İNCƏLTMƏK
İNCƏVARA
OBASTAN VİKİ
Degenerativ incəsənət
Degenerativ incəsənət (Almanca:Entartete Kunst) Almaniyada Nasist Partiyası tərəfindən modernist incəsənəti təsvir etmək üçün 1920-ci ildə qəbul edilmiş ifadə idi.Adolf Hitlerin diktatorluğu dövründə bir çox sənət əsərləri müxtəlif anti-nasist(kommunist,anti-alman,yəhudi)iddiaları ilə muzeylərdən çıxarılmışdı. Nasist rejimi ilə uyğunlaşa bilməyən,bütün sənət cərəyanları degenerativ incəsənət sayılırdı(Kubizm,sürrealizm,ekspressionizm,dadaizm,fovizm) Bundan əlavə müəllifi yəhudi olan istənilən sənət əsəri degenerativ hesab olunurdu. "Degenerativ" sözü orta əsrlər almaniyasından gəlir və mənası "üslubunu itirmək" idi.Termin ilk dəfə XIX əsrdə romantik Fridrix Şlegelin alçaldıcı kontekstdə yazdığı "Degenerativ incəsənət" adlı antik dövr poeziyasında işlədilmişdi.Fransız diplomat və yazıçı Artur de Qobino 1853-cü yazdığı "İnsan irqlərinin qeyri bərabərliyi" əsərində bu termini işlətmiş lakin bu zaman antisemitizm və milli-alman mənaları olmadan istifadə etmişdir.Qobinonun bu əsərini alman dilinə 1898–1901-ci illərdə Pan-alman birliyinin üzvü olan Karl Lüdviq Şeman tərcümə etmişdir. Rixard Vaqner 1850-ci ildə "Müsiqidə Yəhudilik" adlı məqaləsini nəşr etdirmiş və burada müsiqidə yəhudilərin təsirini qınamış və yəhudiları azad etməyə çağırmışdı. 1892–1893-cü illərdə yəhudi mədəniyyət tənqidçisi Maks Nordau "Degenerasiya" adlı əsərində incəsənətin degenerasiyasının sənətkarların degenerasiyasını izləyəcəyini yazmışdı.Onun tezisləri sonralar Milli Sosialistlər və Hitler tərəfindən alınmışdır. 18 dekabr 1901-ci ildə "Siegessal"(Qələbə abidəsi)-ın açılışındakı çıxışında II Vilhelm modernist incəsənət haqqında tənqidlər səsləndirmişdir. 1933-cü il Yanvarın 31-də Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə təmizləmə işlərinə başlanıldı.Sənətkar və musiqiçilərin müəllimlik fəaliyyəti dayandırıldı,kitabların yandılması təşkil olunmağa başlandı.1933-cü ilin Sentyabrında Reyx Mədəniyyət Palatası quruldu.Və Yozef Gebbels üçüncü reyxin əsas təbliğatçısı oldu.1935-ci ildə palatanın artıq 100000-dən çox üzvü var idi. Buna baxmayaraq 1933–1934-cü illərdə Partiya daxilində ekspressiyonizm haqqında qarışıqlıq mövcüd idi.Gebbels və digərləri Emil Nolde,Ernst Barlax,və Erix Hekel kimi sənətkarların güclü Nordiç ruhunu təmsil etdiyini düşünürdü. "Biz Milli Sosialistlər geridə qalmış deyilik sadəcə siyasətdə deyil incəsənət və bir sıra intelleksual məsələlərdə də müasirliyin daşıyıcısıyıq".Lakin Alfred Rosenberqin başçılıq etdiyi bir fraksiya modernizmə qatı tənqidini bildirdi.1934-cü ilin sentyabrda isə Hitler Reyxdə modernist təcrübələrə qəti yer olmadığını bildirdi.Bu bir çox incəsənət adamının vəziyyətində qeyri-müəyyənlik yaratmışdı.Nasist partiyasının sadiq üzvü olan ekspressiyonist rəssam Emil Noldenin sənət fəaliyyətini dayandırıldı lakin bu məsələ 1936-cı ildən sonra da müzakirə olunurdu.Maks Bekman və Şlemmer kimi bir çox modenist sənətkarlar üçün isə 1937-ci ilə qədər heç bir ümid görünmürdü. Franz Kafkanın kitabları 1939-cu ilə qədər alına bilmirdi.Herman Hesse və Hans Falladanın işləri ideologiya baxımından şübhə altında idi.Kütləvi mədəniyyət təbliğ olunurdu,1939-cu ildə II Dünya müharibəsi başlayana qədər bəzi Hollivud filmləri ("Bir gecədə baş verdi", " San Fransisko", "Küləklə sovrulanlar") sərgilənirdi.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Kinetik incəsənət
Kinetik incəsənət — tamaşaçı tərəfindən qavranılan hərəkəti özündə cəmləşdirən və ya təsiri üçün hərəkətdən asılı olan bir sənət növüdür. İzləyicinin sənət əsərinə baxışını genişləndirən və çoxölçülü hərəkəti ehtiva edən kətan rəsmləri kinetik sənətin ən qədim nümunələridir. Daha doğrusu, kinetik sənət bu gün ən çox üçölçülü heykəllərə və təbii hərəkət edən və ya maşınla idarə olunan cib telefonlarına aid edilən bir termindir. Hərəkət edən hissələr adətən külək, mühərrik və ya müşahidəçi tərəfindən qidalanır. Kinetik sənət çoxlu üst-üstə düşən texnika və üslubları əhatə edir. 2013-cü ilin noyabr ayında MİT Muzeyi tərəfindən 5000 Hərəkətli Parça adlı kinetik sənət sərgisi açıldı. Burada rəssamlar Artur Qansonun, Enn Lillinin, Rafael Lozano-Hemmerin, Con Duqlas Pauersin və Takisin əsərləri sərgilənib. Sərgi muzeydə incəsənət forması üzrə xüsusi proqramlaşdırmanın yer aldığı "kinetik sənət ili"ni başlatdı. Neokinetik sənət interaktiv kinetik heykəlləri tapa biləcəyiniz Wuhu Beynəlxalq Heykəl Parkında, Pekin, Çində çox populyarlaşdı.
