israrlı
istedad
OBASTAN VİKİ
Kanal İstanbul
Kanal İstanbul — İstanbulun Avropa tərəfindəki Qara dənizdən Mərmərə dənizinə qədər uzanması plannanan bir dizayndır. Keçmişdə bənzər versiyalar təklif olunsa da, Kanal İstanbul layihəsi 2011-ci ildə o vaxtkı Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi. Layihə üçün ilk tender 26 mart 2020-ci ildə keçirilib. == Tarixçə == İstanbul Boğazına alternativ su layihəsinin tarixi Roma imperiyasına qədər gedib çıxır. Sakarya Çayı Nəqliyyat Layihəsi ilk dəfə Bitinya Qubernatoru Plinius və İmperator Trayan arasındakı yazışmada bəhs edilmişdir Qara dənizi və Mərmərəni süni bir boğazla birləşdirmək fikri XVI əsrdən bəri 6 dəfə gündəmə gəlmişdir. 1500-cü illərin ortalarında Osmanlı İmperiyası tərəfindən planlaşdırılan üç böyük layihədən biri Sakarya çayı ilə Sapanca gölünü Qara dəniz və Mərmərəyə bağlamaq idi. 1550-ci ildə, Sultan Süleyman Qanuninin dövründə də gündəmə gəldi. Dövrün iki böyük memarı Memar Sinan və Nikola Parisi hazırlıqlara başlasalar da, müharibələr səbəbiylə bu layihənin həyata keçirilməsi baş tutmadı. İstanbulun qərbində bir kanal layihəsi ilk dəfə TÜBİTAK-ın Bilim ve Teknik jurnalında 1990-cı ilin avqust ayında yayımlanan bir məqalədə təklif edildi. Dövrün Enerji Nazirliyinin Müşaviri Yüksəl Önəmin yazdığı məqalənin adı "İstanbul Kanalını Düşünürəm" idi.
Maçka (İstanbul)
Maçka — Trabzonun fəthinin ardından (1461) Fatih Sultan Məmmədin İstanbula göndərdiyi Trabzon şəhər mərkəzi xalqı (ümumi əhalinin 1/3-ü) tərəfindən əsası qoyulmuşdur. İTİ Maçka Yerleşkesi, Maçka Parkı və Swissotel buradadır.
Skyland İstanbul
Skyland İstanbul — Türkiyənin İstanbul şəhərində yerləşən əkiz göydələnlər. Şişlinin Seyrantəpə məhəlləsində yerləşir. 285 metr hündürlüyündə olub 65 mərtəbədən ibarətdir. Bina hündürlüyünə görə Türkiyədə 1-ci, Avropada isə səkkizincidir. Skyland İstanbulda 830 iqamətgah, 504 ofis sahəsi və 300 otaq və 550 nəfərlik konfrans salonu olan beşulduzlu beynəlxalq hotelə ev sahibliyi edir. Tikili Broadway Malyan şirkətinin baş memarı olan Peter Vaquan tərəfindən dizayn edilmişdir. Sahibi Eroğlu Gayrimenkuldur. Tikilidə mənzillərin qiyməti 940,000–6,300,000 TL arasıdır.
Topxana (İstanbul)
Topxana — İstanbulun Bəyoğlu səmtində, Boğaziçi sahilində rayon. İstanbulun fəthindən sonra II Mehmed 1455-ci ildə Tersane-i Amire (Haliç) və 1460 Tophane-i Amire (Topxana) quraraq İstanbulda ilk sənaye hərəkatına başladı. Bu özəlliyinə görə Topxananın Osmanlı dövründə İstanbulun ən qədim sənaye bölgələrindən biri olduğunu söyləmək olar. İstanbulun türklər tərəfindən fəthindən əvvəl bəzi mənbələrdə Topxana mahalının Qalatanın Ceneviz divarlarının düz kənarında bir yer kimi insan yaşamayan çöl və bağ sahəsi olduğu, bəzi yazarlara görə isə buranın meşə olduğu bildirilir. Bizans dövründə mahalın adının "Metopon" olduğu qəbul edilərkən, daha yeni araşdırmalar görə gözəl görünüşünə görə buraya "Gümüş şəhər" (Argiropolis) deyildiyi fikri də irəli sürülmüşdür. Burada Bizans dövründə çox qədim Apollon məbədinin, həmçinin türklərin sonradan tikəcəyi kazarmaların yerində "Müqəddəs İrina" və ya "Hadrian və Natali kilsəsi"nin olduğu deyilir. 1955–1956-cı illərdə Topxana binaları və kazarmalar söküldükdən sonra Nüsrətiyə məscidi ilə üzbəüz yerdə Bizans kilsəsinə aid ola biləcək bəzi bünövrə izləri və kərpic divar qırıqlarının aşkar edilmişdi. Binanın bu hissələrindən kənarda Sənətkarlar Məktəbi küçəsi yerləşir. Topxana Ocağı məscidinin də yer aldığı İmalat-ı Hərbiyə Usta Məktəbinin (Rəssamlar Məktəbi) xarabalıqları günümüzə qədər gəlib çatmışdır. Bina icmasını quran Sultan Süleyman Qanuni idi.
İstanbul pogromu
İstanbul erməniləri
İstanbul erməniləri (erm. Պոլսահայեր; türk. İstanbul Ermenileri) Türkiyədə yaşan etnik erməni icmasının əsas hissəsini təşkil edən, İstanbul şəhərinin müxtəlif bölgə və səmtlərində yaşayan etnik ermənilər. İstanbul ermənilər tərəfindən tez-tez Bolis (erm. Պոլիս) adlandırılır ki, bu da şəhərin tarixi adı olan Konstantinopolun sonluğu ilə uyğunluq təşkil edir. türk erməni icmasının əsas hissəsidir və tarixən Türkiyənin İstanbul şəhərinin ən böyük etnik azlıqlarından biridir. İstanbulun etnik müxtəlifliyi ilə bağlı aparılmış hesablamalara görə şəhərdə 50.000, 60.000 və ya 70.000 min civarında etnik erməni yaşamaqdadır. İstanbul erməniləri İstanbulun və ümumilikdə Türkiyənin ən böyük qeyri-müsəlman etnik azlığını təşkil etməkdədirlər. Şəhər ermənilər min ildən çoxdur öz tarixi vətənlərində yaşadıqları üçün erməni diasporasının bir parcası olaraq qəbul edilmirlər. İstanbul erməniləri deyildikdən adətən şəhərdə öz evi olan və əsrlərdir burada yaşayan, işləyən və Türkiyə vətəndaşı olan etnik ermənilər nəzərdə tutulur.
İstanbul tətili
Bakıda öz pərəstişkarlarını itirən müğənni Ayan (Röya Ayxan) depressiyaya düşməmək üçün baş götürüb şəhəri tərk edir, İstanbula gedir. İstanbulda fotoqraf Muradla (İlyas Əhmədov) tanış olur. Ayanın keçmişindən xəbər tutan Murad, özünə bildirmədən ona yardım etməyə çalışır, onun şəkillərini çəkir. Ayan da Muradı sevməyə başlayır. Amma bir gün yenə hər şey dəyişir. Ayan jurnalların üz qabığında öz şəkillərini görür. Muradın onu aldadıb istifadə etdiyini zənn edir. Bunu növbəti xəyanət kimi qəbul edən Ayan yenidən Bakıya qayıdır. Amma bu dəfə başqa cür olur. O, öz doğma şəhərində məşhur müğənni kimi qarşılanır.
İstanbul
İstanbul, köhnə Azərbaycandilli mənbələrdə İstambul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir. Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330–395-ci illər arasında Roma İmperiyası, 395–1204 və 1261–1453 illəri arasında Bizans İmperiyası, 1204–1261 arasında Latın İmperiyası və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir.
Tuzla (İstanbul)
Tuzla — İstanbul ilinin ilçəsi. Pendik bələdiyyəsinin yanında şəhərin Asiya tərəfində bir bələdiyyədir. Tuzla, şəhərin şərq sərhəddində, Mərmərə dənizinin sahilindəki başlıq ərazidədir. Bələdiyyə başçısı Şadi Yazıcıdır. (AKP) Başlıq ərazisinin yunan adı 'Akritas' (Ακρίτας) idi. Osmanlı dövründə bu balıqçılıq və əkinçilik kəndinin sakinləri əsasən yunan idi və 1920-ci illərin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurulmasından sonra əhali mübadiləsində bu insanlar Salonika, Kavala və Drama Türk sakinləri üçün dəyişdirildi. Balıqçılıq gəmiləri hələ də mövcuddur, lakin 1980-ci illərin sonuna qədər balıqçılıq sənayenin, xüsusən gəmiqayırma sahəsinin üstündən keçdi; Tuzla gəmiqayırma zavodları bu gün də fəaliyyət göstərir. Tuzla şəhərindən hələ də kənd təsərrüfatına gedən bəzi kənd təsərrüfatı var, baxmayaraq ki, sənaye inkişafı da var. Tuzla dəniz cəbhəsi və bir çox balıq restoranları ilə məşhur olan kiçik bir şəhərdir. Bu həm də varlı İstanbul sakinləri və ya təqaüdçülər üçün şəhərdən çox uzaq olduğu, daha az toplaşdığı və hələ də özünə "kiçik bir şəhər hissini" qoruduğu üçün ev almaq üçün məşhur bir yerdir.
İstanbul Akvarium
İstanbul akvarium — dünyanın ən böyük tematik akvariumudur. İstanbul şəhərində yerləşir. Akvariumun içində 16 ayrı bölüm 64 ədəd hovuz var.
İstanbul Atak
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
İstanbul Attack
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
İstanbul Birjası
İstanbul Birjası , ya da BİST 1985-ci ildən "İstanbul Menkul Kiymetler Borsası" olaraq fəaliyyətə başlayıb, 5 Aprel 2013-cü ildə özündə İstanbul fond birjasını və qızıl birjasını birləşdirərək İstanbul birjası (BIST) olaraq fəaliyyətinə davam edir. Ayrıca "Yatırıma dəyər!" rəsmi sloqan olaraq qəbul edilmişdir. 24 Fevral 2017-ci ildə yayımlanan qərarnamə ilə dövlətə aid bütün hissələrin Türkiyə Varlıq Fonduna dövr edilməsi qərarlaşdırılmışdır. 13 iyun 2017-ci il tarixində BİST 100 indeksi 100000 səviyyəsinə qədər yüksəldi. 27 iyul 2020-ci ildə indeks 23 il öncəki halına qaytarılaraq iki sıfır atılmışdır. Rəsmi qəzetin 18183 sayında 6 oktyabr 1983-cü il tarixində "Menkul Kiymetler Borsaları hakkında 91 saylı qanun hökmündə qərarnamə" yayımlandı. 6 oktyabr 1984-cü il tarixli, 18537 saylı rəsmi qəzetdə yayımlanan "Menkul Kıymetler Borsalarının Kuruluş ve Çalışma Esasları Hakkında Yönetmelik" ilə Türkiyədə menkul qiymətlər birjalarının quruluş, çalışma və birjada alqı-satqı əsasları ilə birja üzvlərinin quruluş, çalışma və məsuliyyətləri göstərilmişdir. İlk əməliyyatlar 3 yanvar 1986-cı ildə 19 hissə sənədi ilə başladı. İstanbul Birjası 3 il üçün seçilən və 9 üzvdən ibarət olan İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti sədri İdarə heyəti tərəfindən seçilir.
İstanbul KVK
İstanbul Voleybol Klubu (türkcə: İstanbul Voleybol Kulübü) (Qısa: İVK), 2010-cu ildə İstanbulun Üsküdar səmtində yaradılmış bir idman klubudur.[1] Matçlarını TVF 50-də oynayır. 1288 nəfər tutumlu Yıl Deniz Esinduy İdman Salonunda. Əsas qolu voleyboldur və yalnız ox atma filialında fəaliyyət göstərir. Nüket Yolaç, Qırmızı-Ağ-Qara rənglərə sahib olan klubun prezidentidir. Komanda, 2010–2015-ci illər arasında İstanbul Böyüklər Liqasında mübarizə aparırdı. 2015–2016 mövsümündən etibarən Regional Liqada mübarizə aparan komanda, 2016–2017 və 2018–2019 mövsümlərində Regional Liqa İstanbul Çempionu olaraq Türkiyə 2. Liqasına yüksəlmək üçün Finallara qatıldı. 2016–2017 mövsümündə Yalovada keçirilən final mərhələsində Bursa Gemlikdən sonra turniri ikinci sırada tamamladı. 2018–2019 mövsümündə Kocaeli'deki finalda Yeniköyspor'a məğlub oldu və finalı ikinci sırada tamamladı. 2019–2020 mövsümündə, İstanbul Qrupundakı ilk matçdakı uğursuz məğlubiyyətdən sonra, İstanbul digər dörd matçını setsiz qazandı və mövsüm ikinci sırada bitdi.
İstanbul Konvensiyası
Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası və ya daha çox tanınan adı ilə İstanbul Konvensiyası — Avropa Şurasının qadınlara qarşı şiddətə və məişət zorakılığına qarşı 11 may 2011-ci ildə İstanbulda imzalanan insan hüquqları müqaviləsi. Konvensiya şiddətin qarşısının alınması, qurbanların qorunması və cinayətkarların cəzasızlığına son qoymağı hədəfləyir. 2019-cu ilin mart ayından etibarən 45 ölkə və Avropa Birliyi tərəfindən imzalanmışdır. 12 mart 2012-ci ildə Türkiyə konvensiyanı təsdiqləyən ilk ölkə oldu. Ardınca 2013–2019-cu illərdə digər 33 ölkə (Albaniya, Andorra, Avstriya, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Kipr, Danimarka, Finlandiya, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Lüksemburq, Malta, Monako, Çernoqoriya, Hollandiya, Norveç, Şimali Makedoniya, Polşa, Rumıniya, Portuqaliya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə) müqaviləni təsdiqləmişdir. Konvensiya 1 avqust 2014-cü ildə qüvvəyə minmişdir. Avropa Şurası 1990-cı illərdən bəri qadınların zorakılığa qarşı qorunmasını təşviq etmək üçün bir sıra təşəbbüslər həyata keçirmişdir. Bu təşəbbüslər, 2002-ci ildə Nazirlər Komitəsinin üzv dövlətlərə qadının zorakılığa qarşı qorunmasına dair Avropa Şurası Rec(2002)5 saylı Tövsiyəsinin qəbul edilməsi və Avropada 2006–2008-ci illər arasında qadın zorakılığına, o cümlədən ailə şiddətinə qarşı mübarizə kampaniyasının aparılması ilə nəticələndi. Avropa Şurası Parlament Assambleyası da qadınlara qarşı hər cür şiddətə qarşı qəti bir siyasi mövqe tutmuş və cinsiyyət əsaslı zorakılığın ən ağır və geniş yayılmış formalarının qarşısının alınması, qorunması və mühakimə olunmasına dair qanuni məcburi standartların tətbiq olunmasını tələb edən bir sıra qətnamə və tövsiyələr qəbul etmişdir. Milli hesabatlar, araşdırmalar və sorğular Avropadakı problemin böyüklüyünü ortaya qoydu.
İstanbul Limanı
İstanbul Limanı – İstanbulun Bəyoğlu rayonunda Karaköy və Fındıqlı səmtləri arasında yer alır. İstanbul Boğazı sahilində, Salıpazarı və Qalata sahili olaraq ayrılan iki hissədən ibarətdir. İlk olaraq 1892-ci ildə Qalata sahilinin inşasına başlanmış və tikinti 1900-cü ildə bitirilmişdir. 1910-cu ildə əlavə olunan iki depodan başqa Cümhuriyyət dövründə, 1928-ci ildə 3 əlavə depo tikilmişdir. 1957-ci il isə Salıpazarı sahili tikilərək liman bugünkü halını almışdır. Türkiyə Dənizçilik Müəssisələrinin tərkibində olan İstanbul Limanı, şəhərə gələn kruvaziyer sərnişin gəmilərini qəbul edir. Gəmidən enərək şəhəri ziyarət etmək istəyəcək sərnişinləri tarixi məkanlara apararaq şəhər səfəri təşkil edən turist avtobuslarının 200 ədədini eyni vaxtda qəbul edə biləcək tutumda açıq avtomobil dayanacağı olan sahə mövcuddur. İstanbul Limanına yan alan gəmilərin sayı hər keçən il artır və bu artımla doğru mütənasib olaraq İstanbula gəzmək üçün gələn turist sayı da artmaqdadır.
