iridişli
iridodaq
OBASTAN VİKİ
İridium
İridium (Ir) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 77-ci element. Elementlərin dövri sisteminin VIII qrupunda, platin qrupu metallarına mənsub, həmçinin qızıl və gümüşlə birlikdə vacib metallar sirasına daxil olan kimyəvi elementdir. Təbiətdə iki stabil izotopu var: 191İr (38,5%) və 193İr (61,5%). == Tarixi == İridium elementini 1804-ci ildə ingilis kimyaçısı S.Tennant kəşf etmiş və dördvalentli iridiumun üçvalentliyə reduksiya zamanı birləşmələrinin müxtəlif rənglər almasına görə onu “ İridium” adlandırmışdır (yunanca iris (iridos) – göyqurşağı deməkdir). Nadir hallarda, adətən, platinlə birlikdə tapılır. Yer qabığında kütləcə 10-7% - dir. == Fiziki xassələri == İridium çox bərk, çətin əriyən gümüşü-ağ metaldır. == Kimyəvi xassələri == Kimyəvi cəhətdən çox davamlıdır. 12000C temperaturdan yuxarı İrO3 şəklində qismən buxarlanır. Flüorla iridium 400-5000C, xlor və kükürdlə közərmə temperaturunda reaksiyaya daxil olur.

Digər lüğətlərdə

вгоряча́х вда́влина графити́ровать невозде́ржно неде́ржаный приго́нка проница́емость си́ний торшо́н яку́тка дверно́й закиса́ть монопла́н перемести́ться раздоса́дованно махорка asseveration bounteous casualty helicopter Cathay Derrick false saffron motor-operated кисельный сметливость