IMP

n 1. şeytan balası; 2. şeytan (dəcəl / nadinc uşaq mənasında)

IMMUTABLE
IMPACT
OBASTAN VİKİ
"İmtiyaz" medalı (Osmanlı imperiyası)
"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: ‏امتياز نشانی) - Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, Qayrət və Şücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbiçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı
"Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı (rus. Медаль «За службу в собственном конвое государя императора») — 1850-ci ildə Rusiya imperatoru I Nikolay tərəfindən təsis olunmuşdur.
3-cü Ordu (Osmanlı imperiyası)
3-cü Ordu Osmanlı Ordusunun tabeçiliyində olan ordulardan biri olmuşdur. İlk əvvəl Balkan ərazisində qurulsa da, sonradan dövlətin şimal və şərq hissələrini müdafiə etməyə cavabdeh olmuşdur. Balkan yarımadasında yerləşdiyi dövrdə 1908-ci ildə baş vermiş Yeni Türk İnqilabını dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etmişdir. Ordu mərkəzi müharibəyə qədərki dövrdə Selanik şəhəri olmuş, müharibə dövründə isə Ərzurum qalasına köçürülmüşdür. Məşhur zabitləri sırasında Ənvər Paşa və Mustafa Kamal Atatürk vardır. Birinci dünya müharibəsi ərzində Rus Qafqaz Ordusu, erməni könüllü diviziyaları və erməni milislərinə qarşı döyüşmüşdür. Bu dövrdə Sarıqamış döyüşündə ağır məğlubiyyətə uğramış, həmçinin Köprüköy və Ərzurum döyüşlərində də ərazi itirmişdir.
300 spartalı: Bir imperiyanın yüksəlişi (film, 2014)
300 spartalı: Bir imperiyanın yüksəlişi (ing. 300: Rise of an Empire) — rejissor Noam Murronun çəkdiyi və 2014-cü ildə ekranlara çıxan tarixi film. == Məzmun == E.ə. V əsrdə baş vermiş Yunan-İran müharibələrindən bəhs edən filmdə Marafon, Salamin, Fermopil, Artemisiya və digər vuruşmalar, spartalıların Kserksın başçılıq etdiyi çoxsaylı fars qoşunları ilə döyüşləri əks olunmuşdur. == Rollarda == Sallivan Steplton — Femistokl Yeva Qrin — Artemisiya Rodriqo Santaro — Kserks Kallen Mulvey — Skillias Hans Metison — Esxil Lina Hidi — Qorqo Yiqal Naor — Dara == Film haqqında == Film 2007-ci ildə çəkilmiş 300 spartalı filminin davamıdır. Femistokl rolu əvvəlcə Couell Edqertona təklif edilmiş, lakin o rədd etmişdir. Filmin ilk premyerası 2 avqust 2013-cü ildə olmuşdur.
31 mart hadisəsi (Osmanlı imperiyası)
31 mart hadisəsi (türk. 31 mart olayı) – İkinci Məşrutiyyətin elanından sonra hökumətə qarşı tərtib olunan böyük hərbi çevriliş. Nəticədə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgünə göndərilmiş, yerinə kiçik qardaşı Mehmed Rəşad taxta çıxarılmışdır. == Hadisənin arxa planı == Rumi təqvimlə 31 mart 1325-ci ildə (miladi təqvimlə 13 aprel 1909) baş verdiyi üçün bu adla anılan hadisə İttihad və Tərəqqi cəmiyyətinin hakimiyyətinə qarşı yönəlmişdi. İkinci məşrutiyyətin elan edilməsindən sonra ən güclü siyasi təşkilata çevrilən və hökumət kabinetində iştirak etməsə də, hakimiyyətə tez-tez müdaxilə edən İttihadçılar iqtidarda qeyri-sabitlik yaratmışdı. 4 avqust 1908-ci ildə nazirlərin təyinatı məsələsində İttihadçılarla narazılığa düşən Səid Paşa hökuməti istehfa etdi və yerinə Kamil Paşa sədarətə gətirildi (5 avqust). Bu hadisə İttihadçılara qarşı olan müxalif qüvvələri daha da qəzəbləndirdi. Müxalif cəbhəni, 14 sentyabrda qurulan Əhrar cəmiyyətindəki Sultanzadə Səbahəddin bəy və tərəfdarları ilə İttihadçıları dindən dönmüş olaraq görən mühafizəkarlar təşkil edirdi. Digər yandan Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabrda Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi.
9-cu Ordu (Osmanlı imperiyası)
9-cu Ordu Osmanlı Ordusunun tabeçiliyində olmuş ordulardan biridir. Birinci dünya müharibəsi ərzində Qafqaz cəbhəsində rus və erməni birləşmələrinə qarşı mübarizə aparmışdır. 7 iyun 1918-ci ildə əsası qoyulmuş, 3 aprel 1919-cu ildə ləğv olunmuşdur. == Birinci dünya müharibəsi == === iyun 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin iyun ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu (Mirliva Yaqub Şevki Paşa) 1-ci Qafqaz Ordu Korpusu (Mirliva Kazım Qarabəkir Paşa) 9-cu Qafqaz Piyada diviziyası, 10-cu Qafqaz Piyada diviziyası, 15-ci diviziya 4-cü Ordu Korpusu (Mirliva Əli İhsan Paşa) 5-ci diviziya, 11-ci diviziya, 12-ci diviziya Müstəqil Süvari briqadası === sentyabr 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin sentyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu 9-cu Qafqaz diviziyası, 11-ci Qafqaz diviziyası, 12-ci diviziya, Müstəqil Süvari briqadası == Mudros müqaviləsindən sonra == === noyabr 1918-ci il Döyüş Nizamı === 1918-ci ilin noyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır: 9-cu Ordu 3-cü Qafqaz diviziyası (Axıska) 9-cu Qafqaz diviziyası (Ərzincan) 10-cu Qafqaz diviziyası (Batumidən İstanbula keçmişdir) 11-ci Qafqaz diviziyası (Xoy) 36-cı Qafqaz diviziyası (Gümrü) 12-ci Qafqaz diviziyası (Sərdarabad) Müstəqil Süvari briqadası === 9-cu Ordu Müfəttişliyi, may 1919-cu il === 1919-cu ilin aprelində Şevkət Turqut Paşa, Cavad Paşa və Fevzi Çaxmaq Paşa İstanbulda gizli yığıncaq təşkil edirlər. Bu yığıncaqda "Üçlü And" adlanan hesabat hazırlanır və Vətənin müdafiəsi üçün ordu müfəttişliyinin qurulmasına icazə verilir. 30 aprel 1919-cu ildə Sultan VI Mehmed Baş Qərargah rəisi tərəfindən təklif olunan ordu müfəttişliklərinin qurulması barəsində olan qərarı təsdiqləmişdir.
Acherontia atropos imperfecta
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Aerika İmperiyası
Aerika İmperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət. Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika İmperiyası"ndan götürülüb. 2000-ci ildə The New York Times qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir.İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir.Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir. == Tarixi == Aerika İmperiyasının əsası 8 may 1987-ci ildə Kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və İmperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı. 1997-ci ildə imperiya özünün veb-səhifəsini qurdu.2007-ci ildə "yeni pasportlar" buraxıldı. İlk pasport 2007-ci ildə Tokio Sarayında Mikrodövlət incəsənət sərgisində nümayiş olunub.Aerika İmperiyası ilk dəfə 2009-cu ilin noyabrında pul sikkəsi buraxıb.
Aerikan İmperiyası
Aerika İmperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət. Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika İmperiyası"ndan götürülüb. 2000-ci ildə The New York Times qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir.İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir.Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir. == Tarixi == Aerika İmperiyasının əsası 8 may 1987-ci ildə Kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi. İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və İmperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı. 1997-ci ildə imperiya özünün veb-səhifəsini qurdu.2007-ci ildə "yeni pasportlar" buraxıldı. İlk pasport 2007-ci ildə Tokio Sarayında Mikrodövlət incəsənət sərgisində nümayiş olunub.Aerika İmperiyası ilk dəfə 2009-cu ilin noyabrında pul sikkəsi buraxıb.
Akmola vilayəti (Rusiya imperiyası)
Aqmola vilayəti (rus. Акмо́линская область), 1918—1920 illərdə Omsk vilayəti (rus. Омская область) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Akustik impuls
Akustik impuls 1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir; 2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Aleksandra imperator rus-müsəlman qız məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
Amblyseius impeltatus
Amblyseius impeltatus (lat. Amblyseius impeltatus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius impeltatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amblyseius impressus
Amblyseius impressus (lat. Amblyseius impressus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius impressus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Artabasd (imperator)
Artabasd (yun. Ἀρτάβασδος) (bilinmir – bilinmir) — Bizans imperatoru. == Həyatı == Ailəsi və doğum tarixiylə bağlı məlumat yoxdur. Erməni əsilli bir əsgər olaraq orduya daxil olmuşdur. 713-cü ildə II Anastasi tərəfindən Anadolu birliklərindən birinə təyin edilmişdir. Bu ərəfədə özü kimi ordu generalı olan Leonun qızıyla evlənərək onun imperator III Feodosiyə qarşı üsyanında iştirak etmişdir. Qaynatasının imperatoru devirərək taxta çıxmasının ardından sarayda nüfuz sahibi oldu. Ancaq qaynatası III Leonun ölümündən sonra (18 iyun 741) taxta çıxan qaynı V Konstantin həm yaşca, həm də təcrübə etibarilə ondan kiçik idi. Üstəlik atası kimi ikonomaxiya cərəyanını dəstəkləyən V Konstantin paytaxt əhalisi və kilsə tərəfindən sevilmirdi. Bundan istifadə edən Artabasd imperatorun ərəblər üzərinə çıxdığı səfər əsnasında əmrindəki birliklərlə arxadan hücum edərək onu məğlub etdi.