İstanbul Metrosu
İstanbul metropoliteni — Türkiyənin İstanbul şəhərində xidmət verən metro sistemidir. 3 sentyabr 1989-cu ildə xidmətə girdiyində Türkiyənin ilk metro sistemi idi. Metro İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur və hal-hazırda 11 metro xətti (M1A, M1B, M2, M3, M4, M5, M6, M7, M8, M9, M11) və 101 stansiyaya malikdir. Bu xüsusiyyəti ilə İstanbul metrosu, ölkənin ən böyük metro şəbəkəsidir. M1A, M1B, M2, M3, M6, M7 ve M9 xətləri Avropa tərəfində, M4, M5 və M8 xətləri Asiya tərəfində xidmət göstərir. M1B, M3, M4, M5, M7, M9və M11 metro xətlərinin genişləndirilməsi işləri davam etdirilir. M10, M12, M13, M14 metro xətlərinin tikintisi davam edir. Tikintisi davam edən M10, M12, M13, M14 xətləri Asiya tərəfində yer alacaqdır. İstanbul Metrosu çox köhnə bir ideya olsa da, yalnız XX əsrin sonlarında həyata keçirməyə başlandı. Ölkədə ilk metro xətti İstanbul Metrosu olmuşdur.
İstanbul Park
İstanbul Park — Formula 1 yarışlarının keçirildiyi pist. 2005 ildə açılmışdır. Uzunluğu 5340 m-dir. 2005-ci ildəki yarışı Maklaren-Mersedesin Finlandiyalı pilotu Kimi Raykonen birinci tamamlamışdır. Qalan yarışları isə 2006, 2007, 2008 də Felipe Massa birinci tamamlamışdır. 2009-cu ildə keçirilən yarışı isə Braun GPnin ingilis pilotu Censon Batton qalib bitirmişdir. , 2010-cu ildə, Maklaren-Mersedesin ingilis pilotu Luis Hemilton, 2011-ci ildə isə Red-bullun alman pilotu Sebastian Fettel qalib olmuşdur. Pistin rəhbərliyi 2012-ci il üçün F1 rəhbərliyi ilə razılaşa bilmədiyinə görə 2011-ci ildəki yarış İstanbul Parkdakı sonuncu yarış oldu.
İstanbul Universiteti
İstanbul Universiteti (türk. İstanbul Üniversitesi) — İstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü dövlət tədqiqat universiteti. Əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulmuş, 1846-cı ildə isə Osmanlı imperiyasında Avropa təcrübəsinə əsaslanan ilk ali təhsil qurumu olaraq yenidən formalaşdırılmışdır. 1933-cu ildən bugünkü adı ilə fəaliyyət göstərən qurum müasir Türkiyənin ilk ali təhsil müəssisəsidir. Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə və irili-xırdalı 10 kampusda bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır. İstanbul Universiteti Koimbra qrupunun üzvüdür. Eyni zamanda, universitetin Biznes və idarəetmə fakültəsi Eduniversal nəşrinin 2020-ci il üçün olan ali idarəetmə məktəbləri hesabatına görə Yaxın Şərq üzrə üçüncü, Türkiyə üzrə isə ikinci ən nüfuzlu fakültə olmuşdur. Sözügedən elmi vahid "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universiteti fakültəsidir. Nəqliyyat və loqistika fakültəsi isə, BMT nəzdnində fəaliyyət göstərən Beynəlxalq Yol və Nəqliyyat İttifaqı (IRU) tərəfindən akkreditasiya olunmuşdur. Bundan əlavə, Təbiət elmləri fakültəsi dünyanın ən iri yüksək enerji fizikası laboratoriyasına malik olan Avropa Nüvə Araşdırmaları Təşkilatında aparılan 4 əsas tədqiqat üzrə Türkiyəni təmsil edir.
İstanbul Wildcats
İstanbul Wildcats (azərb. İstanbul vəhşi pişikləri‎) və ya sponsorluq razılaşmasına əsasən DenizBank İstanbul Wildcats – 2006-cı ildə İstanbulda qurulmuş Türkiyə kiberidman klubu. Türkiyənin ilk kiberidman klubudur. 2019-cu ilin aprelinə qədər HWA Gaming adı ilə çıxış etmişdir. Hazırda "League of Legends", "Starcraft", "Counter-Strike Go", "Apex Legends" və "Fortnite" komandalarına malikdir. Anadolu parsı klubun talismanıdır. Klub 2013-cü ildə "HWA Gaming" adı ilə Türkiyə Çempionluq Liqasında mübarizə aparmağa başlamışdır. 2013-cü ilin həm qış, həm yaz, həm də yay splitlərində finalda "Dark Passage" klubuna uduzaraq ikinci yeri tutmuşdur. 2014-cü ilin qış splitində yenə "Dark Passage" klubuna məğlub olaraq ikinciliklə kifayətlənmişdirlər. 2015-ci ildə Türkiyə Çempionluq Liqası yeni sistemə keçmişdir.
İstanbul divarları
Konstantinopol divarları, Konstantinopolun müdafiə divarları və ya İstanbul divarları, hazırda İstanbulun sərhədləri içərisində olan İstanbulu əhatə edən və Şərqi Roma İmperiyası dövründə inşa edilmiş şəhər divarlarıdır. V əsrdən başlayaraq şəhəri əhatə edən divarlar sökülmə və yenidənqurma işləri ilə dörd dəfə əsaslı təmir edilmişdir. Son konstruksiyası eramızın 408-ci ilindən sonra olmuşdur. II Theodosius (408–450) dövründə İstanbul divarları Sarayburnudan Haliç sahili boyunca Ayvansaraya, bu tərəfdən Mərmərə dənizi sahilləri boyunca Yeddiqülləyə, Yeddiqüllədən Topqapıya, Topqapıdan Ayvansaraya qədər uzanırdı. Divarların uzunluğu 22 km-dir. Haliç divarları 5,5 km, quru divarları 7,5 km, Mərmərə divarları 9 km-dir . Quru divarlar üç hissədən ibarətdir: xəndək, xarici divar və daxili divar. Xəndəklər bu gün əkinçilik ərazisinə çevrilib. Divara bitişik və quru divarlarının kənarında 50 m aralıqlarla əksəriyyəti çökmüş və çatlamış 96 bürc vardır. Bu bastionlar boydan-boya uzanan divarlar arasında 10 metrlik bir proyeksiyada, əsasən kvadrat planlı və 25 m hündürlükdədir.
İstanbul ili
İstanbul — əhali sayına görə Türkiyənin ən böyük ili. 1453-cü ildə Fateh Sultan Məhəmməd tərəfindən fəth edilib. 1453-1922-ci illərdə Osmanlı İmperiyasının paytaxtı olub.
İstanbul Ensiklopediyası
İstanbul Ensiklopediyası — 1944-1973-cü illərdə Rəşad Əkrəm Qoçu tərəfindən nəşr edilən, tamamlanmamış mədəniyyət ensiklopediyası. İstanbulun “logosu”unu yaratmaq üçün yola çıxılan, lakin yarımçıq qalan İstanbul Ensiklopediyası dünyanın ikinci şəhər ensiklopediyasıdır (Bu üslubda ilk əsər Uilyam Kentin London üçün ilk dəfə 1937-ci ildə nəşr olunmuş bircildlik kitabıdır.) Bu, tarix, ədəbiyyat, incəsənət tarixi, memarlıq, folklor və mətbuat kimi mövzular üzrə resurs kitabıdır. Maddələr povest üslubunda yazılmışdır. Mikro və makro tarix birlikdə nəzərdən keçirilib. Kitab başdan sonacan rəsm nümunələri ilə zəngindir. 1944-cü ilin noyabrında nəşrinə başlanan ensiklopediya 1944-1951-ci illərdə (birinci dövr) nəşr edilmiş; 4-cü cildin (son məqaləsi “Bahadır küçəsi”) ortasında ensiklopediyanın nəşri dayandırıldı. Ensiklopediya 1958-1973-cü illərdə (ikinci dövr) fəsillərlə çıxmağa davam etdi və ikinci dəfə 173-cü nömrəsi çap olunduqdan sonra (son məqalə "Göyçinar") nəşri dayandırıldı. Birinci dövrdə ensiklopediyanın ortağı və nəşri üçün maddi dəstəkçisi Camal Çaltı adlı tacir olmuşdur. Bu dövrdə 32 vərəqlik fəsillər kimi çap olunan əsər 25x34 sm ölçülü böyük kağızda çap olunub. Ensiklopediyada qəzet rəssamlarının sifarişi ilə “tirə” texnikası ilə çəkilmiş rəsmlər var idi və fotoşəkillərdən istifadə edilməmişdir.
İstanbul poqromu
6–7 sentyabr hadisələri (türk. 6-7 Eylül Olayları), Sentyabr hadisələri (yun. Σεπτεμβριανά) və ya İstanbul talanı — 1955-ci il sentyabrın 6–7-də İstanbulda yaşayan Türkiyə yunanlarına qarşı təşkil edilmiş kütləvi hücumdur. Gladio-nun Səfərbərlik Təftiş Şurasının Türkiyə qolu, eləcə də Kontrgerilla və bugünkü Milli Kəşfiyyat Təşkilatının sələfi olan Milli Təhlükəsizlik Xidməti tərəfindən planlaşdırıldığı və dəstəkləndiyi iddia edildi.. Bir gün əvvəl Türkiyə mətbuatında çıxan Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Yunanıstanın Saloniki şəhərində doğulduğu evin bombalandığı iddiası ilə bağlı yalan xəbərlər hadisələrə səbəb olub. Daha sonra ələ keçirilən Türkiyə konsulluğu rəsmisi, bombanı hadisələri qızışdırmaq üçün hazırladıqlarını etiraf etsə də, Türkiyə mətbuatı buna göz yumaraq bombanın yunanlar tərəfindən atıldığını iddia etdi. 1955-ci ildən başlayaraq Demokrat Partiyası hökuməti getdikcə çətinləşən iqtisadi vəziyyətlə üzləşdi və xüsusilə yüksək inflyasiya səbəbindən həyat səviyyəsi aşağı düşən təbəqənin etibarını itirdi. Şübhəli üsullarla müxalifəti susdurmaq cəhdləri mətbuatın, ziyalıların, tələbələrin də Demokrat Partiyasından uzaqlaşmasına səbəb oldu. Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin bir hesabatında, hadisələrdən 15 gün əvvəl müxalifəti nəzarətdə saxlamaq üçün 7 sentyabr 1955-ci ildə İstanbul, Ankara və İzmirdə hərbi vəziyyət elan edilməsinə qərar verildiyi bildirilir. 1956-cı ildə müxalifəti basqı altında saxlamaq üçün "Mətbuat və toplantılar haqqında" qanuna qoyulan məhdudiyyətlər də 6–7 sentyabr hadisələrini əsaslandırıldı.
