Jurnal Order

mühasibatlıqda sentetik, xüsusi hallarda isə analitik uçotun xronoloji qaydada qeydiyyatının aparıldığı cədvəl.
Jurnal
Kabal
OBASTAN VİKİ
Dorik order
Dorik order Qədim Yunanıstan və ondan sonrakı Qədim Roma memarlığının üç orderindən biri idi. Sütunların üstündəki sadə dairəvi başlıqlar sayəsində Dorik order asanlıqla tanınır. Bəzən mürəkkəb detallara malik olsa da, ən erkən və mahiyyət etibarilə ən sadə orderdir.
Kompozit order
Kompozit order, İonik order başlıqlarının volyutalarını Korinf orderindəki akanthus yarpaqları ilə birləşdirən kompleks bir orderdir.
İonik order
İonik order — (yun. Ιωνικός ρυθμός) Qədim Yunanıstanda mövcud olan klassik orderlərdən biri. Daha qədim dorik orderdən zərifliyinə və mürəkkəbliyinə görə fərqlənir. Buna görədə Qədim Yunanıstanda onu dorik orderdən («kişi») fərqli olaraq "qadına" bənzədirlər Dekorativliyinə və kapitelin görünüşünə görə diqqəti cəlb edir. İonik orderin vətəni İoniya hesab olunur. İoniyalılarda, dorilər, axeylər və eoliyalılar kimi Qədim Yunan tayfalarından biri hesab olnur. İlk ionik order nümunəsi e.ə. VI əsrə təsadüf edilir. Vitruviyə görə bu order ilk dəfə «Dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Artemida məbədidinin tikintisi zamanı tədbiq olunub. Digər fikirlərə görə ilk ionik order nümunələrindən biri Samos adasında olan Heranın məbədi hesab olunur.
Jurnal
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Order of the Leech
Order of the Leech — britaniyalı Napalm Death qrupunun albomu. 2002-ci ildə çıxıb.
Ölümcül order (film, 1990)
Ölüm sərəncamı (ing. Death Warrant) — 1990-cı ildə Daran Sarafyan tərəfindən çəkilən ABŞ filmi. Ölümcül order — Internet Movie Database saytında.
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. Məzəli (jurnal) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
DNA (jurnal)
DNA — Avstraliyanın homoseksual auditoriyasına yönəlmiş populyar jurnal.. 2000-ci ildən bəri hər ay buraxılır. Oxucuların bir çoxu, jurnalın adının niyə DNA olduğunu soruşurlar. Onların fikrincə, bu ad "Deoyxribose Nucleic Acid" (yəni DNT) ifadəsindən gəldiyini deyirlər. Buna jurnal təsisçiləri birmənalı olaraq cavab vermədilər. Jurnalın üz qabığını əsasən amerikalı və avstraliyalı məşhur modellər bəzəyirlər. Lakin üz qabığına düşənlər sırasında sadə insanlar da olur. Jurnalda pop mədəniyyəti, məşhurların anketləri, moda, özünəbaxım və foto mövzuları əhatə edilir. Jurnalı Avstraliyanın bir çox qəzet kiosklarında əldə etmək olar. DNA həmçinin ABŞ, Yeni Zelandiya, Böyük Britaniya, Kanada və Avropanın bir çox ölkələrində də satışa buraxılır.
Details (jurnal)
Details — aylıq kişilər üçün moda jurnalı. Birinci nömrəsi 1982-ci ildə ABŞ-də, Condé Nast Publications nəşriyyat evində, Annie Flanders tərəfindən təsis edilmişdi. Alan Particof jurnalı 1987-ci ildə əldə etdi. Bir ildən sonra Condé Nast nəşriyyat evi jurnalı 2 mln. $ məbləğində aldı. Jurnalın hazırkı formatı 2000-ci ildən sonra təsis edildi. Jurnalın ianəçilər sırasını Augusten Burroughs və Michael Chabon başçılıq edir. Hazırda jurnalın redaktoru Dan Peresdir - avstraliyalı aktrisa Sara Vinterin həyat yoldaşı. Əvvəlki əməkdaşlar sırasına Beauregard Houston-Montgomery də daxildir. 1990-cı ildən 1998-ci ilə kimi, jurnal CD formatda retro musiqilərin pulsuz jurnalın içərisində hədiyyə olaraq verirdi.