Dövlət incəsənət muzeyi
Dövlət incəsənət muzeyi (dan. Statens Museum for Kunst) — Kopenhagendə yerləşən Danimarka incəsənət muzeyi. Muzeyin əsas binası, 1889-1896-cı illərdə, italya intibah üslubunda, Velqelm Dalerupa və Q.E.V. Möllera memarları tərəfindən inşa edilmişdir. 1998-ci ilin payızında binanın yeni korpusunun Anna Mariyanın İndrio və Meds Möllerin başlığı altında açılışı olmuşdur. Yeni korpus köhnə binanın arxasında parkda yerləşir və heykəllər kolleksiyasını əhatə edən şüşə qalereya ilə bağlıdır. XII-ci əsrin əvvələrindən muzeyin kolleksiyasında incəsənət əsərləri yerləşir. Mantenyanın, Titsianın, Tintorettonun, Breygelin, Rubensin, Xalsın və Rembrandtın rəssamların incəsənət əsərləri muzeyə daxildir. Müasir incəsənət kolleksiyasına isə Pikasso, Brak, Leje, Matiss, Modilyani və Nolde kimi rəssamların əsərləri muzeyə daxildir. Vikianbarda Dövlət incəsənət muzeyi ilə əlaqəli mediafayllar var.
Gürcüstan İncəsənət Muzeyi
Gürcüstan İncəsənət Muzeyi yaxud Gözəl Sənətlər Muzeyi — Gürcüstanın ən əhəmiyyətli muzeylərindən biridir. Tiflisdə Lado Qudiaşvili küçəsində, 1 -də yerləşir. Təxminən 140.000 ədəd Gürcüstana, Şərqə, Rusiyaya və Avropaya aid eksponat qorunub saхlanılır. 1920-ci il fevralın 1-də Tiflisdə Qərbdə təhsilli gənc gürcüstanlı rəssamların səyləri nəticəsində, günümüzdəki muzeyinin sələfi, Milli İncəsənət Qalereyası açılmışdı. 1932-ci ilin sonunda muzey şəhərin mərkəzinə 13-cü əsrin abidəsi Metexi kilsəsinin ərazisinə köçürüldü. 1945-ci ildə Sovet və Fransa hökumətləri arasında xüsusi razılıq əsasında Gürcüstanın Milli Xəzinəsini təşkil edən çoxsaylı sənət əsərləri - 1921-ci ildəki Qırmızı Ordu işğalından sonra sürgün edilən Gürcüstan hökuməti tərəfindən götürülmüş əlyazmalar, metal məmulatlar, zərgərlik, emal, rəsm əsərləri, Tiflisə qaytarıldı və muzeyin kolleksiyasına əlavə edildi. 30 ildən çox muzeyə rəhbərlik edən görkəmli Gürcüstan sənətşünası Şalva Amiranaşvili (muzeyə onun adı verilmişdir) eksponat toplanmasında mühüm rol oynamışdır. Muzey rəsmi olaraq 1950-ci ildə Gürcüstanın İncəsənət Muzeyi olaraq tanınmışdı, eyni zamanda, o, indiki binasına köçdü. Bina 1838-ci ildə Neoklassik üslubda, Rusiya imperiyası dövründə tikilmiş əvvəllər seminariyaya aid olmuşdu. Muzeyin binası geniş otaqlar və Gürcü, Şərq, Rusiya və Avropa bölmələrindən ibarət olan daimi kolleksiyaya malikdir.
Honkonq İncəsənət Muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.
Honqkonq incəsənət muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.
İncəsənət
İncəsənət — insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur. İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə verilmə ustalığıdır. İncəsənət insanın mədəni fəaliyyətinə aid olduğundan onun kökü insanlar arasında kommunikasiya yarandığı dövrlərə gedib çıxır. Sonralar inkişaf nəticəsində o sərbəst mədəni-estetik prosesə çevrilərək öz sırf dillə bağlı mahiyyətindən kənara çıxır. Nəyin incəsənət adlandırılması bu və ya digər cəmiyyətin inkişafı dövründə malik olduğu estetik norma və dəyərləndirmə dərəcəsindən asılıdır. İncəsənətin növləri məqsədəuyğun şəkildə təsnifləşdirilmişdir.
Arabesk (incəsənət)
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
Avanqard (incəsənət)
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir. Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır.
