Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsteriya xəstəliyi
İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir. Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəklərini axıdır. Bəbəklərin işığa reaksiyasını yoxlamaq çətin olur, imkan olduqda bir qayda olaraq, reaksiya normal olur. Tutma zamanı xəstə dodaqlarını və dilini bərk dişləyir, hətta bəzən qan çıxana qədər, lakin epilepsiya tutmuş xəstələrdən fərqli olaraq, dilin ucunu dişləyir. Xəstənin ağzından bol tüpürcək axır, lakin o epilepsiyadakı kimi çəhrayı olmur.
Misteriya
Mistеriya (latın dilində — ayin, ritual) — din ilə əlaqəsi olan orta əsr Avropa teatr janrlarından biri. Misteriyanın süjeti adətən Bibliyadan, İncildən götürülərək komik məişət səhnələri ilə sintezini təşkil edirdi. XV əsrin ortalarından başlayaraq misteriyaların həcmi get-gedə artırdı. «Apostolların Əməlləri haqda Misteriyada» artıq 60000-dən artıq sətrdən ibarət şeirlərdən ibarət idi. 1536-cı ildə səhnələşdirilmiş olan bu əsər 40 gün ərzində tamaşaçılar tərəfindən seyr edilib. Əksreformasiyanın tüğyan etdiyi vaxtda - XVI əsrin ortaları - misteriyaya qadağa qoyulur. == İstinadlar == == Əlavə ədəbiyyat == Anderson Magalhães, Le Comédies bibliques di Margherita di Navarra, tra evangelismo e mistero medievale, in La mujer: de los bastidores al proscenio en el teatro del siglo XVI, ed. de I. Romera Pintor y J. L. Sirera, Valencia, Publicacions de la Universitat de València, 2011, pp. 171–201. == Xarici keçidlər == The Official Lincoln Mystery Plays Website The Official Chester Mystery Plays Website Records of Early English Drama (REED) at Victoria University of the University of Toronto The York Mystery plays 2002 and 2006 York Mystery Plays 2012 Lincoln Mystery Plays A simulator of the progress of the pageants in the York Mystery plays The Lichfield Mysteries The York Cycle as performed in Toronto in 1998 Medieval Imaginations: literature and visual culture in the Middle Ages Tewkesbury's Millennia of Mummers' Heritage kept alive - United Kingdom Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine Mətnlər: The Towneley (Wakefield) Cycle in Middle English.
İstriya
İstriya (xorv. Istra, sloven. Istra, it. Istria) — Adriatik dənizində yarımada. Xorvatiyanın şimal-qərb hissəsində yerləşir. Yarımadanın az bir hissəsi Sloveniyaya və İtaliyaya məxsusdur. == Ümumi məlumat == Adriatik dənizinin ən böyük yarımadalarından biridir. Yarımadanın şimal-qərbində Triest körfəzi, şərqində isə Kvarner körfəzi yerləşir. Sahillərində olan iri xorvat şəhərləri: Pula — 57 460 nəfər (2011), Rovin — 13 647, Poreç — 10 448, Labin — 7 904, Opatiya — 7 850, Umaq — 7 769, Oazin — 4 986. Adriatik sahillərində yarımadaya yaxın ərazidə Xorvatiyanın üçüncü ən böyük şəhəri olan Rieka yerləşir.