Develop (jurnal)
"Develop" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı və eyniadlı veb saytı. "Develop" şirkətinin baş qərargahı Hertfordşir qraflığında, Hertford şəhərində yerləşir. "Develop"u oyun sənayesi və videooyunlara həsr olunmuş digər nəşrlərdən fərqləndirən öz diqqətini videooyunların istehsalı və oyun istehsalçılarına yönəltməsidir. Jurnalın bütün materiallarını dərc edən "develop-online" veb-saytı 17 iyul 2007-ci ildə fəaliyyətə başlamışdır. "Develop" videooyun istehsalçıları üçün Braytonda "Develop conference" adlı illik konfransına ev sahibliyi edir. İlk konfrans 2006-cı ildə keçirilmişdir. "Develop 100" dəstəklənən oyun istehsalçıları üçün illik reytinq sistemidir. "Develop 100" videooyunların istehsalı ilə məşğul olan dünyanın ən böyük studiya və şirkətlərinin reytinqlərini özündə əks etdirir və müxtəlif meyarlara əsaslanır. 2009-cu ildə "Blizzard" şirkəti "Develop 100"də birinci yeri tutaraq keçmiş lider "Nintendo"nu ikinci yerə salmışdır.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dəbistan (jurnal)
"Dəbistan" jurnalı — ilk pedaqoji jurnal. "Dəbistan" maarifçi jurnalı Bakıda 16 aprel 1906-cı ildə Azərbaycan dilində nəşrə başladı. Jurnal əvvəl Əli İsgəndər Cəfərzadə ilə Məhəmmədhəsən bəyin müdirliyi və naşirliyilə nəşr edilirdi. Azərbaycanda ana dilində müstəqil uşaq mətbuatının yaranması Əlisgəndər Cəfərzadənin adı ilə bağlıdır. Jurnalın 1906-cı ildə 18 nömrəsi, 1907-ci ildə 7 nömrəsi, 1908-ci ildə isə 2 nömrəsi çıxmışdır. "Dəbistan" məcmuəsinin başında belə bir bəyanat vardı: Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər. Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. "Dəbistan"da pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Bunlardan əlavə bir çox tərcümələr və Osmanlı əsərləri dərc olunurdu, möhtərəm şəxslərin şəkilləri dərc olunurdu.
Dəryal (jurnal)
Dəryal — ədəbi jurnal 1991-ci ildən Şimali Osetiyada nəşr olunur. Rübdə bir nəşr olunur. 1996-cı ildən bəri illik buraxılış planına xüsusi bir gənclik sayı (beşinci), 2004 -cü ildən bu günə qədər ildə 6 dəfə nəşr olunmuşdur. 2019-cu ildə ayrı bir gənclik mövzusu ənənəsi yenilənir. "Daryal" 1991 -ci ildə 1931-ci ilin mayından nəşr olunan "Ədəbi Osetiya" almanaxını əvəz edir. Yeni jurnal ədəbi-bədii və ictimai-siyasi bir jurnal olaraq təyin edilir. Jurnala Şimali Osetiyada tanınmış yazıçı və publisist Ruslan Totrov rəhbərlik edir. Jurnal rus dilində nəşr olunur. Burada həm orijinal əsərlər, həm də osetin dilindən və Şimali Qafqazın digər dillərindən tərcümələri nəşr olunur. Əsasən Osetiya yazıçılarına aid olan nəsr, şeir, tənqidi və publisistik məqalələrlə yanaşı, jurnal osetiyalı incəsəntlə müsahibələr və əsərlərinin reproduksiyası da daxil olmaqla təsviri sənətlə bağlı materiallar dərc edir.
