvinə gedir və xəttatlıq dərsi keçir. Az sonra Mir İmad Səfəvilər dövlətinin paytaxtı İsfahana gəlir və I Şah Abbasın dəftərxanasında işə başlayır.
Hüseyn İmadulküttab
Mirzə Məhəmmədhüseyn Seyfi (1868, Qəzvin – 1935, Tehran) — İran Məşrutə hərəkatının və Mücazat təşkilatının üzvü, xəttat. == Həyatı == Mirzə Məhəmmədhüseyn Seyfi 1868-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ustad yanında xəttatlığı öyrənmişdi. Mirzə Məhəmmədhüseyn Seyfi nəstəliq xəttinin ustadı idi. O, məşhur "Şahnamə"ni, Nəsrəddin Tusinin "Övsafül-əşraf"ını öz xəttilə köçürmüşdü. İmadülküttab ləqəbini daşıyırdı. Mirzə Məhəmmədhüseyn Seyfi Məşrutə hərəkatına qoşulmuşdu. Mirzə Məhəmmədhüseyn Seyfi 1916-cı ildə Mirzə İbrahim xan Münşizadənin və Əsədulla xan Əbülfətzadənin təşkilatçılığı ilə Tehranda yaranmış "Komiteyi-Mücazat" (Cəza komitəsi" daxil olmuşdu.
I İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
Seyid Əli İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur.
İmadəddin Ay Aba
İmadəddin Əbülfəth Müəyyəd Ay Aba (?-1174)— Səlcuq əmiri, vali. Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi. İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay Abanın əlində cəmləşmişdi.
İmadəddin Mahmud Gavan
Xacə İmadəddin Mahmud Qavan (1411, Gilan ostanı – 1481) — Ədib, siyasətçi, sərkərdə. Səfəvilərin İranda meydana gəlişindən əvvəl İranın görkəmli vəziri Xacə İmadəddin Mahmud Qavan Hindistanın Dekan ərazisində şiəliyi yayırdı. O, Azərbaycanın Gilan əyaləti ilə həmsərhəd olan Gavilan kəndindən idi. Mahmud Qavan Şeyx Səfiəddin Ərdəbili Bəhmənlər dövlətinə baş nazir kimi qəbul etmişdi. O, 40 ildən çox orada çalışmışdır. Mahmud Qavan əsas vəzifələri azərbaycanlılara vermişdi. Yusif Adil xan da bu qəbildən — Bicapurda Azərbaycandan olan nümayəndə idi. Onun sayəsində şiəlik həmin ərazidə təşəkkül tapmışdı. Xacə Mahmud Qavan gözəl idarəçi, hərbi general, analitik düşüncəli şəxsiyyət idi. O, Hindistanın şimal bölgəsində, Ərəb dənizindən ta Benqal çayının sahilinə qədər vuruşmuşdu.
İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur.
İmadəddin Nəsimi (1973)
İmadəddin Nəsimi — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş sənədli film. Film dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Burada şairin həyat və yaradıcılığından söhbət açılır. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, Bakı və Dəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılıqla məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə şair N. Tixonov, yazıçı Mirzə İbrahimov, şair S. Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şeirləri və fəlsəfi fikirləri səslənir. Nəsiminin yubileyini keçirən komissiyanın gördüyü tədbirlərdən danışılır. Nəsiminin müəllimi Fəzlullah Nəiminin adı ilə bağlı olan yerlər filmdə öz əksini tapmışdır.
İmadəddin Nəsimi (film, 1973)

İmadəddin Nəsiminin abidəsi (Sumqayıt)
Nəriman Nərimanovun büstü - Yerli əhəmiyyətli abidə 2003-cü ildə heykəltaraşlar Vaqif Nəzirov və Aqil Quliyev tərəfindən işlənmişdir. Sumqayıt şəhərinin S. Vurğun küçəsində, şairin adını daşıyan Nəsimi adına Mədəniyyət və İstirahət parkında qoyulmuşdur. Abidə Xəzərin sahilinə yaxın, parkın baş xiyabanının girəcəyində ucaldılmışdır. Postament ağ mərmər ilə üzlənmişdir. Postamet üzərində rum rəqəmləri ilə XIV - XV əsr və Nəsimi sözləri yazılmışdır. Abidənin özü isə bürüncdən hazırlanmışdır.