İstanbul boğazı
Bosfor (türk. İstanbul Boğazı və ya türk. Boğaziçi) — Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirən su keçidi. Bosfor boğazı ümumi olaraq şimal-şərq və cənub-qərb istiqamətində uzanır və İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır. Boğazın hər iki tərəfində mövcud olan məskunlaşma ərazisi "Boğaziçi" olaraq adlandırılır. Bosfor boğazı Mərmərə dənizi və Dardanel boğazı ilə birlikdə Türk boğazlarının siyahısına daxil edilmişdir. Boğaz Avropa və Asiya qitələrini bir-birlərindən ayıran təbii sərhədlərdən biri olaraq qəbul edilir. 1 may 1982-ci il tarixində qüvvəyə minən İstanbul Liman Nizamnaməsinin qərarına əsasən Bosfor boğazının şimal sərhədi Anadolu mayakını Rumeli mayakına birləşdirən xətt, cənub sərhədi isə Axırqapı mayakını Kadıköy İnciburnu mayakına birləşdirən xətt olaraq təyin olunmuşdur. Boğazın sahilləri tarix boyunca müxtəlif sivilizasiyalar yaradan xalqların məskunlaşdığı ərazi olmuş, e.ə. 685-ci ildə Meqаrаdan gələn yunanların hal-hazırda tarixi yarımada olaraq adlandırılan ərazidə şəhər dövləti yaratması ilə inkişaf edərək böyüməyə başlamışdır.
Fateh məscidi (İstanbul)
Fateh məscidi — İstanbulun Fateh ilçəsində Fateh Sultan Mehmet tərəfindən inşa edilmiş olan məscid və külliyyədir. Külliyyədə 16 ədəd mədrəsə, xəstəxana, Qonaq evi, imarətxana, kitabxana, hamam yerləşir. Şəhərin yeddi təpəsindən birində inşa edilmişdir. Məscid 1766-cı il zəlzələsində uçduqdan sonra təmir edilərək 1771-ci ildə bugünkü halını Almışdır. 1999-cu ildə Gölcük zəlzələsi zamanı bünövrəsində çatlar təspit edilən məsciddə 2008-ci ildə Vakıflar Genel Müdürlüyü tərəfindən yenidənqurma işləri başladılmış və 2012-ci ildə ibadətə açılmışdır. == Tarixi == Bizans dövründə məscidin yerləşdiyi təpədə I Konstantinin dönəmində inşa edilən Havariyyun kilsəsi vardı. Bizans imparatorlarının bu təpədə basdırıldığına inanılır. Constantinusun o zamanlar şəhərin kənarında qalan bu təpədə basdırıldığı bilinməkdədir. İstanbulun fəthindən sonra bu bina Patrikxana kilsəsi olaraq istifadə edilmişdir. Fateh Sultan Mehmet buraya məscid və külliyyə insa etmək istəyincə patrikxana Pammakaristos manastırına köçürülmüşdür.
Göztəpə (İstanbul metropoliteni)
Göztəpə metrostansiyası (türk. Göztepe metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən metrostansiya. Stansiya Kadıköyün Mərdivənköy məhəlləsindəki Göztəpə qovşağının altında, Mərmərə Universitetinin Göztəpə şəhərciyinin ətrafında yerləşir. 17 avqust 2012-ci ildə fəaliyyətə açılmışdır.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi. M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir. Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Kadıköy (İstanbul metropoliteni)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kadıköy metrostansiyası (İstanbul)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kozyatağı (İstanbul metropoliteni)
Pegasus Kozyatağı metrostansiyası (türk. Kozyatağı metro istasyonu) — İstanbul metropoliteninin M4 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya D-100 şose yolunda Ataşəhər ilçəsində yerləşir. Stansiya 17 avqust 2012-ci ildə ictimai istifadəyə açılmışdır. Stansiyaya 14Ks, 14T, 15 KB, 16A, 16B, 16C, 16F, 16FK, 16KH, 16S, 16U, 16Y, 16Z, 17K, 17P, 19, 19B, 19FK, 19H, 19Z, 21B, 21C, 21G, 21K, 21U, 129L, 129T, 130, 130A, 130Ş, 251, 252, 319, 500T, E-10 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Köhnə Saray (İstanbul)
Köhnə Saray — İstanbulda hal-hazırda İstanbul Universitetinin mərkəzi binasının yerləşdiyi yerdə II Mehmed tərəfindən 1454–1457-ci illərdə inşa olunmuş saraydır. Bu saray Süleymaniyyə məscidindən Bəyazid məscidinə qədər olan geniş bir ərazini əhatə edir. Sarayın bir hissəsi Süleymaniyyə məscidinin inşası zamanı sökülmüşdür. Saray arxitekturasına olan son dəyişiklik isə 1866-cı ildə inşa olunan bugünkü İstanbul Universitetinin mərkəzi binasıdır. Mənbələrin yazdığına görə, sarayın ətrafındakı divarlarda heç bir qüllə olmamış, saraya giriş 4 qapıdan mümkün olurmuş. Bu qapılardan biri hərəm ağalarının nəzarəti altında olurdu və gün boyu açıq qalırdı. Yeni saray, yəni Topqapı Sarayı inşa olunduqdan sonra gözdən düşən Köhnə Sarayda artıq vəfat edən və ya taxtdan endirilən padşahların qızları, qadınları, anaları və kənizləri yaşamağa başlamışdır. Bundan başqa sarayda onlara xidmət edən ağalar, çox sayıda xidmətçilər, əsgərlər də olmuşdur. Hökmdarlar ilin müəyyən aylarında Köhnə Saraya gələr, burda yaşayanlarla bayramlaşarmış. IV Murad dönəmində — 1625–1632-ci illərdə bərpa olunan bu sarayda müxəlif illərdə yanğınlar baş vermişdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
M1 xətti (İstanbul metropoliteni)
M1 xətti (türk. M1 Yenikapı - Atatürk Airport, Kirazlı) – İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 1989-cu ildə istifadəyə verilmişdir. Bu gündə ortalama 220.000 sərnişin daşıyaraq, M2 xəttindən sonra İstanbul metropolitenində ən çox istifadə edilən üçüncü dəmiryol sistemidir. Xəttin uzunluğu 26,10 kilometrdir və 23 stansiya yer alır. Xətt Yeniqapı ilə Avtovağzal stansiyaları arasında 3 dəqiqə olmaqla, Avtovağzal və Atatürk Hava Limanları arasında həftə boyu 6:00-dan 00: 00-dək davam edir. Avtovağzal və Kirazlı arasındakı 24.000 sərnişinin ilə metro xəttinin rəsmi açılışı 14 iyun 2013 tarixində baş tutdu. Yeniqapı metrostansiyasından başlayan xətt Avtovağzal metrostansiyasına çatdıqda iki istiqamətə bölünür: ana xətt Atatürk hava limanına gedir, digər xətt Kirazlıya gedir. 2014-cü ildə xəttin sürücüsüz metro xəttinə çevriləcəyi və hətta doqquz yeni stansiyanın əlavə ediləcəyi açıqlandı. == Tarixçə == İstanbulun əhalisinin artması ilə şəhərin sərnişin nəqliyyatına ehtiyacı yarandı.