Edge (jurnal)
Edge — "Future Publishing" müəssisəsi tərəfindən oktyabr ayında 1993-cü ildə nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniya jurnallarından biridir. Jurnalda hər il müxtəlif mükafatlar təqdim edilir. "Edge" jurnalında çox az oyunlara böyük resenziya verilmişdir. Böyük resenziya verilənlər içərisində "Mario" video oyunları xüsusilə seçilir.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Emel (jurnal)
Emel jurnalı — Müstəcib Ülküsal və 9 dostu tərəfindən 1 yanvar 1930-cu ildə Rumıniyanın hakimiyyəti altında olan Cənubi Dobruca, Hacıoğlu Bazarcığda nəşr olunan bir mədəniyyət jurnalıdır. Jurnal Krım mübarizəsini türk və dünya ictimaiyyətinə çatdıran mühüm bir mətbuat orqanı idi. İkinci Dünya müharibəsində almanların ruslarla imzaladığı müqavilələrdən sonra Rumıniyaya gəlmələri 11 il ara vermədən yayımlanan Emel jurnalının bağlanmağına səbəb oldu. Türkiyəyə yerləşən Ülküsal Müstəcib 20 illik fasilədən sonra 1960-cı il noyabrın 1-dən jurnalı Ankarada yenidən nəşr etməyə başladı. 1962-ci ilin noyabrından sonra jurnalın inzibati mərkəzi İstanbula köçdü. Daimi nəşrini, yeni nəsil Emelçilərin rəhbərliyi altında 1983-cü ildən 1998-ci ilə qədər, Ankarada 48 səhifəlik jurnal şəklində davam etdirdi. Emel Kırım Vəqfinin ümumi yığıncağında, Emel jurnalının 3 aylıq müddətdə 2008-ci ildə yenidən nəşr edilməsi qərara alındı. Jurnalın sahibi Emel Kırım Vəqfi adından Zəfər Qaratay, baş redaktoru isə Saim Osman Qaraxan idi. Emel jurnalının 2011-ci il sentyabr ayının 236-cı sayı ilə bir daha nəşr həyatını başa vurdu. 23 aprel 2015-ci ildə Saim Osman Qaraxanın ölümündən sonra İstanbul Krım Dərnəyinin nəşr orqanının baş redaktoru Özgür Qaraxan 2016-cı ildə bu vəzifəyə təyin edildi.
Evening (jurnal)
"Evening" (イブニング, Ibuningu) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən hər iki həftədən bir nəşr olunan seynen manqası jurnalı. Jurnal B5 formatında ağ-qara qəzet kağızı üzərində çap olunur, bir sayının qiyməti təqribən 800 ¥ (7 manat) olur. 2015-ci ildə jurnal 115.617 tirajla satılmışdır. 2010-cu ildə bu rəqəm 147.980, 2008-ci ildə 166.000 idi.
Forbes (jurnal)
Forbes — ABŞ-də iki həftədə bir nəşr olunan bir biznes jurnalı. 1917-ci ildə Şotlandiyadan ABŞ-yə köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bugünkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir. Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar. Forbesin internet saytı,Forbes.com özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir.
Füyuzat (jurnal)
"Füyuzat" — ictimai jurnal. Bir il ərzində 32 sayı işıq üzü görüb. "Füyuzat" kəlməsi mənşəcə ərəb sözu olub, sözlük mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir. "Füyuzat" jurnalının 1-ci nömrəsi 1906-cı il noyabrın 1-də nəşr olunub. Jurnalın sponsoru maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev idi. Jurnalın səhifələrində onun baş redaktoru Əli bəy Hüseynzadə ilə birgə Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Əhməd Kamal, Əhməd Raiq və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdilər.
GEO (jurnal)
GEO — Səyahət tematikasına yönəlmiş beynəlxalq elmi-populyar jurnal. Əsası 1976-cı ildə Almaniyada qoyulmuşdu. Məqalələrin əsas mövzuları coğrafiya, tarix, mədəniyyət, etnoqrafiya, biologiya, psixologiya, astronomiya, səyahət, bioqrafiya və digərləridir. Əsas janr — reportajlardır. GEO jurnalının buraxılışı 1976-cı ildə Almaniyada, Hamburqda yerləşən «Gruner + Jahr» adlı nəşriyyat evində başlamışdı. 1979-cu ildə jurnal həmçinin Fransada, 1986-cı ildə isə İspaniyada da çap edilmişdi.
