İNTUİSİYA
[alm. Anschauung; fr.=ing. Untuition; lat. Intuitio-intuius. In tueri – daxilini görmə; osm. tr. tehaddüs, hads; ər. حذزٌ ] – nəyinsə qəflətən açılması, bir əlaqənin birdən, birbaşa vasitəsiz kəşf edilməsi, yaxalanması. İntuisiya insandan əslində hisslərin fövqündə olan bir qabiliyyət tələb edir, çünki bəzən bəzi şeyləri duymaq və hiss edib qavramaq üçün intuisiyaya əsaslan-maq lazım gəlir. İntuisiya vasitəsiz qavramaq, ani olaraq başa düşmək, bir şeyin daxilini birbaşa görmək, həqiqəti bilavasitə anlamaq, dərk etmək qabiliyyəti kimi də xarakterizə etmək olar. İntuitiv [alm. Intuitiv; fr. Intuitif; ing. intuitive] isə hər şeyi bir anda ələ keçirməyə, qavramağa istiqamətlənən düşüncə tərzidir. İntuitivizm – imperializm dövrünün burjua fəlsəfəsində geniş yayılmış idealist cərəyan.