M2 xətti (İstanbul metropoliteni)
M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir. == Tarixçə == Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı.
Qız qalası (İstanbul)
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Qız qülləsi (İstanbul)
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Sokollu Mehmed Paşa külliyəsi (İstanbul)
Sokollu Mehmed Paşa Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlimvə III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa və xanımı Əsməhan Sultan tərəfindən inşa etdirilən külliyə mədrəsə, darulkurra (Quran oxudulan yer), türbə və çeşmədən ibarətdir. Türbə, mədrəsə və çeşmə 1568-1569-cu illərdə, darulkurra isə 1579-cu ildə Memar Sinan tərəfindən inşa edilmişdir. İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943, I, 23-24; Cahid Baltacı, XV-XVI. Asırlarda Osmanlı Medreseleri, İstanbul 1976, s. 197-200; Aptullah Kuran, Mimar Sinan, İstanbul 1986, s. 130-133; Suphi Saatçi, Mimar Sinan Yapılarındaki Kitabeler, İstanbul 1988, s. 75-80; Yıldız Demiriz, Eyüp’teki Türbeler, Ankara 1989, s. 72-75; Mehmet Nermi Haskan, Eyüp Tarihi, İstanbul 1993, I, 257-260; Affan Egemen, İstanbul’un Çeşme ve Sebilleri, İstanbul 1993, s. 570-571; Engin Özdeniz, İstanbul’daki Kaptan-ı Deryâ Çeşmeleri ve Sebilleri, İstanbul 1995, s. 346-347; Yusuf Alemdar, XV-XVI. Asırlarda İstanbul Dâru’l-kurrâ’ları (yüksek lisans tezi, 1996), AÜ Sosyal Bilimler Enstitüsü, s.
Sokollu Mehmed Paşa məscidi (İstanbul)
Sokollu Mehmed Paşa Külliyəsi — İstanbulda XVI əsrə aid məscid. Osmanlı sultanları I Süleyman, II Səlimvə III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən məscid Memar Sənan əsəridir. Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 37; Sâî, Tezkiretü’l-ebniye, tür.yer.; C. Gurlitt, Die Baukunst Konstantinopels, Berlin 1909-12, s. 83; A. Gabriel, “Les mosquées de Constantinople”, Syria (1926), s. 391-392; Konyalı, İstanbul Âbideleri, s. 11-13; a.mlf., Mimar Koca Sinan’ın Eserleri, s. 32-41; E. Egli, Sinan, Stuttgart 1954, s. 98-101; Semavi Eyice, “İstanbul Minareleri”, Türk San’atı Tarihi Araştırma ve İncelemeleri, İstanbul 1963, I, 72; G. Goodwin, A History of Ottoman Architecture, London 1971, s. 285-287; W. Müller-Wiener, Bildlexikon zur Topographie Istanbuls, Tübingen 1977, s. 378-379; N. N., “Tamirleri İkmal Edilen Âbideler”, Arkitekt, İstanbul 1944, s.
Atatürk Mədəniyyət Mərkəzi (İstanbul)
Atatürk Mədəniyyət Mərkəzi (İstanbul)— İstanbulun Taksim meydanında yerləşən və opera, balet, teatr, konsert və konqres məqsədləri üçün istifadə edilən, içərisində sərgi salonu və kinoteatr olan binadır. Dünyanın dördüncü ən böyük sənət mərkəzi olaraq ilk dəfə 1969-cu ildə istifadəyə verilən bina Türkiyədə Cümhuriyyət dövrünün simvollarından biridir. Mədəniyyət mərkəzi 2008-ci ildən 2018-ci ilə qədər bağlı qalıb və 2018-ci ilin fevralında yenisinin tikintisi üçün sökülüb. Yeni tikilmiş bina 29 oktyabr 2021-ci ildə istifadəyə verilib. == Tarixi == === Orijinal tikili === Layihəsi memar Feridun Kip və memar Rüknettin Güney tərəfindən çəkilən və təməli 29 may 1946-cı ildə qoyulan bina maliyyə çatışmazlığı səbəbindən tamamlana bilməyib və 1953-cü ildə Tikinti Nazirliyinə təhvil verilib. İnşaat 1956-cı ildə memar Hayati Tabanlıoğlunun layihəsi ilə davam etdirilmişdir. Bina 12 aprel 1969-cu ildə İstanbul Mədəniyyət Sarayı adı ilə istifadəyə verilmişdir. Açılışda Ferit Tüzünün "Çeşmebaşı" baleti və Verdinin "Aida" operası səhnələşdirilib. 23 ildə tamamlanan İstanbul Mədəniyyət Sarayının binası 1970-ci il noyabrın 27-də Artur Millerin "Cadı Qazanı" əsəri oynanarkən baş verən yanğında zədə aldı. Yanğın zamanı insan tələfatı olmasa da, IV Murad tamaşasının premyerası üçün Topqapı sarayından gətirilən əşyaların bir qismi bina ilə birlikdə (IV Murada məxsus kaftan, qiymətli Quran kitabı, rəsm əsəri IV Muratın əksi olan tablo) yandı.
