İSTERİKA
İSTERİYALI
OBASTAN VİKİ
İsteriya xəstəliyi
İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir.Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəklərini axıdır. Bəbəklərin işığa reaksiyasını yoxlamaq çətin olur, imkan olduqda bir qayda olaraq, reaksiya normal olur.Tutma zamanı xəstə dodaqlarını və dilini bərk dişləyir, hətta bəzən qan çıxana qədər, lakin epilepsiya tutmuş xəstələrdən fərqli olaraq, dilin ucunu dişləyir. Xəstənin ağzından bol tüpürcək axır, lakin o epilepsiyadakı kimi çəhrayı olmur. İsteriyaya tutulmuşun üzü göyərmir.Tutmanın tonik mərhələsindən sonra bəzi hallarda, klonik qıcolmalar başlayır, lakin epilepsiya qıcolmalarından fərqli olaraq qarışıq yaxud müəyyən məqsədə yönəldilmiş olur. Çox vaxt xəstələr paltarını cırır, yaxud saçını yolur, başını yerə vururlar, ağlayır, zarıldayır, dişlərini qıcayırlar.

Digər lüğətlərdə

кузне́чик нежда́нно-нега́данно обезбо́лить обмеблиро́вывание повреди́ть причи́тывать прота́скивание рти́шко тра́вка гара́нтия забавля́ть не далее как... офсе́тный ручьево́й chromodynamics huddle interest-bearing paperless reactive валяние подпоясать порода трахея хлёсткий