1. Bir məqsədə (adətən pis məqsədə) yetmək üçün əlaltından görülən iş; hiylə, fitnə. İntriqa aparmaq. İntriqa qurbanı.
– …Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi.
[Tələbə:] Bir də, mən intriqa bilən adam deyiləm…
[Yusif:] Deyirlər, sədrin əleyhinə intriqa düzəldirsən.
2. ədəb. Roman və ya dramda əsas hadisələrin çox dolaşıqlığı və gərginliyi cəhətdən fərqlənən süjet xətti, mövzunun düyünü.