İstanbul Medipol Universiteti
İstanbul Medipol Universiteti (türk. İstanbul Medipol Üniversitesi) — İstanbulda yerləşən özəl Türkiyə universiteti. 2009-cu ildə Türkiyə Təhsil, Sağlamlıq və Araşdırma Vəqfi tərəfindən təsis edilib. Vəqfin təsisçisi Türkiyənin hazırkı səhiyyə naziri Fəxrəddin Kocadır. Universitet 12 fakültə, 5 institut və 4 peşə məktəbindən ibarətdir. Universitetdə qeydiyyatdan keçən 46988 tələbə təhsil alır. Bakalavr pilləsində təhsil alanların sayı 30855 nəfər, magistratura pilləsində təhsil alanların sayı isə 1206 nəfərdir. Subbakalavr tələbələrinin sayı 14112, xarici tələbələrin sayı isə 10610 nəfərdir. Universitetdə 1379 akademik dərs deyir, 2590 inzibati heyət çalışır. İstanbul Medipol Universiteti 2009-cu il iyulun 7-də Medipolitan Təhsil və Sağlamlıq Vəqfi (indiki Türkiyə Təhsil, Sağlamlıq və Araşdırma Vəqfi) tərəfindən təsis edilib və vəqf universiteti kimi publik hüquqi şəxs statusu alıb.
İstanbul Universiteti-Cərrahpaşa
İstanbul Universiteti-Cərrahpaşa — İstanbulda yerləşən Türkiyə dövlət universiteti. 2018-ci ildə bəzi fakültə, institut, kollec və peşə məktəbləri İstanbul Universitetindən ayrılaraq İstanbul Universiteti-Cərrahpaşa adı altında yeni universitet kimi yaradılıb. Adını İstanbulun Cərrahpaşa səmtinə də adını verən Cərrah Mehmed Paşadan almaqdadır. 12 fakültə, 6 institut, 1 kollec, 5 peşə məktəbi və 17 tədqiqat mərkəzinə malikdir. 8 kampusu olan universitetin rektorluğu Avcılarda yerləşir. Universitet iki dildə, türk və ingilis dillərində təhsil verir. Dünyanın 20 ən qədim universiteti arasında yer alan və Türkiyə Respublikasının ilk müasir universiteti olan İstanbul Universiteti, İstanbul-Cerrahpaşa Universitetinin əsasını təşkil edir. İstanbul Universiteti, 2018-ci ildə 23 fakültə, 17 institut, 2 məktəb, 7 peşə məktəbi, 44 elmi-tədqiqat mərkəzi, 12 şəhərcik, 6000-ə yaxın professor-müəllim heyəti, 12 min inzibati heyəti və 170 min-dən çox bakalavr tələbəsini özündə birləşdirirdi. Lakin bu böyümənin gətirdiyi problemlər zaman keçdikcə daha da artıb və həll olunmaz bir prosesə irəliləyirdi. Gündən-günə sıxlaşan şəhərlər, onların əhalisinin durmadan artması, getdikcə çətinləşən nəqliyyat və məskunlaşma problemləri, eləcə də inzibati-təsərrüfat məsələlərinin həllində qarşıya çıxan çətinliklər və böyük universitetlərin idarə olunmasında formalaşan maliyyə, akademik və təhsil problemləri iri universitetlərin bölünməsi məsələsi gündəmə gətirməyə başlamışdı.
İstanbul qız liseyi
İstanbul qız liseyi (türk. İstanbul Kız Lisesi) ― Osmanlı imperiyasında qızlar üçün dövlət tərəfindən qurulmuş ilk məktəb. Məktəb 1850-ci il martın 21-də, Tənzimat islahatlarının təsisçilərindən biri olan sədrəzəm Mustafa Rəşid paşa tərəfindən açılmışdır. Məktəb binası Sultan I Əbdülməcidin anası Bəzmialəm Sultan tərəfindən maliyyələşdirilib. Müəssisə ilk başlarda orta məktəb olmuşdur. (türk. rüşdiye). Məktəb 1911-ci ildə İnas İdadisi (Qızlar liseyi), daha sonra isə İnas Sultanisi (Qızlar üçün imperiya liseyi) adını alıb. Türkiyədə cümhuriyyət dövrünün böyük bir hissəsində məktəb İstanbul Kız Lisesi adı ilə tanınsa da, hər zaman himayədarı Bəzmialəm Sultanın (Bezm-i Alem) adı ilə əlaqəli olmuş və 1924-cü ilə qədər təxminən on il boyunca rəsmi olaraq Bezm-i Alem Sultanisi olaraq adlandırılmışdır. Müəssisə 1980-ci illərin əvvəllərində Türkiyədə yalnız qızların təhsil aldığı digər məktəblərdə də olduğu kimi fəaliyyətini dayandırıb.

Значение слова в других словарях