Purizm (incəsənət)
Purizm — 1918–1925-ci illər arasında Fransada rəssamlıq və memarlığa sahəsində yayılmış hərəkat. Purizm hərəkatına Amedee Ozenfant və Çarlz Eduard Canneret başçılıq etmişdir. Onlar bu hərəkatı kubizmə əsaslanaraq yaratmışdılar. Purizmdə cismlər sadə formalarda, həndəsi fiqurlar şəklində təsvir edilirdi. Purizmin əsas şərtləri 1918-ci ildə nəşr olunan "Après le Cubisme"("Kubizmdən sonra") kitabında göstərilmişdir. Korbusyer və Amedee Ozenfant purizm yaradıcıları idi. Fernand Leger bir prinsip üzvü idi. Purizm, müharibə ilə nəticələnən Fransa müharibəsi dövründə Dünya müharibəsi dövründə müntəzəmliyi bərpa etmək cəhdi idi. Крючкова В.А. "Кубизм.Орфизм.Пуризм", Москва 2000 Le Purisme, L'Esprit nouveau: revue internationale d'esthétique, 1920.
Qrafika (incəsənət)
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.
Realizm (incəsənət)
Realizm — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir. Realizm bədii hərəkatı ən tez Avropada yayıldı. İtaliyadakı real mövzular Coakkino Tom, Antonio Rotta və Cüzeppe Pelissa da Volpedo tərəfindən və Milanda, növbəti əsrin 50-60-cı illərindən etibarən bir qrup gənc rəssamın həyatı realistlik tendensiyalarına həyat verəcəkdir.
Transqressiv incəsənət
Transqressiv sənəti — adət münasibətlərini və normalarını aradan qaldırmaq istəyən sənətlə bağlı istifadə olunan bir termindir və alıcını (tamaşaçı, dinləyici, oxucu) qarşılaşdıran və ya yenidən incələşdirən, tez-tez şok üsulları. Bu termini istifadə edən ilk sənətkarlardan biri, Transqressiv Kinematoqrafiyasının ("Transgressive Cinematography") qurucusu olan yeraltı rejissor Nik Zedd idi. Transqressiv hərəkatının prekursorları dadaistlər, sürrealistlərdir. Fəlsəfi bir konsepsiya kimi, "transgressiiv" konsepsiyası Mixail Baxtin və Corc Batay əsərlərində formalaşdırılmışdır. Transqressiv sənət üçün, insan orqanında (öz bədəninin həddindən artıq manipulyasiya edilməsinə və ya quruluşda insan cəsədlərinin istifadəsinə qədər), dəlilik və şiddətə qədər yüksək maraq var. Anthony Julius. Transgressions: The Offences of Art. University of Chicago Press , 2003. Kieran Cashell. Aftershock: The Ethics of Contemporary Transgressive Art.
Təsviri incəsənət
Təsviri incəsənət — bədii yaradıcılıq sahələrindən biri. Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uzunluğu 215–220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur.
İbtidai incəsənət
İbtidai incəsənət — ibtidai icma dövrünün incəsənəti. Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə.
İncəsənət akademiyası
İncəsənət akademiyası — incəsənət ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək, dövrün estetik baxışlarının formalaşmasında, ədəbi-bədii mədəniyyətin, bədii yaradıcılığın meyar və normalarının formalaşmasında, bu əsasda peşə təhsili sənət məktəbinin yaradılmasında iştirak etmək üçün nəzərdə tutulmuş, sənətkarların, bilicilərin və sənətsevərlərin yaradıcı cəmiyyətləri və təşkilatları, habelə ali ixtisas təhsil müəssisələri. İlk incəsənət akademiyaları İtaliyada, intibah dövründə bədii yaradıcılığın aktual əsası kimi antik dövrə marağın yaranması ilə əlaqədar yaranmışdır. Onlar sənətkarlıq icmalarından və rəssamların emalatxanalarından böyümüş, burada öz tələbələri və şagirdləri ilkin hazırlıqlarını almışdılar. Rəssamların hazırlanması üçün məktəblər fərdi şəxslər, pedaqoqlar və himayədarlar, habelə dövlət xadimləri və monarxlar tərəfindən yaradılmışdır. Buna görə də XVII–XVIII əsrlərin klassisizm dövründə Qərbi Avropa ölkələrində və Rusiyada akademiyaların əksəriyyəti kral və ya imperiya adlanırdı. Digər hallarda, universitetlər və ya özəl rəsm məktəbləri gələcək akademiyalar üçün əsas idi, lakin onlar cəmiyyətin və hökumətlərin dəstəyini də tələb edirdilər. Rəsm məktəbləri şagirdlərə rəssamlıq, rəsm və heykəltəraşlıq sənəti haqqında ibtidai biliklər verməklə yanaşı, özünü incəsənətin tədqiqinə həsr etmək istəyən hər kəs üçün təhsil verirdi. Belə məktəblər, eləcə də dövri və daimi rəsm sərgiləri bədii tərbiyə vasitəsinə çevrilirdi. XIX–XX əsrlərin bədii mədəniyyətinin inkişafını akademiyaların fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil, lakin bununla yanaşı, akademiyalar tez-tez mühafizəkarlığın qalasına çevrilir və yenilikçi bədii cərəyanların nümayəndələri tərəfindən tənqid olunurdu. Bu, özəl akademiyaların meydana gəlməsini və aparıcı rəssamların yaratdığı rəsm studiyalarını izah edir.
İncəsənət fəlsəfəsi
İncəsənət fəlsəfəsi — ümumi mədəniyyət fəlsəfəsinin bir seqmenti, özünəməxsusluğu estetikadır ki, bu da sənət fəlsəfəsinin əsasını və mahiyyətini təşkil edir. İncəsənət fəlsəfəsinin (ciddi elmi kateqoriyalara aid edilmir) mərkəzində gerçəkliyin mənimsənilməsinin xüsusi təcrübəsini öyrənən fəlsəfənin bir qolu kimi estetika dayanır. Fəlsəfə İnstitutunun tərifi estetikanı konkret fəlsəfi termin kimi sözün gündəlik (vulqar) istifadəsindən aydın şəkildə ayırır. "Estetika" termini müasir elmi ədəbiyyatda və gündəlik həyatda və fərqli mənada — mədəniyyətin estetik komponentinə və onun estetik komponentlərinə istinad etmək üçün istifadə olunur. Halbuki, incəsənət, yuxarıda qeyd etdiyimiz kimi, təkcə "komponent" deyil, estetikanın hansı estetik işlədiyini öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq üzərində ictimai şüurun formasıdır. Klassik dövrdə gizli estetika romantizm, realizm və simvolizm istiqamətlərində xüsusilə səmərəli inkişaf etmişdir. Mədəniyyətin bütün dəyərlərinin yenidən qiymətləndirilməsinə əsaslanan Nitsşe ilə başlayan postklassik dövr nəzəri estetikanı düzgün (açıq) arxa plana, məktəb nizam-intizamı səviyyəsinə çıxardı. XX əsrdə estetik biliklər digər elmlərin (fəlsəfə, filologiya, dilçilik, psixologiya, sosiologiya, sənətşünaslıq və s.) daxilində ən fəal şəkildə inkişaf etmişdir. Fəlsəfi bir elm kimi estetika daxilində mübahisələr uzun əsrlər boyu davam edir və bu mübahisələrdəki "ayırıcı xətlər" tez-tez aparıcı milli fəlsəfi məktəblər arasındakı fərqləri təkrarlayır. Məsələn, klassik alman estetikası (Kant, Hegel, Şiller) incəsənəti "məqsədsiz məqsədyönlü fəaliyyət", "görünürlük səltənəti", "yaradıcı qüvvələrin oyunu", "Mütləq Ruh" varlığının təzahürü və ifadəsi hesab edir.
İncəsənət jurnalistikası
İncəsənət jurnalistikası — vizual sənətlər, film, ədəbiyyat, musiqi, teatr və memarlığı özündə əks etdirən, ancaq bunlarla sərhədli olmayan sənətlərin reportajı və tənqidiylə maraqlanan jurnalistika sahəsi. Ənənəvi olaraq sənət haqqında yazan jurnalist və tənqidçilərin yazı və sənət əsərləri var. Ədəbiyyatşünaslıq, humanitar elmlər və sənət tarixi sahəsindəki bakalavr təhsillərindən başqa bu sahədə başqa rəsmi qabaqcıl jurnalist təhsili yoxdur. Məsələn, incəsənət jurnalistikası əsas mövzunun incəsənət olduğu bir yayım növüdür və incəsənət nümunələri, kuratorluq, tənqidi nəzəriyyə və ya tədris təcrübəsi olan insanlar tərəfindən (istər instituta, istər akademiya) əsaslı və müstəqil şəkildə həyata keçirilir. Belə bir jurnal çapda, onlayn və ya hər ikisində dərc edilə bilər və müxtəlif auditoriyaLara, o cümlədən qalereyalara, alıcılara, həvəskar və ya peşəkar sənətçilərə və geniş ictimaiyyətə yönəldilə bilər. Bir sözlə, incəsənət jurnalları həm ticarət, həm də istehlak jurnalları və ya hər ikisi ola bilər. Radio və televiziyada da sənət mövzularını əhatə edən xüsusiyyətlər var. Bir əsrdir incəsənət jurnalistikası ictimaiyyətlə sənəti müzakirə etmək və onları sənətə cəlb etmək üsuludur. 1831-ci ildə yaradılan "Lartiste" kimi jurnallar XIX əsrdə müasir sənət nümunələrini və nümunələr haqqında təsəvvürlər yaratdı. Həmçinin bu jurnallar sənət tənqidini də təqdim etdi.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
İncəsənət əsəri
İncəsənət əsəri bir estetik fiziki maddə və ya bədii yaradıcılıq nümunəsidir. Ədəbiyyat və musiqi əsərləri də daxil olmaqla, incəsənət hesab edilən hər hansısa bir əsər istisna olmaqla, bu terminlər, ilk növbədə təsviri incəsənətin maddi, daşına bilən formalarına aiddir. Təsviri incəsənətdə sənət əsəri peşəkar olaraq müəyyən edilmiş və ya ilk növbədə müstəqil estetik funksiyanı yerinə yetirməsi düşünülən fiziki iki və ya üç ölçülü obyektdir.
Naturalizm (incəsənət)
Vizual sənətdə təbiətçilik təbiətin olduğu kimi bir təsvir olaraq ortaya çıxdı. Əslində ilk təbiətşünas əsərlərin Qədim Yunanıstanda klassik sənətkarlar tərəfindən verildiyini söyləmək olar. İntibah dövrü sənətçiləri müəyyən mənada bu anlayışı canlandırdılar. 17-ci əsrdə yaşayan təbiətşünas rəssamlar təbiəti gözəlliyi və çirkinliyi ilə olduğu kimi əks etdirməkdə birləşmişdilər. Təbiətşünas termini də bu əsrdə ilk dəfə istifadə edilmişdir. 1830-cu illərdə İngilis mənzərə rəssamı John Constable, təbiətin bütün tərəflərini olduğu kimi təsvir etmək lazım olduğu fikirini müdafiə etdi. Konstablein təsiri ilə Fransız Barbizon rəssamları yeni Avropa Təbiətşünaslığının mənzərə rəsminin nümayəndələri idi. Bu illərdə Jean-Baptiste Camille Corot, Alfred Sisley, Camille Pissarro və Claude Monet də naturalist əsərlər hazırladılar. 19-cu əsrin sonlarına doğru, Naturalizm Alman rəssamlarına təsir etdi. ABŞ-də Naturalizm 19-cu əsrdə Realizm ilə bir-birinə qarışaraq inkişaf etdi.
Moskva İncəsənət Teatrı
MXAT, Qorki adına Moskva Akademik Bədaye Teatrı — 1898-ci ildə K.Stanislavski və B.Nemiroviç – Dançenko tərəfindən yaradılmışdır. MXAT milli rus və dünya teatr sənətinin inkişafına mühüm təsir göstərmişdir. MXAT-ın ictimai-siyasi simasının müəyyənləşməsində M.Qorki və A.P. Çexov pyeslərinin tamaşaları xüsusi əhəmiyyət kəsb edir. Dünya teatr səhnəsi tarixində rejissorun rolu ilk dəfə MXAT-da yüksək səviyyəyə qaldırılmışdır. 1987-ci ildən kollektiv iki sərbəst truppaya ayrılmışdır.
Müasir İncəsənət Mərkəzi
Müasir İncəsənət Mərkəzi (ing. Centre for Contemporary Arts, qısa olaraq CCA) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən incəsənət mərkəzi. Muzeyin illik proqramına sərgilər, film, musiqi, ədəbiyyat, festivallar və performanslar daxildir.
Cənubi Azərbaycanlı musiqi və incəsənət xadimlərinin siyahısı
Bu siyahıda Gülüstan müqaviləsindən sonra yetişmiş olan Cənubi Azərbaycanlı şair və yazıçılar göstərilmişdir.Bura daxildir:
Dərbənd Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey Qoruğu
Dərbənd Dövlət Tarix-Memarlıq və incəsənət Muzey-Qoruğu — Rusiya ərazisindəki ən qədim şəhər olan Dərbəndin tarixinə həsr olunmuş muzey kompleksidir. Muzey-Qoruğunun ərazisi qorunan zonalarla birlikdə 2044 hektardır və burada 250-dən çox (və bəzi hesablamalara görə 400-dən çox) tarix və mədəniyyət abidələri cəmləşmişdir. Muzey kompleksinin ərazisində 2003-cü ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Narın-Qala qalası da daxil olmaqla 25 federal əhəmiyyətli abidə var. Dərbənddə tarix diyarşünaslıq muzeyi 1926-cı ildə yaradılmışdır. Onun yaradıcısı Dərbənd 1 saylı məktəbin kimya müəllimi, yerli tarixə həvəsli Pyotr İvanoviç Spasski idi. 5 may 1928-ci ildə Dağıstan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti "Dərbəndin bütün qədim abidələrini, xüsusən də Dərbənd qalası, bütün uzunluğu boyunca divar, Kirxlyar qəbiristanlığı, digər qəbiristanlıqlar, I Pyotrun qaldığı yerin qalıqları, şair Aleksandr Bestujev-Marlinski və başqa tarixi əhəmiyyətli yerlərin qorunması haqda qərar verdi. 1934-cü ildə muzey bələdiyyə statusu aldı. 1960-cı ildə Dərbənd elmi bərpa emalatxanaları yaradıldı, 1971-ci ildən başlayaraq muzey sistemli arxeoloji tədqiqatlar aparır. 1977-ci ildə muzey tarixi-memarlıq muzeyinə çevrildi. 1989-cu ildə Dərbənd Dövlət Tarix, Memarlıq və İncəsənət Muzeyi-Qoruğu yaradıldı, hal-hazırda (2020) rəhbəri V. V. Çesnokovdur.
Gürcüstan Dövlət İncəsənət Muzeyi
Gürcüstan İncəsənət Muzeyi yaxud Gözəl Sənətlər Muzeyi — Gürcüstanın ən əhəmiyyətli muzeylərindən biridir. Tiflisdə Lado Qudiaşvili küçəsində, 1 -də yerləşir. Təxminən 140.000 ədəd Gürcüstana, Şərqə, Rusiyaya və Avropaya aid eksponat qorunub saхlanılır. 1920-ci il fevralın 1-də Tiflisdə Qərbdə təhsilli gənc gürcüstanlı rəssamların səyləri nəticəsində, günümüzdəki muzeyinin sələfi, Milli İncəsənət Qalereyası açılmışdı. 1932-ci ilin sonunda muzey şəhərin mərkəzinə 13-cü əsrin abidəsi Metexi kilsəsinin ərazisinə köçürüldü. 1945-ci ildə Sovet və Fransa hökumətləri arasında xüsusi razılıq əsasında Gürcüstanın Milli Xəzinəsini təşkil edən çoxsaylı sənət əsərləri - 1921-ci ildəki Qırmızı Ordu işğalından sonra sürgün edilən Gürcüstan hökuməti tərəfindən götürülmüş əlyazmalar, metal məmulatlar, zərgərlik, emal, rəsm əsərləri, Tiflisə qaytarıldı və muzeyin kolleksiyasına əlavə edildi. 30 ildən çox muzeyə rəhbərlik edən görkəmli Gürcüstan sənətşünası Şalva Amiranaşvili (muzeyə onun adı verilmişdir) eksponat toplanmasında mühüm rol oynamışdır. Muzey rəsmi olaraq 1950-ci ildə Gürcüstanın İncəsənət Muzeyi olaraq tanınmışdı, eyni zamanda, o, indiki binasına köçdü. Bina 1838-ci ildə Neoklassik üslubda, Rusiya imperiyası dövründə tikilmiş əvvəllər seminariyaya aid olmuşdu. Muzeyin binası geniş otaqlar və Gürcü, Şərq, Rusiya və Avropa bölmələrindən ibarət olan daimi kolleksiyaya malikdir.
