ingilisəsilli
ingilisləşdirilmə
OBASTAN VİKİ
İngilislər
İngilislər (ing. Englishmen, English people) — İngiltərənin əhalisinin əsasını təşkil edən yerli xalq. Orta əsrlərdə Böyük Britaniya adalarında anqllar, sakslar, frizlər, yutlar qədim german tayfaları və həmçinin onlar tərəfindən adaların assimilyasiya edilmiş kelt əhalisindən yaranıb. Hal-hazırda özünü ingilis hesab edən 50 milyon nəfər var. İngilis əsilli 110 milyon nəfər var, onlar əsasən ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və CAR-da yaşayırlar. Böyük Britaniyada özünü ingilis hesab edən 44,7 milyon əhailisi, onun əsas əhalisidir. Digərləri Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya, CAR, Hindistan və digər ölkələrdə yaşayırlar. Onların dilləri — ingilis dilinin Britaniya variantı, onun dialektləri olan şərq, şimali, cənub, qər, kent dialektləridir. Yazıları latın qrafikası əsasındadır, qədimdə run əlifbasından istifadə ediblər.
İngilislərin Farer adalarını işğalı
Britaniyalıların Farer adalarını işğalı, (Valentin Əməliyyatı olaraq da tanınır),1940-cı ildə İkinci Dünya Müharibəsi zamanı, Almaniyanın Danimarka və Norveç ərazilərini işğalından dərhal sonra baş vermişdir. Böyük Britanıiya Almaniya tərəfindən tutulmasının qarşısını almaq üçün 1940-cı ilin aprelində əvvəllər Danimarkanın koloniyası olan strateji əhəmiyyətli Farer adalarını işğal etdi. Müharibə bitdikdən az sonra Britaniya qoşunları adaları tərk etdilər. == İşğal == Britaniya qoşunlarının buraya qoşun çıxartdığı zaman Farer adaları Danimarkanın qraflığı statusuna sahib idi. 9 aprel 1940-cı ildə Almaniyanın Danimarka işğalından sonra o zamanlar Admirallığın Birinci Lordu olan Uinston Çörçil 11 apreldə İcmalar Palatasında Farer adalarının britaniyalalılar tərəfindən işğal ediləcəyini elan etdi: “Həmçinin hazırda Danimarkaya aid olan, böyük strateji əhəmiyyətə malik olan və sakinləri bizi qarşılamağa hazır olduqlarını nümayiş etdirən Farer adalarını işğal edirik. Biz Farer adalarını müharibənin bütün çətinliklərindən qorumalı və adaların Almaniyanın təcavüzü nəticəsində düşdüyü köləlikdən azad edilərək Danimarkaya qaytarıla biləcəyi an gələnə qədər dəniz və havada möhkəmlənməliyik. ." Onun çıxışı BBC radiosunda yayımlanıb. Həmin gün Torshavn üzərində səmada Kral Hərbi Hava Qüvvələrinin (KHHQ) təyyarəsi göründü. Aprelin 12-də "Valentin" əməliyyatı başladı: Kral Donanmasının iki esminesi Torshavn limanına gəldi. Onların kapitanları adaların prefekti Karl Ooge Gilbert və Farer parlamenti Loqtinqin rəhbəri Kristian Jurhus ilə görüşdükdən sonra Loqtinqin təcili iclası çağırıldı.