Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal.
Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir.
Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb[1].
"Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb.[2]
Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
- İsa Həbibbəyli — AMEA-nın prezidenti, akademik
- Ağahüseyn Şükürov — AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru
- Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
- Arif Həşimov — AMEA-nın I vitse-prezidenti v.i.e., akademik-katib, akademik
- Dilqəm Tağıyev — AMEA-nın vitse-prezidenti, akademik
- İbrahim Quliyev — AMEA-nın vitse-prezidenti, akademik
- Ömər Eldarov — Akademik
- Rasim Əliquliyev — AMEA-nın vitse-prezidenti, akademik
- İradə Hüseynova — AMEA-nın vitse-prezidenti, akademik
- Nərgiz Paşayeva — AMEA-nın vitse-prezidenti, akademik
- Tofiq Nağıyev — AMEA-nın vitse-prezidenti, akademik
- Gövhər Baxşəliyeva — AMEA-nın vitse-prezidenti v.i.e., akademik
- Cəmil Əliyev — AMEA Rəyasət Heyətinin üzvü, akademik
- Əhliman Əmiraslanov — Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik
- İsmayıl Hacıyev — AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik
- Fuad Əliyev — AMEA-nın Gəncə Bölməsinin sədri, akademik
- Fərhad Xəlilov — Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
- Firəngiz Əlizadə — Azərbaycan Bəstəkarlar İttifaqının sədri
- Oktay Qasımov — AMEA-nın müxbir üzvü
- Se Fuçjan — Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik
- Mehmet Həkimoğlu — Türkiyə, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor
- Müzəffər Şəkər — Türkiyə Elmlər Akademiyasının prezidenti, professor, doktor
- Behzad Yuldaşev — Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik
- Murat Jurinov — Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik
- Taliya Xabriyeva — Rusiya Elmlər Akademiyası prezidentinin müavini, akademik
- Nikolay Sokolovski — Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutunun əməkdaşı, professor
- Boris Nikolov — Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik
- Stefani Sini — İtaliya (professor)