İndiqator (göstərici)

Indicator Hər hansı prosesin müəyyən dövr ərzində gedişatını xarakterizə edən mütləq və ya nisbi göstərici. Fond birjasının indiqatoru isə qiymətli kağızlar bazarında müəyyən dövr ərzində aparılan əməliyyatların həcminin, maliyyə alətlərinin gəlirliliyinin, o cümlədən faiz də rəcələrinin dinamikasının, alqı-satqı əməliyyatlarının həcminin öncədən qiymətləndirilməsi məqsədi ilə istifadə edilən göstəricidir. Fond birjasının indiqatoru birja mütəxəssisləri tərəfindən istifadə olunur.
İndeksləşdirmə
İndossament
OBASTAN VİKİ
İndiqator
İndiqator(ing. indicator, rus. индикатор) İndikator — qurğunun durumu haqqında xəbərdarlıq edən siferblat və ya işıqlı göstərici. Məsələn, disk ötürücüsü (ACTUATOR) işıq indikatoruna malikdir və o, diskə müraciət zamanı yanır. İndikator — Bu və ya digər mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqanizm və biosenozlar.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
İndiqator (iqtisadiyyat)
İndiqator administratoru
İndiqator administratoru, və ya bençmark administratoru (ing. Benchmark administrator) — maliyyə istinad göstəricisinin (“bençmark”) inkişafına və idarə olunmasına nəzarət edən şəxs. İndiqator ixtisaslaşmış indeks şirkətləri, fond birjaları və banklar da daxil olmaqla müxtəlif təşkilatlar tərəfindən idarə oluna bilər. Administratorlar institutunun çoxalması, 2014-2021-ci illər ərzində reallaşdırılan faiz dərəcələrinin qlobal islahatı sayəsində mümkün olmuşdur. Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatının "Maliyyə etalonları prinsipləri" nə əsasən göstərici administratoru, daxil olmaqla etalon indiqatorun inkişafı və paylanması üçün bütün mərhələ və proseslərdən cavabdehdir: göstəricini təsvir etmək üçün məlumat və ya fikirlərin toplanması, təhlili və (və ya) işlənməsi; düsturdan və ya göstəricinin əmələ gəlməsi üçün verilən məlumatların və ya rəylərin işlənməsinin digər metodlarından istifadə edərək göstəricinin təyin edilməsi; yoxlamalar, indiqator dəyərlərinə düzəlişlər və metodoloji dəyişikliklər daxil olmaqla göstəricinin istifadəçilər arasında yayılması (yayımlanması). 2020-ci ildən etibarən, Avropa Birliyində , Avstraliyada , Sinqapurda və Cənubi Koreyada maliyyə göstəricilərini tənzimləyən qanunvericilik tətbiq edilmişdir. Avropa Birliyində idarəçi göstəricinin təmin edilməsinə nəzarət edən fiziki və ya hüquqi şəxsdir. İndiqatorun göstərilməsi göstərici tərifi üçün konvensiyaların idarə edilməsini əhatə edir; bir göstərici yaratmaq üçün daxil olan məlumatların toplanması, təhlili və ya işlənməsi; düstur, başqa bir hesablama metodu tətbiq edərək və ya giriş məlumatlarını qiymətləndirərək bir göstəricinin əmələ gəlməsi. İndiqator administratoru kontribyutor ianəçilərdən ilkin məlumatları toplayır. Mənbə məlumatlarının vaxtını, tamlığını və etibarlılığını qiymətləndirməyə borcludur.
Bədən kütləsinin göstərici
Bədən Kütləsinin göstərici (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir. BKI bu düsturla tapılır: I = m h 2 {\displaystyle I={\frac {m}{h^{2}}}} , burada: m — bədənin kütləsi, kq, h — insanın boyu, m, ölçü vahidi kimi kq/m2 alınır. Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri. Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir: BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.
İllik göstərici (iqtisadi)