Asteriya (mifologiya)
Asteriya (yun. Ἀστερία – ulduzlu) yunan mifologiyasında titan ulduz ilahəsi, titan Koy və Febanın qızı, Persin arvadı və Heketanın anası. Bir dəfə tanrı Zevs Asteriyaya vurularaq onun könlünü qartal cildində almağa calışmışdır, canını qurtarmaq üçün Asteriya cəld bildirçin cildinə girərək özünü dənizə atır. Onun adına Asteriya (sonralar şəhər Delos adlandırılmışdır) şəhəri adlandırılmışdır. Higinə görə guya ondan imtina etdiyi üçün Zevs onu bildirçinə çevirərək dənizə atmışdır. Nəticədə bildirçin adası – Ortigiya meydana gəlmişdir. Digər bir rəvazətə görə Zevs ona yiyələnmiş və Asteriya ondan Heketanı dönyaya gətirmiş, sonra Zevs onu Persə ərə vermişdir. Bir rəvayətdə isə onun Poseydon tərəfindən təqib edildiyi göstərilir. Başqa bir rəvazətə görə Asteriyanı göydən düşmüş bir ulduza bənzədirlər. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Novaya i noveyşeya istoriya
Novaya i noveyşeya istoriya (rus. Новая и новейшая история, mənası – Yeni və ən yeni tarix) — Rusiyada elmi jurnal. SSRİ Elmlər Akademiyası Ümumu Tarix İnstitunun orqanı olmuşdur. 1957-ci ildən Moskvada nəşr olunur. Jurnal yeni və ən yeno dövrün sosial-iqtisadi, siyasət və ideyalar tarixinin problemlərini işıqlandırır, inqilablar, beynəlxalq fəhlə və kommunist hərəkatı, milli azadlıq mübarizəsi, sosializm quruculuğu, beynəlxalq münasibətlər tarixinə aid materiallar, sənədlər, memuatlar dərc edir. 1982-ci ildə tirajı 10,650 nüsxə olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Новая и новейшая история» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Arteriya
Arteriyalar lat. arteriae (aer – hava, tereo – saxlayıram) — venalardan fərqli olaraq qanı ürəkdən aparan damarlar. Arteriyalar elastik olduqları üçün kəsildikləri zaman ağızları açıq qalır və artıq dərəcədə qanaxma əmələ gəlir. Meyitdə çox vaxt bunlar boş olur, çünki, insan öləndə ürəyin axırıncı sistolasından sonra arteriyalar elastik olduqları üçün yığılır və özlərində olan qanı kapillyarlara vururlar. Buna əsaslanaraq keçmişdə arteriyaları boş gördükləri üçün hava borusu deyə adlandırmışlar. Arteriyalar üç qişadan təşkil olunmuşdur: daxili qişa və ya intima qişası – lat. tunica intima; orta qişa (əzələ qişası) – lat. tunica media; xarici qişa – lat. tunica externa (tunica adventitia -BNA). == İntima qişası == İntima qişası nazik birləşdirici elasiki toxumadan (lat.
Asterina
Asterina (lat. Asterina) — asterinidae fəsiləsinə aid heyvan cinsi.
Asturiya
Asturiya – İspaniyaya bağlı avtonom bir bölgədir. Ölkənin şimalında yerləşir. Sahəsi 10,604 kvadrat kilometr, əhalisi 1,077,000 nəfərdir.
Difteriya
Difteriya — corynebacterium diphteriae adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə olan məsamələrə düşməsi nəticəsində yaranan yoluxucu xəstəlik.
Materiya
Materiya bu mənaları ifadə edə bilər:
İmperiya
İmperiya (lat. imperium — hakimiyyət) ya da İmperatorluq: bir mərkəzdən idarə edilən böyük çoxmillətli dövlət. müstəmləkə dövləti, ondan asılı olan və onun maraqlarına xidmət edən böyük ərazi birliyi. Bir qrup millətlər və ya xalqların imperator (imperatriça) və ya başqa güclü suveren və ya hökumət tərəfindən idarəsi. Bir imperatorluq bir dövlətin başqa bir dövlət və ya dövlətlərin üzərində hakim olduğu siyasi bir quruluşdur. İmperiyaya imperator rəhbərlik edir. Hal-hazırda yeganə rəsmi imperator Yaponiya imperatorudur. Ancaq onun adı daha çox simvolik xarakter daşıyır. == Mənbə == Георгий Федотов. Судьба империй Arxivləşdirilib 2011-12-19 at the Wayback Machine Доминик Ливен.
