irre

adj. 1. yolunu azmış; 2. med. dəli
irrational
Irre
OBASTAN VİKİ
Emilia irregularibracteata
Emilia irregularibracteata (lat. Emilia irregularibracteata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio irregularibracteatus De Wild.
Indoseiulus irregularis
Serxio İrredento
Serxio İrredento (d. 12 aprel 1953) — İtaliyalı keçmiş üzgüçü. Serxio İrredento İtaliyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. Serxio İrredento birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:19.45 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İrredentizm
İrredentizm — üzvlərinin, öz millətinin keçmişindən "itirilmiş" (və ya "oğurlanmış") hesab etdiyi əraziləri, torpaq iddiası / bərpası və işğal etmək yolu ilə ölkəsinə qatmaq niyyəti güdən siyasi və ya xalq hərəkatıdır.(yanaşmasıdır) Bəzi dövlətlər öz irredentist iddialarını konstitusiya və ya başqa hüquqi vasitələrlə formalaşdırır. Bu cür ərazi iddiaları real yaxud iddia edilən milli tarixi areal (məskunlaşma ərazisi), dini yaxud etnik mənsubiyyətlə əsaslandırılır. İrredentist siyasət əsasən milliyətçi və ya pan-milliyətçi hərəkatlar tərəfindən müdafiə edilə yaxud milli kimlik və ya mədəni, coğrafi siyasətin bir elementi ola bilər. İrredentizm hökumətin vətəndaşlarının xaricdəki vətəndaşlara qarşı narazılığını yönəldən bir vasitə ola bilər. İrredentizm, italyan mənşəli bir söz olub,(İtalyanca: irredento) dil, din, soy və mədəniyyət birliyi olduğu halda bir dövlətin sərhədləri xaricində olan ərazilərin sözü gedən dövlətə birləşdirilməsi fikridir. Milli birləşmə üçün XIX əsr italyan hərəkatından törəmiş bir termindir. Bu mənada İtaliya ilə mədəni və etnik əlaqələri olan ancaq yeni İtalyan dövlətinin idarəçiliyindən kənarda qalan Trente, Dalmasiya, Trieste və Fime nəzərdə tutulur. Bu səbəblə bu bölgələr formalaşmaqda olan milli cəmiyyət üçün "xilas edilməsini" gözləyirdi. Termin siyasi ədəbiyyata XX əsrdə keçmişdir. Mayall irridentizmi öz müqəddəratını təyin etmənin bir forması olaraq dəyərləndirilir.
İtalyan irredentizmi
İtalyan irredentizmi (it. irredentismo italiano) — XIX əsrin sonları və XX əsrin əvvəllərində müasir İtaliya ərazisində mövcud olmuş millətçilik. Bu millətçiliyin hədəfi yerli əhalinin italyan olduğu və ya italyandilli hesab edildiyi coğrafi əraziləri bir siyasi qurumun rəhbərliyi altında birləşdirmək olmuşdur. Bu ərazilərə italyanların əhəmiyyətli etnik azlığı təşkil etdiyi yerlər də daxil edilmişdir. Başlanğıcda hərəkat yerli əhalinni italyan olmasına baxmayaraq, 1866-cı ildə başladılan III İtalyan İstiqlaliyyət müharibəsindən sonra Avstriya imperiyasının hakimiyyəti altında qalan ərazilərin İtaliyaya birləşdirilməsinə çalışırdı. Buraya Trentino ilə birlikdə, italyanlarla birlikdə bir çox digər dildə danışan etnosların da yaşadığı bölgələr daxil idi. Misal olaraq Cənubi Tirolu, Triesti, İstriyanın bir hissəsini, Qoriziyanı, Qradiskanı və Dalmatiyanın bir hissəsini göstərmək olar. Buraya həmçinin Riyeka (Fiume), Korsika, Malta adası, Nitsa qraflığı və İtalyan İsveçrəsi də daxil idi. Ümumilikdə bu ərazilərdə italyanlardan başqa almanlar, ladinlər, istro-romanlar, xorvatlar, slovenlər də yaşamaqda idi. 1860-cı illərdəki Risorcimento zamanı Sardiniya krallığının baş naziri və Kavur qrafı Kamillo Benso Fransa imperatoru III Napoleonun fikirləri ilə hesablaşmağa məcbur oldu.
Hadena irregularis
Hadena irregularis (lat. Hadena irregularis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin hadena cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 30–32 mm-dir. Ön qanadları açıq-sarı rəngdədir. Yumuru naxışı ağdır, ortası açıq-boz rənglidir, böyrəkşəkilli naxışın əsası tutqundur. Pazşəkilli naxış aydın görünmür. Arxa qanadları qonuru-bozdur, alt tərəfi açıq rəngdə olub, üzərində iki eninə zolaq və aypara şəklində naxış var. == Yayılması == Avropa, Rusiyanın cənubu və cənub-şərqi, Qazaxıstanın şimalı, Kiçik Asiya və Qafqazda yayılməşdır. Azərbaycanda isə Böyük (Zaqatala) və Kiçik Qafqazda (Hacıkənd) rast gəlinir. == Həyat tərzi == Dağətəyi və dağ meşələrinin açıqlığı.
Korsikada italyan irredentizmi
Korsikada italyan irredentizmi — (italyanca:Irredentismo italiano in Corsica) — XVIII əsrdən təşəkkül tapmağa başlayan İtalyan irredentizminin yayıldığı yerlərdən biri. Korsikadakı italyan irredentistləri buranı İtaliya krallığına birlöəşdirməyə çalışırdılar. == Formalaşması == İtalyan irredentizminin görkəmli şəxslərindən biri olan Nikkolo Tommaseo tərəfindən italyan irredentizminin banilərindən biri hesab edilir. Bildirilir ki, Pasqal Paoli korsikalı millətçilər tərəfindən "Vətənin Atası" ("Babbu di a Patria") olaraq adlandırılır. O, 1768-ci ildə bunları demişdi: Biz anadan gəlmə və hissiyyat olaraq korsikalıyıq, lakin hər şeydən əvvəl biz dil, kök, adət-ənənə olaraq özümüzü italyan hiss edirik və italyanların hamısı tarix və Allah qarşısında qardaşdırlar və birdirlər...Korsikalılar kimi biz nə qul, nə də “üsyançı” olmaq istəmirik və italyanlar kimi digər italyan qardaşlarla bərabər davranmaq hüququmuz var...Ya biz azad olacağıq, ya da yox olacağıq...Ya biz qalib olacağıq, ya da (fransızlara qarşı) əldə silah öləcəyik...Allahın adının müqəddəs və haqq olduğu kimi Fransaya qarşı müharibədə haqq və müqəddəsdir və burada bizim dağlarımız İtaliya üçün azadlıq günəşi kimi doğacaqdır. — Pasquale Paoli Pasqal Paoli italyan dilinin yaratdığl Korsika Respublikasında rəsmi dil olmasını istəyirdi. 1755-ci ildə qəbul edilmiş ilk Korsika Konstitusiyası italyan dilində yazılmışdı və 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyası üçün model rolunu oynamışdı. Həmçinin, 1765-ci ildə onun tərəfindən yaradılmış və Korsikada ilk olan Korte Universitetində də tədrisin dili italyanca idi. 1768-cı ilə qədər Korsika Genuya Respublikasının bir hissəsi olmuşdu. Bu tarixdə respublika bu bölgəni Fransaya verdi.
Savoyyada italyan irredentizmi
Savoyyada italyan irredentizmi (italyanca:Irredentismo italiano in Savoia) — XVIII əsrdən təşəkkül tapmağa başlayan İtalyan irredentizminin yayıldığı yerlərdən biri. Savoyyadakı italyan irredentistləri buranı İtaliya krallığına birləşdirməyə çalışırdılar. Savoyyalı italyan irredentistləri İtaliya krallarının mənsubu olduğu Savoyya sülaləsi ilə xüsusi bağları olduğunu düşünməkdə idilər. Savoyya gələcəkdə italyan kralları olacaq sülalənin ilk qaynağı olan Savoyya hersoqluğunun əsas bölgəsi idi. İntibah dövründən etibarən bu bölgədən Piedmont vilayəti idarə edilmiş və paytaxt Şamberi şəhəri olmuşdur. XV əsrdən etibarən bölgənin rəsmi dili fransız dili idi. Bölgə inzibati baxımdan Savoyya Propre, Çablais, Fauciqni, Cenevois, Maurienne və Tarantaise məntəqələrinə bölünmüşdü. 1860-cı ilin yazında Fransadan bölgədə keçirilən referendumdan sonra oranı ilhaq etdi və inzibati sərhədlər dəyişdirildi. Cüzeppe Haribaldi referendumla Savoyya və Nitsa bölgələrinin Fransaya birləşdirilməsinə qarşı çıxırdı. Refendumla bölgələr ilhaq edildikdən sonra hər iki yerdən xeyli sayda insan köç etdi.
Anemone irregularis
Anemonastrum dichotomum (lat. Anemonastrum dichotomum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Senecio irregularibracteatus
Emilia irregularibracteata (lat. Emilia irregularibracteata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. Senecio irregularibracteatus De Wild.
Quercus irregularis
Livan palıdı (lat. Quercus libani) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.

Digər lüğətlərdə