İsdılıx Fikrimizcə, Bakı dialektində işlənən bu sözün əsasında “isti” sözü dayanır. Bu söz Bakı dialektində “sıyıq, duru xörək” mənasında işlənir: Hava soyuxdu bir az isdılıx pişirin. (27, 196)