İNCƏLTMƏK
İNCƏVARA
OBASTAN VİKİ
Degenerativ incəsənət
Degenerativ incəsənət (Almanca:Entartete Kunst) Almaniyada Nasist Partiyası tərəfindən modernist incəsənəti təsvir etmək üçün 1920-ci ildə qəbul edilmiş ifadə idi.Adolf Hitlerin diktatorluğu dövründə bir çox sənət əsərləri müxtəlif anti-nasist(kommunist,anti-alman,yəhudi)iddiaları ilə muzeylərdən çıxarılmışdı. Nasist rejimi ilə uyğunlaşa bilməyən,bütün sənət cərəyanları degenerativ incəsənət sayılırdı(Kubizm,sürrealizm,ekspressionizm,dadaizm,fovizm) Bundan əlavə müəllifi yəhudi olan istənilən sənət əsəri degenerativ hesab olunurdu. "Degenerativ" sözü orta əsrlər almaniyasından gəlir və mənası "üslubunu itirmək" idi.Termin ilk dəfə XIX əsrdə romantik Fridrix Şlegelin alçaldıcı kontekstdə yazdığı "Degenerativ incəsənət" adlı antik dövr poeziyasında işlədilmişdi.Fransız diplomat və yazıçı Artur de Qobino 1853-cü yazdığı "İnsan irqlərinin qeyri bərabərliyi" əsərində bu termini işlətmiş lakin bu zaman antisemitizm və milli-alman mənaları olmadan istifadə etmişdir.Qobinonun bu əsərini alman dilinə 1898–1901-ci illərdə Pan-alman birliyinin üzvü olan Karl Lüdviq Şeman tərcümə etmişdir. Rixard Vaqner 1850-ci ildə "Müsiqidə Yəhudilik" adlı məqaləsini nəşr etdirmiş və burada müsiqidə yəhudilərin təsirini qınamış və yəhudiları azad etməyə çağırmışdı. 1892–1893-cü illərdə yəhudi mədəniyyət tənqidçisi Maks Nordau "Degenerasiya" adlı əsərində incəsənətin degenerasiyasının sənətkarların degenerasiyasını izləyəcəyini yazmışdı.Onun tezisləri sonralar Milli Sosialistlər və Hitler tərəfindən alınmışdır. 18 dekabr 1901-ci ildə "Siegessal"(Qələbə abidəsi)-ın açılışındakı çıxışında II Vilhelm modernist incəsənət haqqında tənqidlər səsləndirmişdir. 1933-cü il Yanvarın 31-də Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə təmizləmə işlərinə başlanıldı.Sənətkar və musiqiçilərin müəllimlik fəaliyyəti dayandırıldı,kitabların yandılması təşkil olunmağa başlandı.1933-cü ilin Sentyabrında Reyx Mədəniyyət Palatası quruldu.Və Yozef Gebbels üçüncü reyxin əsas təbliğatçısı oldu.1935-ci ildə palatanın artıq 100000-dən çox üzvü var idi. Buna baxmayaraq 1933–1934-cü illərdə Partiya daxilində ekspressiyonizm haqqında qarışıqlıq mövcüd idi.Gebbels və digərləri Emil Nolde,Ernst Barlax,və Erix Hekel kimi sənətkarların güclü Nordiç ruhunu təmsil etdiyini düşünürdü. "Biz Milli Sosialistlər geridə qalmış deyilik sadəcə siyasətdə deyil incəsənət və bir sıra intelleksual məsələlərdə də müasirliyin daşıyıcısıyıq".Lakin Alfred Rosenberqin başçılıq etdiyi bir fraksiya modernizmə qatı tənqidini bildirdi.1934-cü ilin sentyabrda isə Hitler Reyxdə modernist təcrübələrə qəti yer olmadığını bildirdi.Bu bir çox incəsənət adamının vəziyyətində qeyri-müəyyənlik yaratmışdı.Nasist partiyasının sadiq üzvü olan ekspressiyonist rəssam Emil Noldenin sənət fəaliyyətini dayandırıldı lakin bu məsələ 1936-cı ildən sonra da müzakirə olunurdu.Maks Bekman və Şlemmer kimi bir çox modenist sənətkarlar üçün isə 1937-ci ilə qədər heç bir ümid görünmürdü. Franz Kafkanın kitabları 1939-cu ilə qədər alına bilmirdi.Herman Hesse və Hans Falladanın işləri ideologiya baxımından şübhə altında idi.Kütləvi mədəniyyət təbliğ olunurdu,1939-cu ildə II Dünya müharibəsi başlayana qədər bəzi Hollivud filmləri ("Bir gecədə baş verdi", " San Fransisko", "Küləklə sovrulanlar") sərgilənirdi.