Gürcüstan incəsənəti
Gürcüstan incəsənəti — Gürcüstan mədəniyyətinin bir hissəsi. 1801-ci ildə Gürcüstanla Rusiya arasında müqavilə bağlanması, və Şərqi Gürcüstanında Rusiyaya ilhaq olunması gürcülərin ümumilikdə rus mədəniyyət ilə tanışlıqlara gətirib çıxarmışdır. Bir çox rus memarlığına aid incəsənətə aid elementlər Gürcüstan sənətkarları tərəfindən mənimsənilmişdir. XIX əsrin əvvələrindən başlayaraq Gürcüstan incəsənətində və memarlığında klassik rus memarlıq üslubları hiss edilməyə başlamışdır. Memarıq baxımından fərqlənən Tiflis şəhəri idi. XIX əsrin I yarısında gürcü rəngkarlığında Qərbi Avaropa rus rəngkarlığının təsiri özünü göstərirdi. Bu dövrdə Gürcüstanda görkəmli rəssamlar, heykəltəraşlar fəaliyyət göstərirdi. Milli mövzulara müraciət etməklə realistcəsinə fəaliyyət göstərən rəssamların işləri göz oxşayırdı. Belə rəssamlardan biri Niko Pirosmanaşvili (1862-1918) idi. Gürcü xalq rəssamı olan N. Pirosmanişvili Pikassonun ən sevimli rəssamlardan biri idi.
Hiroşima Müasir İncəsənət Muzeyi
Hiroşima Müasir İncəsənət Muzeyi (yap. 広島市現代美術館) — Yaponiyada Hiroşima şəhərinin Minami rayonunda bədii muzey Müasir İncəsənət Muzeyi Hiroşima şəhərində 3 may 1989-cu ildə açılmışdır. Muzeyin binası Yaponiya arxitektoru Kise Kurokava təfəfindən layihələşdirilmiş və Xidziyama parkında tikilmişdir. Muzeyin kolleksiyasına İkinci Dünya müharibəsindən sonra Avropa və Yaponiya rəssamlarının 280 əsəri daxil edilmişdir. Kolleksiya gənc rəssamların əsərləri hesabına ildən-ilə artırılır. Muzeyin ərazisində muzey mağazası, kafe, muzey studiyası, video-zal və kitabxana vardır. Muzey tamaşaçılar üçün bazar ertəsindən başqa hər gün saat 10:00-dan 17:00-dək (yay dövründə saat 19:00-dək) açıqdır.
Hyuston Müasir İncəsənət Muzeyi
Hyuston Müasir İncəsənət Muzeyi - (CAMH / The Contemporary Arts Museum Houston) — ABŞ-nin Texas ştatında yerləşən Hyustonda müasir incəsənətə həsr olunmuş muzey. Muzeyin öz kolleksiyası yoxdur, onun fəaliyyətinin əsas məqsədi beynəlxalq, milli və regional müasir incəsənətin ən yaxşı əsərlərinin ictimaiyyətə tanıdılmasına xidmət etməkdir. Hyuston Müasir İncəsənət Muzeyi Hyuston şəhərinin mərkəzində polad konstuksiyalı'«Museum District» binasında yerləşir. Müasir incəsənət muzeyləri üçün ən yaxşı bina kimi arxitektor Qunnars Birkerts tərəfindən layihələşdirilmiş bu muzey öz qapılarını tamaşçılar üçün 1970-ci ildə açmışdır. 1980-cı illərin əvvəllərində Hyuston Müasir İncəsənət Muzeyinin fəaliyyəti nəticəsində Yeni Dünyanın (Amerika) keçmişini əks etdirən fotobiennalı (fotoqrafiya sərgisi) - «FotoFest» meydana gəldi .
Hərb incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Həsən Həsənov (incəsənət xadimi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (KazSUCA) Rusiyanın Tatarıstan bölgəsində Kazan şəhərində yerləşir. Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qurucusu Rusiya Federasiyası Mədəniyyət Nazirliyidir. Universitetin rektoru Rivkat Yusupovdur. KazSUCA, 32 professor, 107 baş müəllim, 148 elmlər doktoru da daxil olmaqla 300-dən çox müəllim ilə təmsil olunur. Universitetin 70-ə yaxın professor və müəlliminə Tatarıstan Respublikasının və Rusiya Federasiyasının fəxri adları verilmişdir, bunların arasında Rusiya Federasiyası və Tatarıstan Respublikasının dövlət mükafatları laureatları da var. Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təxminən 3000 tələbə var (əyani və qiyabi fakültələrdə təhsil alanlar). Universitet 9 fakültə, 30 bölmədən ibarətdir. KazSUKA 25 lisenziyalı proqramı, 3 magistr proqramını, 5 mütəxəssis proqramını yerinə yetirir. Beynəlxalq fəaliyyət Universitetin inkişafı və modernləşdirilməsinin prioritet istiqamətlərindən biridir və təhsil məkanının genişləndirilməsinin, universitet elminin inkişafının, beynəlxalq təhsil müəssisələri ilə sosial və mədəni qarşılıqlı əlaqələrin strateji yollarından biri kimi qəbul edilir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Universitet xarici liseylər və universitetlərlə birbaşa ünsiyyət qurur.