İmadəddin Nəsiminin heykəli (Bakı, 1980)
İmadəddin Nəsiminin heykəli — XIV–XV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 1980-ci ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəl, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazılır. Həsən Seyidbəyli "Nəsimi" filmini çəkir, Fikrət Əmirov "Nəsimi dastanı" baletini başa çatdırır, İsa Muğanna "Məhşər" romanını, Qabil "Nəsimi" poemasını yazır. Tokay Məmmədova isə Nəsiminin heykəlini yaratmaq sifariş verilir. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğu üçün Tkay Məmmədov bu işi həmkarı İbrahim Zeynalovla birgə görür. Əvvəlcə heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldilir. Daha sonra isə bu maketin əsasında Nəsimin hündürlüyü 6,5 metr olan heykəli hazırlanıb və şəhərin mərkəzi bağlarının birində qoyulub. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra heykəl, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İmadəddin Nəsiminin heykəli (Kiyev)
İmadəddin Nəsiminin heykəli (ukr. Статуя Імадеддіна Насімі, translit. Statuya İmadeddina Nasimi) — XIV–XV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 2019-cu ildə Ukraynanın Kiyev şəhərində qoyulmuş heykəl. 24 may 2019-cu ildə Azərbaycanın Ukrayna səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində abidənin açılış mərasimi baş tutub. Mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko da iştirak ediblər. Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltaraş Seyfəddin Qurbanovdur.
İmadəddin Qəzvini
İmadəddin Qəzvini(azərb. Əbu Məhəmməd Ömər ibn Məhəmməd əl Məkki əl-Qəzvini‎) — qazı XIII əsrin ikinci yarısında Naxçıvan qazısı olmuşdur. 1267-1268-ci illərdə Təbrizdə onunla rastlamış və haqqında yazmış məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin məlumatına görə,İmadəddin Qəzvini "qazılar,ədalətli qanunşünaslar və ləyaqətli rəislər nəslindən" idi. Ədəbiyyatı, şeir sənətini dərindən bilir və tədris edirdi. Mənbədəki məlumata görə, şəhər hakimi Şəmsəddin Məhəmməd İbn Məhəmməd əl-Cüveyni ədəbiyyat elmini və ərəb müəllifi ər-Həririnin "Məqamat"ını ondan öyrənmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 211.
İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
İmadəddin İsfahani
İmadəddin Məhəmməd ibn Hamid əl-Katib əl-İsfahani (1125-20.6.1201) — İran tarixçisi. İmadəddin İsfahani İsfahan şəhərində anadan olmuşdur. İlk təhsilini Kaşanda almışdır. Daha sonra Bağdadda fiqhi oxudu. 1156-cı ildə Bağdadı İraq Səlcuqlu dövlətinə qarşı bacarıqla müdafiə edən Abbasi xəlifəsi Müktəfini (hökmdarlığı 1136–1160) təbrik etmək üçün yazdığı qəsidəylə vəzir İbn Hübeyrnin sevgisini qazandı. Onun tərəfindən naib olaraq Vasıtə göndərildi. Bu vəzifəsi İbn Hübeyrənin ölümünə (1165) qədər davam etdi. Bir müddət sonra Zəngilər sülaləsindən Nurəddin Zənginin (hd 1146–1174) katibi olan İmadəddin, onun öz adına tikdirdiyi mədrəsəyə müdərris olaraq göndərildi, amma Nurəddin Zenginin ölümündən sonra vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Homsu alan Səlahəddin Əyyubini öymək üçün bir şeir yazdı. Bununla Əyyubinin yaxınlığını qazandı və bütün səfərlərinə qatıldı.
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi (kitab)
İmadəddin Nəsimi heykəli
Nəsimi kimi də tanınan İmadəddin Nəsimi — 1369–1419 illərdə yaşamış Azərbaycan hürufi şairi, mütəfəkkiri. Nəsimi həmçinin bu mənaları ifadə edə bilər: Nəsimi (ad) Nəsimi rayonu — Azərbaycanın Bakı şəhərində rayon. Nəsimi metrostansiyası — Bakı metropoliteninin stansiyası. Nəsimi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Nəsimi (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Nəsimi (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Nəsimikənd — Azərbaycanın Saatlı rayonunda kənd. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Nəsimi (film) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1971-ci il istehsalı Azərbaycan bədii filmi. Nəsimi (film, 1973) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1973-cü il istehsalı Azərbaycan sənədli filmi.
İmadəddin Nəsiminin heykəli

Значение слова в других словарях