Dövlət incəsənət muzeyi
Dövlət incəsənət muzeyi (dan. Statens Museum for Kunst) — Kopenhagendə yerləşən Danimarka incəsənət muzeyi. Muzeyin əsas binası, 1889-1896-cı illərdə, italya intibah üslubunda, Velqelm Dalerupa və Q.E.V. Möllera memarları tərəfindən inşa edilmişdir. 1998-ci ilin payızında binanın yeni korpusunun Anna Mariyanın İndrio və Meds Möllerin başlığı altında açılışı olmuşdur. Yeni korpus köhnə binanın arxasında parkda yerləşir və heykəllər kolleksiyasını əhatə edən şüşə qalereya ilə bağlıdır. XII-ci əsrin əvvələrindən muzeyin kolleksiyasında incəsənət əsərləri yerləşir. Mantenyanın, Titsianın, Tintorettonun, Breygelin, Rubensin, Xalsın və Rembrandtın rəssamların incəsənət əsərləri muzeyə daxildir. Müasir incəsənət kolleksiyasına isə Pikasso, Brak, Leje, Matiss, Modilyani və Nolde kimi rəssamların əsərləri muzeyə daxildir. Vikianbarda Dövlət incəsənət muzeyi ilə əlaqəli mediafayllar var.
İncəsənət
İncəsənət — insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur. İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə verilmə ustalığıdır. İncəsənət insanın mədəni fəaliyyətinə aid olduğundan onun kökü insanlar arasında kommunikasiya yarandığı dövrlərə gedib çıxır. Sonralar inkişaf nəticəsində o sərbəst mədəni-estetik prosesə çevrilərək öz sırf dillə bağlı mahiyyətindən kənara çıxır. Nəyin incəsənət adlandırılması bu və ya digər cəmiyyətin inkişafı dövründə malik olduğu estetik norma və dəyərləndirmə dərəcəsindən asılıdır. İncəsənətin növləri məqsədəuyğun şəkildə təsnifləşdirilmişdir.
Arabesk (incəsənət)
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
Avanqard (incəsənət)
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Kinetik incəsənət
Kinetik incəsənət — tamaşaçı tərəfindən qavranılan hərəkəti özündə cəmləşdirən və ya təsiri üçün hərəkətdən asılı olan bir sənət növüdür. İzləyicinin sənət əsərinə baxışını genişləndirən və çoxölçülü hərəkəti ehtiva edən kətan rəsmləri kinetik sənətin ən qədim nümunələridir. Daha doğrusu, kinetik sənət bu gün ən çox üçölçülü heykəllərə və təbii hərəkət edən və ya maşınla idarə olunan cib telefonlarına aid edilən bir termindir. Hərəkət edən hissələr adətən külək, mühərrik və ya müşahidəçi tərəfindən qidalanır. Kinetik sənət çoxlu üst-üstə düşən texnika və üslubları əhatə edir. 2013-cü ilin noyabr ayında MİT Muzeyi tərəfindən 5000 Hərəkətli Parça adlı kinetik sənət sərgisi açıldı. Burada rəssamlar Artur Qansonun, Enn Lillinin, Rafael Lozano-Hemmerin, Con Duqlas Pauersin və Takisin əsərləri sərgilənib. Sərgi muzeydə incəsənət forması üzrə xüsusi proqramlaşdırmanın yer aldığı "kinetik sənət ili"ni başlatdı. Neokinetik sənət interaktiv kinetik heykəlləri tapa biləcəyiniz Wuhu Beynəlxalq Heykəl Parkında, Pekin, Çində çox populyarlaşdı.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir. Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır.
Purizm (incəsənət)
Purizm — 1918–1925-ci illər arasında Fransada rəssamlıq və memarlığa sahəsində yayılmış hərəkat. Purizm hərəkatına Amedee Ozenfant və Çarlz Eduard Canneret başçılıq etmişdir. Onlar bu hərəkatı kubizmə əsaslanaraq yaratmışdılar. Purizmdə cismlər sadə formalarda, həndəsi fiqurlar şəklində təsvir edilirdi. Purizmin əsas şərtləri 1918-ci ildə nəşr olunan "Après le Cubisme"("Kubizmdən sonra") kitabında göstərilmişdir. Korbusyer və Amedee Ozenfant purizm yaradıcıları idi. Fernand Leger bir prinsip üzvü idi. Purizm, müharibə ilə nəticələnən Fransa müharibəsi dövründə Dünya müharibəsi dövründə müntəzəmliyi bərpa etmək cəhdi idi. Крючкова В.А. "Кубизм.Орфизм.Пуризм", Москва 2000 Le Purisme, L'Esprit nouveau: revue internationale d'esthétique, 1920.
Qrafika (incəsənət)
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.