İçkeriya
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Wisteria
Filbahar (lat. Wisteria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Yarımnövləri == Wisteria brachybotrys Siebold & Zucc. Wisteria floribunda (Willd.) DC. Wisteria frutescens (L.) Poir.
İberiya
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur. E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Materiya (dəqiqləşdirmə)
Materiya bu mənaları ifadə edə bilər:
Materiya (fizika)
== Cismin çəkisi == Yerin cazibəsi nəticəsində cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsinə cismin çəkisi deyilir. P=1N və ya P=mg. Ağırlıq qüvvəsi — cismə tətbiq olunmuş Yerin cazibə qüvvəsidir. Cismin çəkisi-onun dayağa və ya asqıya göstərdiyi elastiklik qüvvəsidir. === Çəkisizlik === Şaquli yuxarı yönəlmiş təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər böyükdür. P=m(g+a) təcillə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsinə nisbətinə əlavə yükləmə deyilir, n=p/mg=1+a/g. şaquli yuxarı yönəlmiş a<g təcil ilə hərəkət edən cismin çəkisi onun ağırlıq qüvvəsindən (ma) hasili qədər kiçikdir. P=m(g-a). Cisim dayağa heç bir təsir göstərməz P=m(g-g)=0. Cismin çəkisinin sıfıra bərabər olduğu hala çəkisizlik halı deyilir.
Materiya (fəlsəfə)
Materiya — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıqdır. Bu istiqamətdə XVII əsr fransız filosofu Pol Anri Holbax ilk uğurlu cəhd etmişdir. O göstərmişdir ki, materiya insan şüurundan kənarda, şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. XX əsrin əvvəllərində Vladimir İliç Lenin bu tərifə materiyanın hiss üzvləri vasitəsi ilə bizə "bəlli olması" və "dərkedilən olması" keyfiyyətini əlavə etmişdir. Materiya real mövcud obyektlərin və dünya sistemlərinin sonsuz çoxluğunu əhatə edir, hər cür xassələrin və hərəkət formalarının substansial əsasıdır. Materiya yaradılmır və məhv edilmir, zamanca əbədi, özünün struktur təzahürləri etibarilə məkanca sonsuzdur, hərəkətlə qırılmaz bağlıdır. Şüur materiyaya xas inikasın ən yüksək forması kimi çıxış edir. Materiyanın substansiallığı, ümumiliyi və mütləqliyi dünyanın maddi vəhdətini səciyyələndirir. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın. Dünyanın maddi vəhdətinin etiraf edilməsi bütün ideal konsepsiyaların əksinə fəlsəfi materializmin əsas başlanğıc prinsipidir.
Qaranlıq materiya
İkinci imperiya
İkinci imperiya (fr. Second Empire; rəsmi olaraq — Fransa imperiyası, Empire des Français) — Fransa tarixinin 1852-ci ildən 1870-ci ilə qədər əhatə edən bonapartist diktatura dövrü. 2 dekabr 1852-ci ildə plebissit nəticəsində I Napoleonun qardaşı oğlu, III Napoleon adı ilə imperator titulu almış Lui Napoleon Bonapartın başçılığı ilə konstitusiyalı monarxiya quruldu. Daha əvvəl Lui Napoleon İkinci respublikanın prezidenti (1848—1852) olmuşdur. İkinci imperiya dövrü baş verən hadisələrin xarakterinə və səciyyəvi xüsusiyyətlərinə görə iki yerə bölünür: Avtoritar imperiya dövrü - 1852-1860-cı illər; Liberal imperiya dövrü-1860-1870-ci illər. İkinci imperiya sentyabr inqilabı ilə devrilmişdir. III Napoleon, Fransa–Prussiya müharibəsi zamanı Sedan yaxınlığında alman əsirliyinə düşdükdən sonra (2 sentyabr 1870) fəhlələr Paris küçələrinə gələrək, III Napoleonun devrilməsini tələb etdilər. 3-4 sentyabr tarixlərində qanunverici korpusun gecə iclasında Jül Favr imperatorun dağıdılmasını elan edib müvəqqəti hökumət seçməyi təklif etdi. Sentyabrın 4-də səhər xalq palataya hücum etdi və Qambetta xalqın adından "Lui Napoleon Bonapart və onun xanədanının Fransada hökmranlığını dayandırıldığını" elan etdi. Həmin bələdiyyə başçısı tərəfindən Fransa respublika elan edildi və lazımi seçki olmadan Parisin bütün deputatlarının (Araqo, Kremyö, Ferri, Favr, Qambetta, Garnye-Pajes, Pelltan, Pikar, Simon, sonrakı Reşfor) daxil olduğu müvəqqəti bir "xalqın müdafiəsi hökuməti" təyin edildi.
