İnterfaza
Hüceyrənin bölünməsi çoxalma prosesinin əsasını təşkil edir. Bölünmədən əvvəl hüceyrələr bölünməyə hazırlıq prosesini keçirir. Bu interfaza (lat. inter - arasında) adlanır. İnterfaza bitki və heyvan hüceyrələrində 15-20 saata qədər davam edə bilir. Onu adətən 3 mərhələyə bölürlər:
Presintetik
Sintetik
Postsintetik
G
1
{\displaystyle G_{1}}
(ing. Gap - interval) ilə işarə olunur. Presintetik mərhələdə hüceyrədə çoxlu miqdarda RNT və zülal əmələ gəlir. DNT sintezində iştirak edən fermentlərin aktivliyi yüksəlir.Bu proseslər də göstərir ki,G1 dövrü DNT-nin sintezi üçün hazırlıq dövrü hesab olunur.Presintetik mərhələnin ardınca sintetik mərhələ başlayır.
S
{\displaystyle S}
ilə işarə olunur.