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi (ing. Kelvingrove Art Gallery and Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. 2006-cı ildən "Asılan başlar" muzeyin "Sophie Cave" salonunda sərgilənməkdədir. İnsani duyğuların üzümüzdə meydana gətirdiyi mimikalardan yola çıxılaraq düzəldilmiş başlar tamamilə ağ rəngə boyanaraq tavandan asılmışdır. Dörd fərqli üz ifadəsi ilə asılı olan cəmi 50 ədəd heykəlin olduğu muzey ilk görünüşdə hürküdücü kimi gəlsə də muzeyin ən çox ziyarət edilən hissələrindən biridir. Muzeyin incəsənət kolleksiyasına çox görkəmli Avropa rəsmləri, o cümlədən Qədim Ustalar, fransız impressionistlər, holland intibah dövrü, şotland koloristləri və Qlazqo Məktəbinin eksponentləri daxildir. Muzeydə Salvador Dalinin "Həvari İohann Məsihin Xaçı" yerləşir.
Kelvinqrov İncəsənət Qallereyası və Muzeyi
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi (ing. Kelvingrove Art Gallery and Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. 2006-cı ildən "Asılan başlar" muzeyin "Sophie Cave" salonunda sərgilənməkdədir. İnsani duyğuların üzümüzdə meydana gətirdiyi mimikalardan yola çıxılaraq düzəldilmiş başlar tamamilə ağ rəngə boyanaraq tavandan asılmışdır. Dörd fərqli üz ifadəsi ilə asılı olan cəmi 50 ədəd heykəlin olduğu muzey ilk görünüşdə hürküdücü kimi gəlsə də muzeyin ən çox ziyarət edilən hissələrindən biridir. Muzeyin incəsənət kolleksiyasına çox görkəmli Avropa rəsmləri, o cümlədən Qədim Ustalar, fransız impressionistlər, holland intibah dövrü, şotland koloristləri və Qlazqo Məktəbinin eksponentləri daxildir. Muzeydə Salvador Dalinin "Həvari İohann Məsihin Xaçı" yerləşir.
Kiasma Müasir İncəsənət Muzeyi
Kiasma Müasir İncəsənət Muzeyi — Kiasma vizual mədəniyyət Mərkəzi - Finlandiyanın və Helsinkinin ən çox ziyarətçisi olan muzeylərindən biri. Kiasma Müasir İncəsənət Muzeyinin əsası 1998-ci ildə qoyulmuşdur. Muzeyin binasının layihələşdirilməsi və planlaşdırılması 40 il ərzində davam etdirilmişdir. Muzey Helsinki şəhərinin mərkəzində, Mannerheyminaukino meydanında, marşal Mannerheymin abidəsinin yaxınlığında yerləşir. Kiasma Müasir İncəsənət Muzeyi Ateneum Bədii muzeyi, Sinebryuxov bədii muzeyi, Finlandiya mərkəzi Bədii Arxivi ilə birlikdə Finlandiya Milli Qalereyasının tərkibinə daxildir. Muzeyin fondunda müasir incəsənətə aid 4 minə yaxın eksponat saxlanılır. Muzeyin eksponatlarından ibarət sərgilər hər il yenilənir, 4-cü və 5-ci mərtəbələrdəki müvəqqəti sərgilər il ərzində 3-4 dəfə dəyişdirilir. 2013-cü ildən muzeyə Rusiyadan gələn turistlərə eksponatlar haqqında məlumat rus dilində verilir . Muzeyə 4 №-li tramvay, 15 №-li avtobus və metronun Rautatientori stansiyası vasitəsilə getmək mümkündür. Muzey həftənin III-V günləri saat 10:00-dan 23:00-dək, II və bazar günləri saat 10:00-dan 17:00-dək işləyir.
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı (ing. Coachella Valley Music and Arts Festival), Həmçinin Koaçella Fest və ya sadəcə olaraq Koaçella bilinir - Daxili İmperatorluqda yerləşən Koaçella Vadisində yerləşən İndio, Kaliforniyadakı Goldenvoice adlı üç günlük (əvvəlki bir-iki gün) musiqi festivalıdır. Kaliforniya Tədbiri ilk dəfə 1999-cu ildə keçirilib və 2001-ci ildən etibarən hər il aprelin üçüncü və ya dördüncü günündə keçirilir. Çıxış edənlərin arasında müxtəlif janr yönümlü qruplar - indi rok, hip-hop, elektron və pop musiqi; Festival çərçivəsində həmçinin bədii və heykəltəraşlıq sərgiləri də var. indi rok ərazisində bir neçə səhnə və ya tentə yerləşdirilir, eyni vaxtda tamaşalar da keçirilir: əsas mərhələ (ing. Coachella səhnəsi), açıq teatr (ing. açıq teatrı), Gobi çadırı, Mojave çadırı və Sahara çadırıdır. 2011-ci ildə tədbirdə 90 mindən çox adam iştirak edib, 2011-ci il mayın 31-də Goldenvoice 2012-ci ildən başlayaraq festivalın iki həftədən üç gün müddətində keçiriləcəyini elan edildi. .
