İNTERAKTİV

sif. \[ing. interactive "qarşılıqlı təsir" < lat. inter "arasında" + activus "hərəkət edən"\] Əks əlaqəsi olan, dialoqa girən; insan və kütləvi informasiya əlaqələri arasında ünsiyyət yaradan. □ İnteraktiv dərs - fəal (interaktiv) təlim metodu. □ İnteraktiv marketinq – iştirakçının bilavasitə iştirak etdiyi reklam növü.
İNTEQRATİV
İNTERFEYS
OBASTAN VİKİ
İnteraktiv qrafika
interaktiv qrafika ( ing. interactive graphics ~ ru. интерактивная графика ~ tr. etkileşimli bilgisayar grafiği) – istifadəçinin kompüterdə qrafik obrazları çox zaman siçan və ya coystik kimi qurğuların köməyilə dəyişdirə və idarə edə bilməsindən ibarət iş üsulu. İnteraktiv qrafika kompüter sistemlərinin oyunlardan tutmuş avtomatlaşdırılmış layihələndirmə sistemlərinədək (CAD) çox geniş diapazonunda tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnteraktiv televiziya
İnteraktiv televiziya — ənənəvi televiziya texnologiyasına məlumat xidmətləri əlavə edən media konvergensiyasının bir forması. Buraya məzmunun tələb üzrə çatdırılması, onlayn alış-veriş və izləyici sorğuları daxildir. İnteraktiv TV yeni informasiya texnologiyalarının qurulmuş texnologiyalara və kommersiya strukturlarına şaquli inteqrasiya oluna biləcəyinə bir nümunədir. İnteraktiv televiziyanın inkişafından əvvəl qarşılıqlı əlaqə yalnız simulyasiya edilə bilərdi. 1950-ci illərdə interaktiv təcrübə illüziyasını təmin etmək üçün məhdud sayda cəhdlər edilirdi. Bunun ən açıq nümunəsi "Gözvuran Dink və sən" idi ki, bu, tamaşaçıları televizora bağlayacaqları vinil vərəqdə çəkməyə təşviq edirdi. QUBE 1977-ci ildən 1984-cü ilə qədər Ohayoda interaktiv kabel televiziyası xidmətini idarə edirdi. İnteraktiv "video-on-demand" (VOD) televiziya xidməti 1986-cı ildə Yaponiyada təklif edilmişdir. Burada "İnteqrasiya Olunmuş Şəbəkə Sistemi" xidmətini inkişaf etdirmək planları var idi. Bu, müxtəlif interaktiv xidmətləri, o cümlədən videotelefoniya, evdə alış-veriş, onlayn bankçılıq, uzaqdan iş və evdə əyləncə xidmətlərini əhatə etmək üçün nəzərdə tutulmuşdu.
İnteraktiv təlim
İnteraktiv təlim. İdraki və kommunikativ fəaliyyətin elə bir formasıdır ki, tədris olunan mövzunun mənimsənilməsinə proses iştirakçılarının hər biri öz töhfəsini verir. Bu prosesdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında söhbət və dialoq rejimində fəaliyyət göstərirlər. İnteraktiv metodlar biliklərin şagirdlərə hazır şəkildə verilməsini deyil, bu bilikləri daha çox onların özlərinin birlikdə axtarıb tapmalarına yardımı nəzərdə tutduğundan təlim prosesində müəllim təşkiledici, əlaqələndirici, istiqamətverici və məsləhətverici, şagirdlər isə təcrübəçi, tədqiqatçı və yaradıcı subyektlər kimi fəaliyyət göstərirlər.
Fəal-interaktiv təlim
Fəal-interaktiv təlim — təlim prosesinin elə təşkili formasıdır ki, burada müəllim bilikləri ötürən rolundan imtina etməklə yeni bir vəzifəni — bələdçi(fasilitator) vəzifəsini öz üzərinə götürmüş olur. Burada biliyin qrup və cütlərələ iş formalaraından müntəəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qrup işləri təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir.
Fəal interaktiv təlim

Digər lüğətlərdə