Realizm (incəsənət)
Realizm — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir. Realizm bədii hərəkatı ən tez Avropada yayıldı. İtaliyadakı real mövzular Coakkino Tom, Antonio Rotta və Cüzeppe Pelissa da Volpedo tərəfindən və Milanda, növbəti əsrin 50-60-cı illərindən etibarən bir qrup gənc rəssamın həyatı realistlik tendensiyalarına həyat verəcəkdir.
Transqressiv incəsənət
Transqressiv sənəti — adət münasibətlərini və normalarını aradan qaldırmaq istəyən sənətlə bağlı istifadə olunan bir termindir və alıcını (tamaşaçı, dinləyici, oxucu) qarşılaşdıran və ya yenidən incələşdirən, tez-tez şok üsulları. Bu termini istifadə edən ilk sənətkarlardan biri, Transqressiv Kinematoqrafiyasının ("Transgressive Cinematography") qurucusu olan yeraltı rejissor Nik Zedd idi. Transqressiv hərəkatının prekursorları dadaistlər, sürrealistlərdir. Fəlsəfi bir konsepsiya kimi, "transgressiiv" konsepsiyası Mixail Baxtin və Corc Batay əsərlərində formalaşdırılmışdır. Transqressiv sənət üçün, insan orqanında (öz bədəninin həddindən artıq manipulyasiya edilməsinə və ya quruluşda insan cəsədlərinin istifadəsinə qədər), dəlilik və şiddətə qədər yüksək maraq var. Anthony Julius. Transgressions: The Offences of Art. University of Chicago Press , 2003. Kieran Cashell. Aftershock: The Ethics of Contemporary Transgressive Art.
Təsviri incəsənət
Təsviri incəsənət — bədii yaradıcılıq sahələrindən biri. Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uzunluğu 215–220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur.
İbtidai incəsənət
İbtidai incəsənət — ibtidai icma dövrünün incəsənəti. Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə.
İncəsənət akademiyası
İncəsənət akademiyası — incəsənət ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək, dövrün estetik baxışlarının formalaşmasında, ədəbi-bədii mədəniyyətin, bədii yaradıcılığın meyar və normalarının formalaşmasında, bu əsasda peşə təhsili sənət məktəbinin yaradılmasında iştirak etmək üçün nəzərdə tutulmuş, sənətkarların, bilicilərin və sənətsevərlərin yaradıcı cəmiyyətləri və təşkilatları, habelə ali ixtisas təhsil müəssisələri. İlk incəsənət akademiyaları İtaliyada, intibah dövründə bədii yaradıcılığın aktual əsası kimi antik dövrə marağın yaranması ilə əlaqədar yaranmışdır. Onlar sənətkarlıq icmalarından və rəssamların emalatxanalarından böyümüş, burada öz tələbələri və şagirdləri ilkin hazırlıqlarını almışdılar. Rəssamların hazırlanması üçün məktəblər fərdi şəxslər, pedaqoqlar və himayədarlar, habelə dövlət xadimləri və monarxlar tərəfindən yaradılmışdır. Buna görə də XVII–XVIII əsrlərin klassisizm dövründə Qərbi Avropa ölkələrində və Rusiyada akademiyaların əksəriyyəti kral və ya imperiya adlanırdı. Digər hallarda, universitetlər və ya özəl rəsm məktəbləri gələcək akademiyalar üçün əsas idi, lakin onlar cəmiyyətin və hökumətlərin dəstəyini də tələb edirdilər. Rəsm məktəbləri şagirdlərə rəssamlıq, rəsm və heykəltəraşlıq sənəti haqqında ibtidai biliklər verməklə yanaşı, özünü incəsənətin tədqiqinə həsr etmək istəyən hər kəs üçün təhsil verirdi. Belə məktəblər, eləcə də dövri və daimi rəsm sərgiləri bədii tərbiyə vasitəsinə çevrilirdi. XIX–XX əsrlərin bədii mədəniyyətinin inkişafını akademiyaların fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil, lakin bununla yanaşı, akademiyalar tez-tez mühafizəkarlığın qalasına çevrilir və yenilikçi bədii cərəyanların nümayəndələri tərəfindən tənqid olunurdu. Bu, özəl akademiyaların meydana gəlməsini və aparıcı rəssamların yaratdığı rəsm studiyalarını izah edir.
İncəsənət fəlsəfəsi
İncəsənət fəlsəfəsi — ümumi mədəniyyət fəlsəfəsinin bir seqmenti, özünəməxsusluğu estetikadır ki, bu da sənət fəlsəfəsinin əsasını və mahiyyətini təşkil edir. İncəsənət fəlsəfəsinin (ciddi elmi kateqoriyalara aid edilmir) mərkəzində gerçəkliyin mənimsənilməsinin xüsusi təcrübəsini öyrənən fəlsəfənin bir qolu kimi estetika dayanır. Fəlsəfə İnstitutunun tərifi estetikanı konkret fəlsəfi termin kimi sözün gündəlik (vulqar) istifadəsindən aydın şəkildə ayırır. "Estetika" termini müasir elmi ədəbiyyatda və gündəlik həyatda və fərqli mənada — mədəniyyətin estetik komponentinə və onun estetik komponentlərinə istinad etmək üçün istifadə olunur. Halbuki, incəsənət, yuxarıda qeyd etdiyimiz kimi, təkcə "komponent" deyil, estetikanın hansı estetik işlədiyini öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq üzərində ictimai şüurun formasıdır. Klassik dövrdə gizli estetika romantizm, realizm və simvolizm istiqamətlərində xüsusilə səmərəli inkişaf etmişdir. Mədəniyyətin bütün dəyərlərinin yenidən qiymətləndirilməsinə əsaslanan Nitsşe ilə başlayan postklassik dövr nəzəri estetikanı düzgün (açıq) arxa plana, məktəb nizam-intizamı səviyyəsinə çıxardı. XX əsrdə estetik biliklər digər elmlərin (fəlsəfə, filologiya, dilçilik, psixologiya, sosiologiya, sənətşünaslıq və s.) daxilində ən fəal şəkildə inkişaf etmişdir. Fəlsəfi bir elm kimi estetika daxilində mübahisələr uzun əsrlər boyu davam edir və bu mübahisələrdəki "ayırıcı xətlər" tez-tez aparıcı milli fəlsəfi məktəblər arasındakı fərqləri təkrarlayır. Məsələn, klassik alman estetikası (Kant, Hegel, Şiller) incəsənəti "məqsədsiz məqsədyönlü fəaliyyət", "görünürlük səltənəti", "yaradıcı qüvvələrin oyunu", "Mütləq Ruh" varlığının təzahürü və ifadəsi hesab edir.
İncəsənət jurnalistikası
İncəsənət jurnalistikası — vizual sənətlər, film, ədəbiyyat, musiqi, teatr və memarlığı özündə əks etdirən, ancaq bunlarla sərhədli olmayan sənətlərin reportajı və tənqidiylə maraqlanan jurnalistika sahəsi. Ənənəvi olaraq sənət haqqında yazan jurnalist və tənqidçilərin yazı və sənət əsərləri var. Ədəbiyyatşünaslıq, humanitar elmlər və sənət tarixi sahəsindəki bakalavr təhsillərindən başqa bu sahədə başqa rəsmi qabaqcıl jurnalist təhsili yoxdur. Məsələn, incəsənət jurnalistikası əsas mövzunun incəsənət olduğu bir yayım növüdür və incəsənət nümunələri, kuratorluq, tənqidi nəzəriyyə və ya tədris təcrübəsi olan insanlar tərəfindən (istər instituta, istər akademiya) əsaslı və müstəqil şəkildə həyata keçirilir. Belə bir jurnal çapda, onlayn və ya hər ikisində dərc edilə bilər və müxtəlif auditoriyaLara, o cümlədən qalereyalara, alıcılara, həvəskar və ya peşəkar sənətçilərə və geniş ictimaiyyətə yönəldilə bilər. Bir sözlə, incəsənət jurnalları həm ticarət, həm də istehlak jurnalları və ya hər ikisi ola bilər. Radio və televiziyada da sənət mövzularını əhatə edən xüsusiyyətlər var. Bir əsrdir incəsənət jurnalistikası ictimaiyyətlə sənəti müzakirə etmək və onları sənətə cəlb etmək üsuludur. 1831-ci ildə yaradılan "Lartiste" kimi jurnallar XIX əsrdə müasir sənət nümunələrini və nümunələr haqqında təsəvvürlər yaratdı. Həmçinin bu jurnallar sənət tənqidini də təqdim etdi.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
İncəsənət əsəri
İncəsənət əsəri bir estetik fiziki maddə və ya bədii yaradıcılıq nümunəsidir. Ədəbiyyat və musiqi əsərləri də daxil olmaqla, incəsənət hesab edilən hər hansısa bir əsər istisna olmaqla, bu terminlər, ilk növbədə təsviri incəsənətin maddi, daşına bilən formalarına aiddir. Təsviri incəsənətdə sənət əsəri peşəkar olaraq müəyyən edilmiş və ya ilk növbədə müstəqil estetik funksiyanı yerinə yetirməsi düşünülən fiziki iki və ya üç ölçülü obyektdir.
