istilikkeçirmənin müqaviməti

ру сопротивление теплопроводности en thermal conduction resistance de Wärmeleitwiderstand fr résistance à conduction thermique es resistencia de conducción térmica it resistenza di conduzione termica
istilikkeçirmə itkiləri
istilikötürmə
OBASTAN VİKİ
Elektrik müqaviməti
Elektrik müqaviməti — naqilin uzunluğu ilə düz, en kəsiyinin sahəsi ilə tərs mütənasib olub onun növündən asılıdır və cərəyanın keçməsinə mane olan keyfiyyətdir, R=ρl\S Burada R - naqilin müqaviməti, ɭ - uzunluğu, S - en kəsiyinin sahəsi, ρ - xüsusi müqavimətdir. R=U/İ R-elektrik müqaviməti, U-gərginlik və İ-cərəyan şiddətidir. Elektrik müqavimətinin vahidi BS-də alman alimi Georq Simon Om-un şərəfinə 1 om götürülür. == Əlaqədar anlayışlar == 1 Om - elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Xüsusi müqavimət - tili 1 m olan kub şəkilli naqildən kubun tili istiqamətində cərəyan keçən zaman yaranan müqavimətdir. Xüsusi müqavimətin BS-də vahidi 1 om·m-dir. Xüsusi müqavimətin texniki vahidi - 1 m uzunluqlu 1mm2 en kəsikli naqilin müqavimətidir. Xüsusi müqavimət cədvəllərində hər iki vahidlə qiymət verilir. 1Om mm2\m=10−6Om·m. Kifayət qədər yüksək temperaturlarda metalların müqavimətləri temperaturdan xətti asılıdır, Rt=R0(1+αt).
Materiallar müqaviməti
Materiallar müqaviməti — maşın və cihazların hissələrinin möhkəmliyi, bərkliyi və etibarlığı haqqında elmdir. Materiallar müqaviməti mühəndislik hazırlğının ümumi fənnlər qrupuna aid olub ali təhsildə tədris edilir. Bu fənn ilk dəfə olaraq nəzəri elmlər (fizika, ali riyaziyyat və nəzəri mexanika) və tətbiqi məsələlərin həlli üçün məlum üsulların maşın hissələrinin layihələndirilməsi arasında əlaqə yaratmışdır. Bütün sahələr üzrə təhsil verən mühəndislik ixtisaslarında materiallar müqaviməti fənni öyrədilir. Çünki, bu fənnin tətbiqi olmadan yeni texnikanın analizi və qiymətləndirilməsi mümkün deyil. Materiallar müqaviməti maşın hissələrinin xarici qüvvənin və istiliyin təsirindən deformasiya olunması və gərginliyi kimi məsələləri araşdırır. Fizikanın nəzəri sahələrindən fərqli olaraq burada praktikada asan tətbiq oluna biləcək düsturlardan istifadə edilir. Nəticədə hesablamlar tam dəqiq alınmasa da, böyük ehtimalla maşınların layihələndirilməsini aparmaq olur. Hesabat zamanı təhlükəsizlik baxımından maşın hissələrinin möhkəmliyi böyük ehtiyat əmsalı ilə hesablanır. Tətbiq olunan qüvvədən asılı olaraq maşın hissələrində statik və dinamik möhkəmlik, istiqamətinə görə, dartma və sıxılmada möhkəmlik, həmçinin əyilmə, burulma və kəsilmədə möhkəmlik fərqləndirilirlər.
Yeni erməni müqaviməti
Yeni erməni müqaviməti – erməni terror qrupu. 1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir. Qrupun fəaliyyəti barədə çox az məlumat mövcuddur. Bu qrupdan olan terrorçular həmçinin Britaniyaya, İsrailə və hətta SSRİ-yə qarşı da terror aktları törətmişlər. Bu təşkilatdan başqa heç bir erməni terror təşkilatı SSRİ-yə qarşı terror aktları həyata keçirməyib. “Yeni erməni müqaviməti” təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan “Birləşmiş milli partiyanı” və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyirdi. Qrupun son aksiyası 1983-cü ilin fevralında Belçikada türk turizm agentliyinə qarşı olub. Bundan sonra qrup heç bir terror aktı törətməyib və fəaliyyətini dayandırıb.
İraqda İslam Müqaviməti
İraqda İslam Müqaviməti (ərəb. المقاومة الإسلامية في العراق‎) — ümumi brend və ya şəbəkə kimi müəyyən edilən İraqdakı şiə islamçı üsyançı qruplar üçün istifadə edilən çətir termin.