İmperiya (göydələn)
İmperiya (ing. Empire business high-rise, ранее известен как Imperia Tower) — biznes kompleksi, 60 mərtəbəli tikili, Rusiyanın Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən göydələn. == Xüsusiyyətləri == Kompleksin ümumi sahəsi 203,191 m²-dir, bunlardan 121 497 m² ofis otaqları, 45.377 m² isə mənzillərdən ibarətdir. Kompleks Sərgi metro stansiyasına və Beynəlxalq metro stansiyasına yaxın məsafədə yerləşir. Tikili 23 noyabr ayının 2011-ci ilində istismara verildi. Bina 239 metr hündürlüyündə və 60 mərtəbədən ibarətdir. İkinci mərhələnin inşasına 2013-cü ildə başlamışdır.
İmperiya dairəsi
İmperiya dairəsi (lat. Circulus imperii, alm. Reichskreis‎) Müqəddəs Roma İmperiyasında regional qruplaşma bölgüsü idi. Dairələr imperiyada ümumi müdafiə strukturu yaratmaq və vergiləri toplamaq üçün yaradılmışdır. == Tarixi == 1500-cü ildə Auqsburq məclisində altı İmperator dairəsi layihəsi təqdim edildi. 1512-ci ildə bu siyahıya daha üç dairə əlavə edildi və böyük Sakson dairəsi ikiyə bölündü. 1512-ci ildən Napoleon dövründə Müqəddəs Roma İmperiyasının dağılmasına qədər on İmperiya dairəsi var idi. Bohemiya, İsveçrə Konfederasiyası və İtaliya, eləcə də imperatorun azadlıq verdiyi şəhərlər heç bir dairəyə daxil deyildi. Auqsburq məclisində qurulan dairələr: Bavariya dairəsi Frankoniya dairəsi Sakson dairəsi Şvabiya dairəsi Yuxarı Reyn dairəsi Aşağı Reyn-Vestfaliya dairəsi Əvvəllər Habsburqlar və kürfürstlərin əlində olan ərazilər əhatəsiz qaldı. 1512-ci ildə Trir və Kölndəki iclas bu torpaqları daha üç dairədə təşkil etdi: Avstriya dairəsi, o cümlədən I Maksimiliana miras qalan Habsburq əraziləri Burqundiya dairəsi, o cümlədən Maksimilianın mərhum həyat yoldaşı, Burqonlu Mariyanın mirası Mayns, Köln və Trir kilsə kürfürstlükləri və Pfals kürfürstlüyü də daxil olmaqla, Kürreyn dairəsi.
İmperiya islahatı
İmperiya islahatı (lat. Reformatio imperii, alm. Reichsreform‎) 15–16-cı əsrlərdə Müqəddəs Roma İmperiyasının strukturunu və quruluşunu (alm. Verfassungsordnung‎) erkən müasir dövlətin tələblərinə uyğunlaşdırmaq üçün təkrarlanan cəhdlərə verilən addır. == İlk cəhdlər == 1434-cü ildən 1438-ci ilə qədər Eger (müasir Çeb, Çexiya) və Nürnberqdəki imperiya məclislərində, qismən imperator Sigizmundun təşəbbüsü ilə, qismən də kürfürstlər tərəfindən islahata dair ilk cəhdlər edildi. Münaqişələr qadağan edildi, sikkə zərbi hüquqları və səyahət hüquqlarının yenidən nəzərdən keçirilməsi və imperiyanın inzibati dairələrə bölünməsi ilə bağlı müzakirələr aparıldı. Bununla belə, bütün təkliflər imperator və knyazların ziddiyyətli maraqlarına əsaslanırdı. Hər iki tərəf imperiyanın daha işlək hökumətini yaratmağa çalışırdılar, lakin əks istiqamətdə işləyirdilər. İmperator öz mərkəzi nəzarətini gücləndirməkdə maraqlı idi; knyazlar iştirak edə biləcəkləri kollegial, korporativ liderlik istəyirdilər. O dövrün yazıları, o cümlədən Reformatio Sigismundi kimi nəşrlər göstərir ki, kiçik ərazi hakimiyyətlərini — qrafları və baronları, eləcə də imperiya cəngavərlərini, eyni zamanda imperiya şəhərlərini və daha kiçik kilsə ərazilərini təmsil edən təhsilli təbəqələr imperatorun güclü bir mövqeyə sahib olmağını dəstəkləyirdi, çünki bu, öz senyorlarının təsirini azaltmağa xidmət edəcəkdi.
İmperiya qadağası
İmperiya qadağası (alm. Reichsacht‎) Müqəddəs Roma İmperiyasında kiminsə qanundan kənar olduğunu elan etməyin bir növü idi. Müxtəlif vaxtlarda bu, Müqəddəs Roma İmperatoru, Reyxstaq və ya digər məhkəmələr tərəfindən elan edilə bilərdi. alm. Geächtete‎ (təxminən 17-ci əsrdən etibarən, danışıq dilində Vogelfreie, "quş kimi azad") kimi tanınan imperiya qadağası altında olan insanlar bütün hüquqlarını və mülklərini itirdilər. Onlar qanuni olaraq ölü sayılırdılar və hər kəsə hüquqi nəticələr olmadan onları soymağa, yaralamağa və ya öldürməyə icazə verilirdi. İmperiya qadağası avtomatik olaraq bir insanın aforoz edilib kilsədən xaric edilməsindən sonra tətbiq edilirdi, habelə imperiya qadağası altında olan bir şəxsə kömək təklif edən hər kəsə şamil edilirdi. Qadağan edilmiş şəxslər qanuni orqana müraciət edərək qadağanı geri götürə bilərdilər. İmperiya qadağasının daha güclü versiyası olan Aberacht (Mənfurluq) geri qaytarıla bilməzdi. İmperiya qadağası bəzən bütün feodal əraziyə tətbiq edilirdi.
İmperiya əyaləti
İmperiya əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Astoriya (Kuins)
Astoriya (ing. Astoria) — ABŞ-nin Nyu-York şəhərinin Kuins borosunda yerləşən məhəllə.
Tiştriya
Tiştrya və ya Ruzahəng — həyat verən yağışlar və məhsuldarlıqla əlaqəli zərdüşti xeyir tanrısının avesta dilində adı. Tiştriyanın adı pəhləvi və müasir fars dilində Tirdir. Avesta mətnlərində Tiştriyanın keçdiyi arxaik kontekstdən göründüyü kimi, ilahilik və konsepsiya, demək olar ki, Hind-İran mənşəlidir. Zərdüşti dini təqvimində ayın 13-ü və ilin 4-cü ayı Tiştriya/Tirə həsr olunur və buna görə də varlığın adını daşıyır. Aylarının adlarını zərdüşti təqvimindən miras alan İran mülki təqvimində dördüncü aya Tir də deyilir.