Artemisia implicata
Artemisia implicata (lat. Artemisia implicata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia imponens
Artemisia imponens (lat. Artemisia imponens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Astek imperiyası
Astek İmperiyası və ya Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq. İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq.
Avar imperiyası
Avar xaqanlığı (və ya Elmir İmperiyası) — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 565–823-cü illər arasında mövcud olmuş Türk Avar dövləti. == Tarixi == Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar,bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarları və frankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır.
Avstriya-Macarıstan imperiyası
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı. == Tarixi == === Yaranması === 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi.
Avstriya-Macarıstan İmperatorluğu
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı. == Tarixi == === Yaranması === 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi.
Avstriya imperiyası
Avstriya imperiyası (alm. Kaiserthum Österreich‎) — tarixi alman dövləti. Paytaxtı Vyana şəhəri. Çoxsaylı millətlərlə dolu olan (polietnik), ümumi adı olmayan, lakin Vyanadakı idarəedici dairələrə tabe olan dövlət. == Yaranması == Napoleon Bonapartın imperator elan olunmasına cavab olaraq Frans II Avstriyalı özünü imperator elan eləyərək Avstriya imperiyasını yaradır. == Etnik münaqişələr == Çoxmillətli dövlətdə stabilliyi gorumaq üçün imperator dairəsi maliyyənin inkişaf edib qorunub saxlanmasına güvənirdi. İmperiyada əhalinin 1/4-i almanlar olduğuna görə almanizasiyaya ehtiyac vardı. Almanizasiya ilk öncə təhsildən başdı. == 1848–1849-illərin inqilabı == 1848-ci ilin mart ayında maliyyə böhranı zamanı Vyanada olan çatışmalar nəticəsində Metternix istefaya yollanır. Yeni konstitusiya demokratik olmadığına görə 15 may 1848-ci ildə mitinqlər başlayır.
Avstriyalı Anna (imperatriça)
Avstriyalı Anna (alm. Anna von Österreich‎) (4 oktyabr 1585, İnsbruk – 14 dekabr 1618, Vyana, Avstriya hersoqluğu) — Müqəddəs Roma imperatoru Matveyin xanımı. Portuqaliyalı Elyanoradan sonra tacqoyma mərasimi keçirilən ilk imperatriça. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 99–116. ISBN 978-3-205-20085-7 Korotin, Ilse (2016). Lexikon österreichischer Frauen.
Ayutiya imperiyası
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Azərbaycan Sasanilər imperiyasının tərkibində
Atropatena (Pəhləvi dili: Ādurbādāgān/Āδarbāyagān) — e․ə․IV əsrdə yaranmış qədim Azərbaycan dövləti․ Paytaxtı Qazaka idi․ == Midiya satraplığı == Makedoniyalı İsgəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti (e.ə.336-e.ə.330-cu illər) dövründə Atropat Midiya satrapı idi. Bu əyalətə Azərbaycanın dövlət xadimi Atropat başçılıq edirdi. Mənbələrdə bu ada ilk dəfə e.ə.331-ci ildə təsadüf edilir. Eyni zamanda Atropatın Midiya ordusuna ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var. Atropat yeganə Əhəməni satrapı idi ki, İsgəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu dövlətlərin idarəsini də ona tapşırdı. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqil siyasət yürüdən bir dövlətə çevrildi. == Sasanilər dövləti == III əsrin əvvəllərində Fars vilayətinin hakimi Ərdəşir Parfiyanın şimalına doğru hərəkət etdi. Sonuncu Parfiya Hökmdarı V Arbatannın ordusu ilə farslar arasında 224-cü ilin aprelində Suzian gölü yaxınlığında həlledici döyüş oldu. Parfiyanın paytaxtı Ktesifon ələ keçirildi.
жеребьёвщик несменя́емость ожига́ть садо́во- умча́ться хрупте́ние врать дочу́рочка иску́сственник прочу́хаться сумасше́ствие турне́псовый шельмова́ть choose demolisher keta peaceable saliva положительно поэтический пшено радоновый термы уговориться утопающий