Naturalizm (incəsənət)
Vizual sənətdə təbiətçilik təbiətin olduğu kimi bir təsvir olaraq ortaya çıxdı. Əslində ilk təbiətşünas əsərlərin Qədim Yunanıstanda klassik sənətkarlar tərəfindən verildiyini söyləmək olar. İntibah dövrü sənətçiləri müəyyən mənada bu anlayışı canlandırdılar. 17-ci əsrdə yaşayan təbiətşünas rəssamlar təbiəti gözəlliyi və çirkinliyi ilə olduğu kimi əks etdirməkdə birləşmişdilər. Təbiətşünas termini də bu əsrdə ilk dəfə istifadə edilmişdir. 1830-cu illərdə İngilis mənzərə rəssamı John Constable, təbiətin bütün tərəflərini olduğu kimi təsvir etmək lazım olduğu fikirini müdafiə etdi. Konstablein təsiri ilə Fransız Barbizon rəssamları yeni Avropa Təbiətşünaslığının mənzərə rəsminin nümayəndələri idi. Bu illərdə Jean-Baptiste Camille Corot, Alfred Sisley, Camille Pissarro və Claude Monet də naturalist əsərlər hazırladılar. 19-cu əsrin sonlarına doğru, Naturalizm Alman rəssamlarına təsir etdi. ABŞ-də Naturalizm 19-cu əsrdə Realizm ilə bir-birinə qarışaraq inkişaf etdi.
Azərbaycan İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitettin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Barnsdal incəsənət parkı
Barnsdal incəsənət parkı Los-Ancelesdə, Hollivudun şərq hissəsində yerləşən bir şəhər parkıdır. Parkın şimal tərəfindəki Hollivud bulvarı park və incəsənət binalarına girişə imkan yaradır. Park Los Anceles tarixi-mədəniyyət abidəsidir və Los Anceles şəhər mədəniyyət işləri idarəsinin bir obyektidir. Alin Barnsdal Barnsdal parkı tarixi memarlıq və landşaft xüsusiyyətlərinin qorunması da daxil olmaqla Los-Anceles şəhərinə sənət və istirahət məqsədləri üçün bağışlamışdır. Park, Barnsdalın Hollihok evi, memar Frank Lloyd Rayt tərəfindən hazırlanan, milli tarixi bir yer, Los Anceles tarixi-mədəniyyət abidəsi, dünya irsində və Los Ancelesdəki tarixi yerlər milli reyestrində yer alır. Kaliforniyaya bir səfər Barnesdalın diqqətini Los-Ancelesə çəkdi. Barnesdal 1915-ci ildə Rayta millətin qərb mədəni sərhədində yenilikçi bir teatr cəmiyyətini inkişaf etdirməyə kömək etmək tapşırığını vermişdir. Oliv Hill, Barnesdal və Rayt Şərqi Hollivudda 36 hektar bir ərazini seçərək Barnesdal və kiçik qızı üçün bir ev, iki orta iqamətgah, bir teatr, bir rejissor evi və aktyor yataqxanası olan bir plan hazırladılar. Ərazinin planı, mövcud zeytun bağından 1225 ağacın bir toru üzərində qurulmuşdu. Sonrakı onilliklərdə park yaxın ərazilərdən gələn sakinlər arasında populyarlaşdı.
Gürcüstan İncəsənət Muzeyi
Gürcüstan İncəsənət Muzeyi yaxud Gözəl Sənətlər Muzeyi — Gürcüstanın ən əhəmiyyətli muzeylərindən biridir. Tiflisdə Lado Qudiaşvili küçəsində, 1 -də yerləşir. Təxminən 140.000 ədəd Gürcüstana, Şərqə, Rusiyaya və Avropaya aid eksponat qorunub saхlanılır. 1920-ci il fevralın 1-də Tiflisdə Qərbdə təhsilli gənc gürcüstanlı rəssamların səyləri nəticəsində, günümüzdəki muzeyinin sələfi, Milli İncəsənət Qalereyası açılmışdı. 1932-ci ilin sonunda muzey şəhərin mərkəzinə 13-cü əsrin abidəsi Metexi kilsəsinin ərazisinə köçürüldü. 1945-ci ildə Sovet və Fransa hökumətləri arasında xüsusi razılıq əsasında Gürcüstanın Milli Xəzinəsini təşkil edən çoxsaylı sənət əsərləri - 1921-ci ildəki Qırmızı Ordu işğalından sonra sürgün edilən Gürcüstan hökuməti tərəfindən götürülmüş əlyazmalar, metal məmulatlar, zərgərlik, emal, rəsm əsərləri, Tiflisə qaytarıldı və muzeyin kolleksiyasına əlavə edildi. 30 ildən çox muzeyə rəhbərlik edən görkəmli Gürcüstan sənətşünası Şalva Amiranaşvili (muzeyə onun adı verilmişdir) eksponat toplanmasında mühüm rol oynamışdır. Muzey rəsmi olaraq 1950-ci ildə Gürcüstanın İncəsənət Muzeyi olaraq tanınmışdı, eyni zamanda, o, indiki binasına köçdü. Bina 1838-ci ildə Neoklassik üslubda, Rusiya imperiyası dövründə tikilmiş əvvəllər seminariyaya aid olmuşdu. Muzeyin binası geniş otaqlar və Gürcü, Şərq, Rusiya və Avropa bölmələrindən ibarət olan daimi kolleksiyaya malikdir.