GMR (jurnal)
"GMR" — ABŞ və Kanada aylıq videooyun jurnalı. "Ziff Davis" tərəfindən nəşr olunurdu. "GMR" 2003-cü ilin fevralında fəaliyyətə başlamış, ilk vaxtlarda yalnız Electronics Boutique (EB) videooyun mağazalar şəbəkəsində satılmışdır. Jurnalın fəaliyyəti düz iki il davam etmişdir. Jurnal "Electronics Boutique" tərəfindən maliyyələşdirildiyi üçün "Gamestop" şirkəti "EB Games" ilə birləşdirildiksən sonra jurnalın dövriyyəsi dayandırılmışdır. Buna səbəb "Gamestop"un öz jurnalı olan "Game Informer" idi. "GMR" 2003-cü ilin avqust nömrəsinin çıxarılmasından sonra nüfuzuna xələl dəymişdir. Bu, zamanlar çox gözlənilən "Xbox" döyüş oyunu "Ninja Gaiden" üçün eksklüziv ilk resenziya kimi təqdim edilmişdir. Oyun nömrənin üz qabığında nümayiş etdirilmişdi və ona əla rəy verilmişdi, lakin çox keçməmiş, oyunun istehsalçısı onun buraxılışını 2004-cü ilin əvvəlinə qədər təxirə salmışdır. Beləliklə, "GMR" tərəfindən yayımlanmış resenziya oyunun istehsalda olan versiyasına əsaslandığı üçün etibarsız sayılmışdır.
Geostrategiya (jurnal)
Geostrategiya — Azərbaycanda nəşr olunan aylıq ictimai-siyasi, elmi-publisistik jurnal. Geostrategiya jurnalının təsisçisi "Kaspi" Geosiyasi Araşdırmalar Mərkəzi, baş redaktoru isə tarix elmləri doktoru, professor Əli Həsənovdur. Jurnal Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkənin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırır. Nəşrin hər nömrəsində Azərbaycanın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının, karbohidrogen ehtiyatlarının təhlilinə yer verilir. Jurnalda neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması kimi aktual məsələlərə də diqqət ayrılır. Jurnal, əsasən, Azərbaycan dilində fəaliyyət göstərsə də, rusdilli auditoriyanın istəyi nəzərə alınaraq rus dilində də yazılar dərc edilir. Geostrategiya jurnalı Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərdəndir.
Glamour (jurnal)
Glamour — aylıq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1939-cu ildə ABŞ-də təsis edilmişdi. Jurnal əvvəlcə «Glamour of Hollywood» — Hollivud qlamuru. ABŞ-də jurnalın oxuyucuların sayı 2,4 mln. nəfərdir. Birləşmiş Krallıq, ABŞ, Fransa, İtaliya, Almaniya, İspaniya, Rusiya, Yunanıstan, Niderland, Polşa, Macarıstan və Rumıniyada çap edilir. Jurnalın auditoriyası - 19-43 yaşlı qadınlar. Britaniyalı «Glamour» hər il «National Glamour Week» adlı festival keçirir. Cib formatlı Glamour jurnalı 1998-ci ildə İtaliyada icad edilib. Alice Thompson (1939–1941) Elizabeth Penrose (1941–1953) Nina Kyle (1953–1954) Kathleen Aston Casey (1954–1967) Ruth Whitney (1967–1998) Bonnie Fuller (1998–2001) Cynthia Leive (2001–indiyə gədər) Glamour jurnalının üz qabığında Kira Naytli, Qvinet Peltrou, Milla Yovoviç, Skarlet Yohansson, Keyt Bekinseyl, Cennifer Lopez, Naomi Uotts,Kayli Minouq, Eva Lonqoria, Fergie, Keyt Hadson, Sara Cessika Parker, Cessika Simpson, Qven Stefani,Kirsten Danst, Penelopa Kruz, Odri Totu, Natali Portman, Keyt Blanşett, Rene Zellveger,Nikol Kidman, Şarliz Teron, Lindsi Lohan, Mena Suvari, Keyt Uinslet, Liv Tayler, Drü Berrimor, Tatyana Sorokko, Kristina Agilera, Sienna Miller, Ancelina Coli və Enn Hetey, rusiyalı ulduzlar - (Alsu, Tina Kandelaki, Çulpan Xamatova, Alina Kabayeva, Mariya Şarapova, Yelena Dementyeva, Nataliya Vodyanova, Yelena Korikova, İngeborqa Dapkunayte, Anastasiya Zavorotnyuk, Kseniya Sobçak və Oksana Akinşina).
Göyqurşağı (jurnal)
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
Göyərçin (jurnal)
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər. "Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur.