İndoneziya tarixi
İndoneziya tarixi — İndoneziya Respublikasının tarixi.
Cənub-Şərqi Asiyada yerləşən İndoneziya ərazisində Böyük Zond adaları, Kalimantan, Sumatra, Sulavesi, Yava və Madura, Kiçik Zond adaları, Bali Lombok, Sumbava, Filores, Timor, Moluk adaları, həmçinin Yeni Qvineya adaları müasir insan tipini o cümlədən pitekantrop, yavantrop, sonralar vadyak adamının formalaşdığı mərkəzlərindəndir. Bu ölkədə aşağı, yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. Bu ölkənin ərazisində üç mindən artıq ada vardır ki, bu nəhəng adalar yaşayış məsgənləridir. İndoneziyada II–V əsrlərdə məhsuldar qüvvələrin inkişafı nəticəsində ilk sinifli cəmiyyət təşəkkül tapmışdır ki, bunun da nəticəsində Tarum, Kalinq, Malayya, Şirivicayya kimi erkən dövlətlər meydana gəlmişdi.
XIII əsrin sonunda Yavada yaranan Maccapaxit imperiyası 1295–1520-ci illərdə ölkə ərazisindəki xırda dövlətləri də özünə birləşdirdi. XIV əsrdə Hindistan və Malakkadan müsəlman missionerləri, o cümlədən miqrasiya etmiş müsəlmanlar İndoneziyada islamı yaymağa nail olmuşdular. Bu hadisə ölkə daxilində siyasi ziddiyyətləri daha da qabartdı və siyasi pərakəndəliklə nəticələndi. Bundan istifadə edən gəlmələr, yəni kütləvi miqrasiyalar nəticəsində sonradan İndoneziyanın xırda dövlətlərə parçalanmasına səbəb oldu. XVI əsrdə müsəlmanların xırda dövlətlərinin yaradılması və bu xırda dövlətlər arasında fasiləsiz müharibələr avropalıların İndoneziyaya gəlmələrinə və müstəmləkəçilik siyasəti yeritmələrinə şərait yaratdı.