Honkonq İncəsənət Muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.
Honqkonq incəsənət muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.
Azərbaycan Dövlət İncəsənət Muzeyi
Azərbaycan Milli İncəsənət Muzeyi — Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır. Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada — "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib. Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur. 1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində təsviri sənətlər bölməsi yaradılmışdı. Həmin bölmədə toplanmış əsərlərin, xüsusilə rəngkarlıq nümunələrinin dəyəri nəzərə alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında ayrıca bir muzeyin — Azərbaycan Dövlət incəsənət Muzeyinin yaradılması qərara alınmışdı. Əvvəlcə incəsənət bölməsi keçmişdə Hacı Zeynalabdin Tağıyevin sarayı olmuş, indiki Azərbaycan Tarix Muzeyinin binasında yerləşirdi. Muzeyin rəsmi açılışı 1937-ci ildə baş tutdu.
Azərbaycan Milli İncəsənət Muzeyi
Azərbaycan Milli İncəsənət Muzeyi — Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır. Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada — "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib. Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur. 1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində təsviri sənətlər bölməsi yaradılmışdı. Həmin bölmədə toplanmış əsərlərin, xüsusilə rəngkarlıq nümunələrinin dəyəri nəzərə alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında ayrıca bir muzeyin — Azərbaycan Dövlət incəsənət Muzeyinin yaradılması qərara alınmışdı. Əvvəlcə incəsənət bölməsi keçmişdə Hacı Zeynalabdin Tağıyevin sarayı olmuş, indiki Azərbaycan Tarix Muzeyinin binasında yerləşirdi. Muzeyin rəsmi açılışı 1937-ci ildə baş tutdu.
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitettin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetdə 100 nəfər elmi işçi 1000-ə yaxın tələbə təhsil alır. 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxanası mövcuddur. Tələbələrin təhsildə fərqlənmələrini stimullaşdırmaq məqsədilə universitetin daxilində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilib. Bu binada ilk dəfə 1943-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə Quba Müəllimlər İnstitutu fəaliyyətə başlayıb. 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Quba şəhərində yerləşən binada Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli, 212 nömrəli Fərmanına əsasən bu filialda Dağıstan türkləri, yerli əhali və azsaylı xalqlar üçün kadrlar hazırlanması nəzərdə tutulmuşdur. Sonradan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır. 26 noyabr 2015-ci ildə AMİ-nin ADPU-ya qoşulduqdan sonra Quba filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı adlandırılmağa başlandı.
Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır. Universitettin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi (tam adı: S. Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, qısaca: ARDƏİA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə ədəbiyyat və incəsənət əsərlərinin saxlanılır. Bakıda yerləşir. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli qərarı ilə yaradılmış, 1966-cı ilin yanvar ayından fəaliyyət göstərir. İlk adı Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə arxivə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq görkəmli ədəbiyyatşünas Salman Mümtazın adı verilmişdir. Arxivdə 19 əsrin sonları — 2005-ci illərə aid 717 fond üzrə 98215 iş saxlanılır. Arxiv Azərbaycan ədəbiyyatı və incəsənəti tarixinə aid sənədlərin aşkar edilməsi, toplanması, elmi-texniki cəhətdən işlənilib qaydaya salınması, hərtərəfli mühafizəsi və istifadəsinin təşkili istiqamətində fəaliyyət göstərir. Arxivdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarları (Nazirlər) Soveti İncəsənət İşləri İdarəsinin, Azərbaycan SSR D"vlət Kinematoqrafıya Komitəsinin, Cəfər Cabbarlı adına " Azərbaycanfılm" kinostudiyasının, mədəniyyət sahəsindəki ali və orta ixtisas təhsili məktəblərinin, yaıadıcılıq ittifaqlarının, teatr və musiqi təşkilatlarınm qəzet və jurnal redaksiyalarının və digər yaradıcılıq təşkilatlarının 50-dən artıq fondu mühafizə olunur. Arxivdə 660-a yaxın görkəmli ədəbiyyat, incəsənət xadiminin, o cümlədən, ədabiyyat sahəsində (Hüseyn Cavid, Əliağa Vahid, Abdulla Şaiq, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Mirvarid Dilbazi, Əziz Şərif, Abbas Zamanov və b.), teatr sahəsində (Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Fatma Qədri, Mehdi Məmmədov, Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, Əli Zeynalov, Bəşir Səfəroğlu, Rza Əfqanlı və b.), musiqi sahəsində (Müslüm Maqomayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Nazim Rzayev, Qənbər Hüseynli, Fatma Muxtarova, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova və b.), memarlıq və təsviri sənət sahəsində (Mikayıl Hüseynov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Fuad Əbdürrəhmanov, Maral Rəhmanzadə, Bədurə Əfqanlı və b.), kino sahəsində (Rza Təhmasib, Ağarza Quliyev, Hüseyn Seyidzadə, Lətif Səfərov, Həsən Seyidbəyli və b.) çalışan xadimlərin şəxsi fondkırı mühafizə olunur.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi — görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verilən fəxri ad.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı
Pircan Ağahüseyn oğlu Cəbiyev — 04.05.1991
Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Dekorativ-tətbiqi incəsənət; Rəngkarlıq; Qrafika üzrə texnik; Heykəltəraşlıq; Teatr dekor sənəti; Dizayn.
