İXTİLAT ƏRƏB

Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma; söhbət. (“Koroğlu” dastanının lüğəti)

Gəl qulaq as bu söhbətə!

Bircə guş ver ixtilata!

Sərim qurban Ərəb ata!

Oynar, kişnər saxlamışam.

                                       (“El aşıqları”)

                     *

Öldürürsən, xanım, gəl məni öldür,

Öldürməynən, xanım, əlin qurbanı!

Ya hurisən, ya pərisən, ya mələk,

Xoş ixtilat, şirin dilin qurbanı!

                                       (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə–İslam”)

İXTİLAT ƏRƏB
İXTİYAR ƏRƏB

Значение слова в других словарях