1. bot. Tropik bitki və onun dadı kəskin yandırıcı dənələr şəklində olan meyvəsi. Qara istiot. – İstiot cinsinin qara istiot növü.
Cənub-Şərqi Asiyanın tropik ölkələrində və Malay adalarında bitən, sarmaşan bitkidir.
2. Bibər. Acı bibər. Bolqar bibəri.
3. Həmin bitkilərin toxumlarından toz halında hazırlanan ədviyyə. Xörəyə istiot vurmaq. Bozbaşın istiotu çoxdur.
– Gülşən qazanın qapağını qaldıranda istiot və toyuq ətinin iyi budkanı bürüdü.
4. məc. Tündlük, acılıq, kəskinlik, hirs, qəzəb mənasında.
Amma mən deyirəm ki, belə millətpərəstliyin istiotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın.
[Gödək kişi] dik-dik Qədirin üzünə baxdı. İstiot kimi tünd cavab verdi.
◊ İstiot dadmaq – bərkə-boşa düşmək, həyatın acılıqlarını dadmaq, ağır günlər keçirmək.
[Salman kişi:] Siz xoşbəxt adamlarsınız, … istiot dadmamısınız, … hər şeyin hazırına gəlibsiniz.