Kosovo Elmlər və İncəsənət Akademiyası
Kosovo Elmlər və İncəsənət Akademiyası (alb. Akademia e Shkencave e Arteve e Kosovës; lat. Academia Scientiarum et Artium Kosoviensis; serb. Академија наука и уметности Косова) — Kosovo Respublikasının Ali Elmi Təşkilatı. 1950-ci illərdə Kosovoda ən yüksək səviyyədə təşkil edilən elmi araşdırmalara ehtiyac məsələsi gündəmə gəldi. 1953-cü ildə Albanologiya İnstitutu yarandı, lakin 2 ildən sonra Yuqoslaviya hakimiyyətinin təzyiqi altında bağlandı. 1967-ci ildə Albanologiya İnstitutu təzədən təşkil edildi və ondan sonra bölgənin elmi və mədəni həyatında fəal iştirak etdi. 1970-ci illərdə, Kosovo bölgəsində digər Yuqoslaviya respublikalarıyla bərabər azadlığı təmin etmək üçün milli hərəkat gücləndi. Kosovoda daha yüksək bir elmi müəssisə yaratmaq barədə müzakirələr aparıldı. 1974-cü ildə Kosovo Assambleyası bu işi görmək üçün komissiya yaratdı.
Krakov Müasir İncəsənət Muzeyi
Krakov Müasir İncəsənət Muzeyi (pol. Muzeum Sztuki Współczesnej) — Polşanın Krakov şəhərində yerləşən müasir incəsənət muzeyi. Muzey Lilov küçəsində keçmiş Şindler fabrikinin 4 istehsal binasından birində yerləşir. Muzeyin ilk direktoru sənətşünas Mariya Anna Potatskaya olmuşdur. Müasir incəsənət muzeyinin yaradılması ideyası XXI əsrin əvvəllərində Krakov bədii cəmiyyətində geniş müzakirə olunmuşdur. 2005-ci ildə Krakov şəhər şurası Krakov şəhərində iflasa uğrayan "Unitra-Telpod" adlı elektrik istehsalı fabrikini satın alaraq öz mülkiyyətinə çevirdi. İkinci Dünya müharibəsi zamanı "Emailwarenfabrik (DEF)" adlanan bu müəssisə əvvəllər "Şindler fabriki" kimi də tanınırdı. 2005-ci ildə Krakov şəhərinin meri Yasek Mayxrovski Polşa Mədəniyyət Nazirliyinin yeni muzeyinin layihələşdirilməsinin maliyyələşdirilməsi barədə ərizə verdi. 2007-ci ildə fabrikin ərazisi iki hissəyə bölündü. Bu ərazinin bir hissəsi Krakov tarix muzeyinin sərəncamına verildi və burada "Krakov 1939-1945-ci illərdə işğal dövründə" adlı daimi sərgi təşkil olundu.
Latviya Milli İncəsənət Muzeyi
Latviya Milli İncəsənət Muzeyi (Latviya dili: Latvijas Nacionālais mākslas muzejs – Qısaca LNMA) — 1869-cu ildə Riqada qurulan incəsənət muzeyidir. Latviyanın ən zəngin gözəl sənətlər kolleksiyasına ev sahibliyi etməkdədir. XVIII əsrin ortalarından etibarən Latviyada şəkil və heykəlin inkişafını nümayiş etdirən əsərlər daxildir. Riqa Şəhəri İncəsənət Qalereyasının qurulduğu 1869-cu ildə muzeyin quruluş tarixi olaraq qəbul edilir. Muzey binası 1903-cü ildə inşa edilməyə başlamış və 1905-ci ildə ziyarətə açılmışdır. Milli İncəsənət Muzeyi nəzdindəki digər muzeylərlə birlikdə beş ayrı binada xidmət göstərir. Qədim şəhər mərkəzindəki əsas bina müasir sənət kolleksiyasının sərgiləndiyi 19-cu əsrdə tikilən bir silah anbarı, rəssam Romans Suta ilə həyat yoldaşı rəssam Aleksandra Beļçovanın evi olan və onlara aid əsərlərinin sərgiləndiyi mənzil, tekstil, keramika, şüşə, dəri dizayn və bəzəmə sənəti əsərlərinin sərgiləndiyi tarixi Müqəddəs Corc kilsə binası, xarici sənət əsərlərinin sərgiləndiyi tarixi Riqa binasıdır. Riqa Şəhər Şurasının 1866-cı ildə kolleksiyoner Domeniko de Robianidən aldığı 47 əsər 1869-cu ildə açılan Riqa Şəhər İncəsənət Qalereyasının və yaradılan İtalyan Şəkil Kolleksiyasının əsas hissəsidir. Qalereya 1879-1905-ci illər arasında indiki vaxtda Latviya Universiteti tərəfindən elm kitabxanası olaraq istifadə edilən binada idi. Muzey binası 1903-1905-ci illər arasında inşa edildi.
Lill Müasir İncəsənət Muzeyi
lill Müasir İncəsənət Muzeyi — modernizmə həsr olunmuş müasir incəsənət və ar bryut (kobud incəsənət) muzeyi. Muzey Fransanın Nor departamentinin Vilnev-d'Aska şəhər parkının mərkəzində yerləşir. Muzeyin kolleksiyasına 4800-dən çox eksponat daxildir. Muzeyin sahəsi 4 000 kv. metrdən çoxdur. lill Müasir İncəsənət Muzeyi Avropada XX və XXI əsrlərin mədəniyyətinin: müasir incəsənətin, modernizmin və ar bryut incəsənətinin əsas komponentlərinin qovuşduğu yeganə muzeydir. Muzeydə Pablo Pikassonun, Amedeo Modilyaninin. Xuan Mironun, Jorj Brakın, Fernan Lejenin, Aleksandr Kolderin və Artur Van Qekkenin əsərləri də nümayiş etdirilir. Muzeydə həmçinin Fransa ar bryut incəsənətinin zəngin kolleksiyası da vardır. lill Müasir İncəsənət Muzeyi heykəllərlə əhatə olunmuşdur, burada, həmçinin kitabxana da yerləşir.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.

Значение слова в других словарях