İŞXAN

onlar; sufi rəhbər; türk xalqlarında dindar.
İSTƏMİ
İŞIQ
OBASTAN VİKİ
İşxan
İşxan — ad. İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Digər İşxan (titul) — Hind–Avropa mənşəli termin olub hərfən "hakim", "ağa" deməkdir. İşxan qızılbalığı — qızılbalıqlar fəsiləsinə aid balıq növü.
İşxan (fədai)
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
İşxan (titul)
İşxan — Hind–Avropa mənşəli termin olub hərfən "hakim", "ağa" deməkdir. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında və Ermənistanda "azqapet", "nahapet" (tayfa başçısı) terminlərinin sinonimi. Əsasən tayfa başçısının siyasi hakimiyyətini (knyazlığın, vilayətin, ölkənin idarə olunması) bildirmək üçün işlədilirdi. VI əsrdən Qafqaz Albaniyasında "işxan" termini müstəqil məna daşıyırdı. ASE, V cild, Bakı, 1981, səh.
İşxan Sağatelyan
İşxan Sağatelyan (erm. Իշխան Վաչիկի Սաղաթելյան; 6 may 1982, Şəhriz, Yelenovka rayonu) — Ermənistan siyasətçisi, Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının sədri. 6 may 1982-ci ildə Ermənistan SSR-də yerləşən Qeqamavan kəndində doğulmuşdur. 2003-cü ildə İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. 2008-ci ildə tarix elmləri namizədi dərəcəsi əldə etmişdir. 1999-cu ildən etibarən Erməni İnqilabi Federasiyasının üzvüdür. 2018-ci ildə keçirilmiş seçkilər zamanı Erməni İnqilabi Federasiyasının namizədi olmuşdur. 2020-ci ildə Ermənistanın İkinci Qarabağ müharibəsidəki məğlubiyyətindən sonra Ermənistanda keçirilən etiraz aksiyalarının başçılarından biri olmuşdur. 12 noyabr 2020-ci ildə etiraz aksiyalarındakı iştirakına görə həbs olunmuşdu.
İşxan qızılbalığı
İşxan qızılbalığı (lat. Salmo ischchan) və ya Göyçə fareli — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Göyçə gölünün endemik canlısıdır. İşxan dörd 4 yarımnövə bölünür. Qış baxtağı və bocak — göl balıqları, Yay baxtağı və Qeqarkun — axarsu balıqlarıdır. İşxan — SSRİ-də yayılmış forellərin ən iri nümayyəndələri hesab edilidi. Onların uzunluğu 90 sm-dən 104 sm qədər, çəkiləri isə 17 kq təşkil edir. Balıqlar əsasən gölün dibində isə yayılmış molyusklarla qidalanırlar. Yetkinlik yaşına 4-6 illərdə çatırlar. Bu zaman uzunluqları 28-33 sm, çəkiləri isə 340—560 q təşkil edir Qış foreli — Göyçə forelinin ən iri yarımnövüdür.
İşxan Əbu Əbdülmalik
İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın oğlu idi. X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi(ru) yazır ki, Х əsrin 40-cı illərində Albaniyada İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır. “Kartli salnaməsi”ə görə İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş. Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir. Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir. Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir. “Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat(ru) (1008–1014/15) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur.
Vasak İşxanik
Vasak İşxanik - Sünik knyazı. 850 – ci illərdə erməni knyazlarla birgə ərəb sərkərdəsi Buğa tərəfindən əsir alınmışdı. Əsirlikdə olduğu dövrdə taxtda onu Sünik sülaləsindən olan Geqarqunik knyazı Vasak Qabur əvəz etmişdir. Əsirlikdən qayıtdıqdan sonra yenidən Sünik taxtına sahib olan Vasak Baqratuni sülaləsinin idarə etdiyi Ani çarlığından vassal asılılığını qəbul etmişdir. Xristian birliyini parçalamağa çalışan Ərəb Xilafəti Qafqazın xristian vilayət hakimlərinin müstəqillik cəhdlərini dəstəkləsə də Vasak “varisləri tərəfindən üsyançı kimi tanınmaq istəmədi” və “Ani çarlığına bağlılığını qorudu". Ölümündən sonra taxtda qardaşı Aşot Süni onu əvəz etmişdi..
İşxanasar
Qızılcıq və ya İşxanasar (erm. Իշխանասար) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim torpağın rəngini bildirən qırmızı mənasında işlənən qızıl sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. Kənddə 1873-cü ildə 165 nəfər, 1886-cı ildə 287 nəfər, 1897-ci ildə 407 nəfər, 1908-ci ildə 450 nəfər, 1914-cü ildə 441 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 122 nəfər, 1931-ci ildə 292 nəfər, 1987-ci ildə 466 nəfər azərbaycanlı yaşamışdır.
İşxanik
İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın oğlu idi. X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi(ru) yazır ki, Х əsrin 40-cı illərində Albaniyada İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır. “Kartli salnaməsi”ə görə İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş. Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir. Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir. Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir. “Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat(ru) (1008–1014/15) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur.
Davit İşxanyan
Davit İşxanyan (27 dekabr 1958, Heşan, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikası siyasətçisi. Erməni İnqilabi Federasiyasının üzvü, 2023-cü ilin avqustundan separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Assambleyasının prezidentidir. O, 2023-cü ilin sentyabrında qısa müddətə Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin səlahiyyətlərini icra edib. == Həyatı == 2023-cü il avqustun 7-də İşxanyan Milli Assambleyanın prezidenti seçilib. Sentyabrın 1-də o, həm də sələfi Arayik Harutyunyanın istefasından sonra prezident səlahiyyətlərini icra etdi və bu vəzifəni 2023-cü ildə keçiriləcək prezident seçkilərinə qədər saxladı. Bu postda İşxanyandan sonra Samvel Şahramanyan keçəcəkdi.
Yuri İşxanyan
Yuri Georgi İşxanyan (erm. Յուրի Գեորգիի Իշխանյան; 9 yanvar 1947, Stepanakert – 14 mart 1998, Xankəndi) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. Yuri Georgi İşxanyan 9 yanvar 1947-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. Xankəndi şəhərində 1 saylı orta məktəbdə, sonra Xankəndi ticarət texnikumunda təhsil almışdır. O, Xankəndi şəhərinin "Qarabağ" futbol komandasında çıxış etmişdir. "Qarmetax" kombinatında, sonra Əsgəran Ticarət İdarəsində işləmişdir. O, müddətli hərbi xidmətini Bakıda başa vurmuşdur. İşxanyan Qarabağ hərəkatının və partizan fəaliyyətinin aktiv iştirakçısı olmuşdur. 1988-ci ildə Əsgəran hadisələrində iştirak etmiş, buna görə bir neçə gündən sonra həbs edilmişdir. O, aprel–avqust aylarında Bakı, Moskva və Şuşa həbsxanalarında saxlanmışdır.