Vitex agnus var. integerrima
Müqəddəs viteks (lat. Vitex agnus-castus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, Ön Asiya, Cənubi Qafqaz, orta Asiyada yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 4–8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır.