iquanodont

iquanodont (zool.)
iquana
iquanodontlar
OBASTAN VİKİ
İquanodont
İquanodont — eyni zamanda iquanodon (latın dilində:Iguanodon, iquan sözündən və yunanca ὀδόντος — diş sözlərindən yaranmışdır) — müasir Avropa, Şimali Amerika, Asiya və Afrika ərazilərində 140–120 milyon il bundan əvvəl, təbaşir dövrünün birinci yarısında yaşamış, bitkilərlə qidalanan quşçanaqlı dinozavrların bir növü. 1822-ci ildə Gideon Martell tərəfindən aşkar edilmiş və meqalozavrdan sonra ikinci dəfə dinozavr adını almışdır. İquanodontun kəşf edilməsi haqqında bir əfsanə geniş yayılmışdır. Bu əfsanəyə görə iquanadonta aid ilk dişi Gideon Mantellin arvadı Meri Enn tapmışdır, lakin bu faktı təsdiq edən heç bir dəlil yoxdur və çox illər sonra, 1851-ci ildə Gideon Mantell iquanodonun dişini özü tərəfindən tapıldığını elan edir. Gideon Mantell yeni canlı qalıqlarının tapıldığı əraziləri diqqətlə tədqiq etmiş, tapılmış dişləri Jorj Küvye və Uilyam Baklend kimi tanınmış mütəxəssilərə də göstərmişdir. Çoxları bu dişlərin balıqlara və südlə qidalananlara məxsus olduğunu bildirmiş, yalnız Samuel Statçberi bu dişlərdən böyük ölçülü olanlarının iquankimilərə aid olduğunu söyləmişdir. 1825-ci ildə Gideon Mantell tapıntıların təsvirlərini London Kral Cəmiyyətinə təqdim etmişdr. Əvvəlcə Gideon Mantell aşkar edilmiş canlı orqanizm tapıntılarını Iguanasaurus (İquankərtənkələ) adlandırsa da, dostu Vilyam Koniber iquana daha çox uyğun gələn Iguanoides ([[iquanabənzər) və ya Iguanodon (iquandiş) adlandırılmasını təklif etmişdir. Bu daşlaşmış canlı orqanizm qalığının adının son variantını 1829-cu ildə Frederik Xoll təklif etmişdir. Gideon Mantell aşkar edilən dinozavrların və iquankimilərin dişlərinin ölçülərinə əsasən İquanodontların uzunluğunun 12 metrə yaxın olduğunu bildirmişdir.