Azərbaycan SSR tətbiqi incəsənət ustası
Azərbaycan SSR tətbiqi incəsənət ustası (azərb-kiril. Азәрбајҹан ССР тәтбиги инҹәсәнәт устасы) — 7 may 1960-cı ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən Azərbaycan SSR-də tətbiqi incəsənətin inkişafında xüsusi xidmətləri olan ən tətbiqi incəsənət xadimlərinə verilirdi. Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938–1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.
Azərbaycan SSR Əməkdar incəsənət xadimi
Azərbaycan SSR Əməkdar incəsənət xadimi — 25 mart 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən incəsənət xadimlərinə verilirdi. Фәхри адлары // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Azərbaycan SSR əməkdar incəsənət xadimlərinin siyahısı
6 fevral 1929-cu ildən:
Azərbaycan incəsənəti
Azərbaycan mədəniyyəti (az-əbcəd. آذربایجان مدنیتی‎) — azərbaycanlıların, Azərbaycan etnik qruplarının və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. XI-ХIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi. Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstanda linqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib. İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır. Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş, XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır. Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış, Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar.
Azərbaycan incəsənəti (film, 1934)
Azərbaycan incəsənəti filmi rejissor Qriqori Braginski tərəfindən 1934-cü ildə çəkilmişdir. Azdövlətkinosənayedə istehsal edilmişdir. Film Azərbaycan milli incəsənətinin inkişafından, təbliğindən və incəsənət ustalarının xalqa xidmətindən bəhs edir. Film Azərbaycan milli incəsənətinin inkişafından, təbliğindən və incəsənət ustalarının xalqa xidmətindən bəhs edir. Rejissor: Qriqori Braginski Bəstəkar: Müslüm Maqomayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan incəsənəti (film, 1970)
Azərbaycan incəsənəti qısametrajlı sənədli filmi rejissor Mirzə Mustafayev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş "İldırımlı Yollarla" baletindən, "Sevil" operasından, "Qobustan Kölgələri" baletindən fraqmentlər, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, "Qaya" Vokal Kvartetinin və müğənni Müslüm Maqomayevin çıxışları daxildir. Filmə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuş "İldırımlı Yollarla" baletindən, "Sevil" operasından, "Qobustan Kölgələri" baletindən fraqmentlər, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, "Qaya" Vokal Kvartetinin və müğənni Müslüm Maqomayevin çıxışları daxildir. Ssenari müəllifi: Kərim Kərimov Rejissor: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev, Tofiq Sultanov Rəssam: Kamil Nəcəfzadə “Azərbaycan incəsənəti” kino lentində. [C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən "Azərbaycan incəsənəti" adlı qısametrajlı rəngli film haqqında] //Bakı.- 1969.- 3 noyabr. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Azərbaycan incəsənəti (film, 1988)
Azərbaycan incəsənəti' — qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent tamaşaçıları Azərbaycanın rəngarəng incəsənət nümunələri ilə tanış edir. Kinolent tamaşaçıları Azərbaycanın rəngarəng incəsənət nümunələri ilə tanış edir.
Azərbaycan incəsənəti minilliklər boyunca (film, 2014)
Azərbaycan incəsənəti minillikləri... (film, 2014)
Azərbaycan təsviri incəsənəti
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri. Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).
Başqırd Dövlət İncəsənət Muzeyi
Başqırd Dövlət İncəsənət Muzeyi və ya Mixail Nesterov adına Başqırd Dövlət İncəsənət Muzeyi — 5 yanvar 1919-cu ildə əsası qoyulmuş və 5 yanvar 1920-ci ildə açılışı baş tutmuş, Ufa şəhərində yerləşən incəsənət muzeyi. 1913-cü ildə Ufa şəhər sakini Mixayıl Nesterov öz doğma şəhərinə özünə məxsus olan XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş rus rəssamlarının rəsm kolleksiyasını və özünün çəkdiyi 30 rəsmi hədiyyə edir. Hədiyyə olunan rəsmlərin müəllifləri arasında İvan Şişkin, İsaak Levitan, Nikolay Yaroşenko, Konstantin Korovin, Aleksandr Benua, Vasiliy Polenov, Abram Arxipov və digərləri də var. Əldə olunan bu rəsm əsərlərini hökumət tikintisi davam edən Aksakov Xalq evində sərgiləməyi düşünürdü. Lakin bu məsələ Birinci Dünya Müharibəsi başşladığına görə və 1917-ci il inqilabına görə gecikdi. Buna görə də Nesterovun muzey üçün verdiyi eksponatlar 1919-cu ilə qədər Moskvada qorunurdular. 7 noyabr 1919-cu ildə Ufanı ələ keçirən bolşeviklər şəhərdə Oktyabr inqilabı adına Proletar İncəsənət Muzeyi yaratmaq haqqında qərar verirlər. Aksakov xalq evi hələ tikilmədiyinə görə muzeyin yerləşdirilməsi üçün tacir M. Laptevin evi ayrılır.< Muzeyin eksponatlarını Moskvadan Ufaya gətirmək çox çətin idi. Vətəndaş müharibəsi və sakit olmayan Rusiyada yolda eksponatların başına hər iş gələ bilərdi. Eksponatları Moskvadan Ufaya gətirməyi rəssam Nesterovun dostu olan məşhur memar İlya Bondarenkoya tapşırırlar.
Bizans incəsənəti
Bizans İncəsənəti — Orta əsrlər incəsənətinin parçası hesab olunan Bizans İncəsənəti.
Bülbül adına Uşaq İncəsənət Məktəbi (Sumqayıt)
Bülbül adına Uşaq İncəsənət Məktəbi — Sumqayıtda musiqi məktəbi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyində 3 incəsənət məktəbi fəaliyyət göstərir ki, onlardan biri də Bülbül adına Uşaq İncəsənət Məktəbidir. 1971-ci ildən Sumqayıt şəhər 2 saylı musiqi məktəbi kimi fəaliyyətə başlayan məktəb 2 korpus, 44 sinif otağı, 360 yerlik konsert zalından ibarətdir. Bu illərdə şagirdlər fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet ixtisasları üzrə təhsil alırdılar. Rəsm, xoreoqrafiya şöbələri açıldıqdan sonra 1985-ci ildən Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Sumqayıt şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyətinin qərarı ilə məktəb Bülbülün adı ilə adlandırıldı. Məktəbin 35 illik fəaliyyəti ərzində şagirdləri respublika müsabiqələrində iştirak edərək diplomlara, fəxri fərmanlara layiq görülmüşdür. 1999-cu ildə musiqi və incəsənət məktəbləri şagirdləri arasında keçirilən Respublika Baxış müsabiqəsində Bülbül adına incəsənət məktəbinin şagirdləri Elvin Xasıyev və Xəyyam Tağıyev diplomlarla təltif olunmuşlar. 2001-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən gənc istedadların müsabiqəsində incəsənət məktəbinin xalq çalğı alətləri ansamblı müsabiqənin laureatı olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2002-ci ildə təşkil etdiyi "Uşaqların gözü ilə" adlı sərgidə məktəbin şagirdləri mükafat almışlar. 2004-cü ildə Respublika üzrə uşaq xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmana layiq görülmüşdür.
Cobra müasir incəsənət muzeyi
Cobra Müasir İncəsənət Muzeyi (Niderland dilində:Cobra Museum voor Moderne Kunst Amstelveen) — Niderlandın paytaxtı Amsterdam şəhərində bədii muzey. Muzey Sandberqpleyn 1 ünvanında yerləşir. Muzeyin daimi eksponatları siyahısına "KoBrA" qrupuna daxil olan müasir Niderland rəssamlarının əsərləri daxildir. Muzeyin kolleksiyasına Kapel Appelin, Gilom Kornelis van Beverloo və Yan Sirxeysin rəsm əsərləri də nümayiş etdirilir. Muzeyin həyətində 1995-ci ildə Şinkit Tadziri tərəfindən yapon bağı yaradılmışdır. Muzeydə, həmçinin vaxtaşırı xarici avanqardist rəssamların əsərlərindən ibarət sərgilər də təşkil olunur. Muzeyin binası arxitektor Vim Kvist tərəfindən layihələnmişdir. Muzey öz fəaliyyətinə 8 noyabr 1995-ci ildə başlamışdır. Muzeyin açılışı 1948-ci il 8 noyabrda "KoBrA" qrupunun əsasının qoyulmasının ildönümünə təsadüf etmişdir. Hər iki ildən bir Niderland avanqardist rəssamlarının təltif olunması üçün 10 000 evro məbləğində mükafat təqdim olunur.

Digər lüğətlərdə