KÖÇƏRİ

прил. куьчери (1. са чкадал алачир, гьамиша санай масаниз куьч жедай; köçəri xalqlar куьчери халкьар; 2. куьчерийрихъ, абурун яшайишдихъ галаз алакъалу тир; куьчерийрин; 3. гьавадилай (шараитдилай, къуьд ва я гад хьунилай) аслу яз чка дегишдай, мес. къушар, гъетер, хперин суьруьяр ва мсб.; 4. пер. са чкадал кьарай текъвер, фад-фад чка дегишдай).
KÖÇƏRGİ
KÖÇƏRİLİK
OBASTAN VİKİ
Köçəri
Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü. “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir. == Tarixi == “Köçəri” rəqsi Yallı rəqsinin bir növü olduğundan, onun yaranma tarixi yallının tarixi qədər hesab oluna bilər. Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.
Köçəri Məmmədov
Köçəri Əsgər oğlu Məmmədov (16 oktyabr 1946, Düzrəsullu, Gədəbəy rayonu – 26 may 2008, Bakı) — Azərbaycan operatoru. == Həyatı == Köçəri Əsgər oğlu Məmmədov 16 oktyabr 1946-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, sonradan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində ixtisas artırma kurslarını bitirib. Həcc ziyarətində olmuşdur. Hacı Köçəri Məmmədov 26 may 2008-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1969-cu ildən 2008-ci ilədək "Azərbaycanfilm" kinostudiyasında işləyib. Sənədli və xronikal filmlərin operatorudur. 50-dən çox filmin heyətində çalışmışdır. == Filmoqrafiya == Operator assistenti kimi Aşıq Ələsgər (film, 1972)(qısametrajlı sənədli film) Operator kimi Çətin yol (film, 1975)(qısametrajlı sənədli film) Yay günləri (film, 1977)(qısametrajlı sənədli film) Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)(qısametrajlı sənədli film) Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)(qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979)(qısametrajlı sənədli film) Gənclərin 50 yaşlı teatrı (film, 1979)(qısametrajlı sənədli film) Anda sədaqət (film, 1980)(qısametrajlı sənədli film) Azərbaycanın əkilən otlaqları (film, 1980)(qısametrajlı sənədli film) Dostluq körpüləri (film, 1980)(qısametrajlı sənədli film) Xaqani (film, 1980)(qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981)(qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)(qısametrajlı sənədli film) Salam, İordaniya (film, 1981)(qısametrajlı sənədli film) Təsərrüfatlararası birlik (film, 1981)(qısametrajlı sənədli film) Ürək yaddaşı (film, 1981)(qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982)(qısametrajlı sənədli film) Poeziya bayramı (film, 1982)(qısametrajlı sənədli film) Aşıqlar (film, 1983)(qısametrajlı sənədli film) Azərbaycan kauçuku (film, 1983)(qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983)(qısametrajlı sənədli film) Söz sizindir, şəriklər (film, 1983)(qısametrajlı sənədli film) Zireh qalalar (film, 1983)(qısametrajlı sənədli film) Ulu diyar (film, 1984)(qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1985)(qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Köçəri qəbiristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri qəbristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri çəyirtkə
Köçəri çəyirtkə (lat. Locusta migratoria) və ya Asiya çəyirtkəsi — əsl çəyirtkələr (Acrididae) fəsiləsindən düzqanadlılar növləri. == Polifaq == Tarla, bağ, bağ, meşə, tərəvəz, bostan, giləmeyvə və müxtəlif texniki bitkilərə zərər verir. Qarışıq forma 300 kilometrə qədər miqrasiya edir. Aralıq Avropa, Asiya, Afrikanın geniş ərazilərini əhatə edir. Bu sahədə növ 7 alt növ təşkil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бей-Биенко, Григорий Яковлевич. Руководство по учету саранчовых. Л.: Упр. Службы учета Гос.
Rəqəmsal köçəri
Rəqəmsal köçəri — texnologiya və internetdən istifadə edərək uzaqdan işləyərkən sərbəst səyahət edən insanlar. Bu cür insanlar ümumiyyətlə, minimal maddi imkanlara malikdirlər və internetə daxil olmaq üçün Wi-Fi, smartfonlar və ya mobil giriş nöqtələrindən istifadə edərək, müvəqqəti yaşayış yerlərində, otellərdə, kafelərdə, ictimai kitabxanalarda, birgə iş yerlərində və ya səyahət avtomobillərində uzaqdan işləyirlər. Rəqəmsal köçərilərin əksəriyyəti özlərini proqramçılar, məzmun yaradıcıları, dizaynerlər və ya tərtibatçılar kimi təsvir edirlər. Bəzi rəqəmsal köçərilər daimi səyahətçilərdir, digərləri isə bu həyat tərzini yalnız qısa müddətə saxlayırlar. Bəzi köçərilər bir çox ölkəni gəzərkən, digərləri bir ərazidə qalırlar. Bəziləri avtomobildə yaşayarkən səyahət etməyi seçə bilər, bu da əsasən mikroavtobus həyatı kimi tanınan bir təcrübədir. 2020-ci ildə bir araşdırma, 10,9 milyon amerikalı işçinin özünü rəqəmsal köçərilər kimi təsvir etdiyini, bunun 2019-cu ilə nisbətən 49% artdığını göstərdi. İlk rəqəmsal köçərilərdən biri, 1983-cü ildən 1991-ci ilə qədər gecə düşərgə qurmazdan əvvəl gün ərzində danışmağa, yazmağa və hərəkətdə işləməyə imkan verən həvəskar radio və digər avadanlıqlarla təchiz edilmiş, kompüterləşdirilmiş uzadılmış velosipeddə ABŞ boyunca 10.000 mildən çox məsafə qət edən Stiven Roberts idi. Roberts Popular Computing jurnalında "yüksək texnologiyalı köçəri" kimi yer almışdır. "Rəqəmsal köçəri" termini 1990-cı illərin əvvəllərində kompüter şəbəkələrinin böyüməsi və notbuklar, planşetlər və PDA kimi mobil cihazların populyarlaşması nəticəsində mümkün olan yüksək texnologiyalı səyahət həyat tərzinin yeni növünü təsvir etmək üçün istifadə olunmağa başladı.
Aşıq Sakit Köçəri
Aşıq Sakit Köçəri — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1943-cü ildə Dağıstan MR Axtı rayonunun Xnov kəndində anadan olub. 1979–1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Aşıq Sakit Köçəri Aşıq Şəmşirin sonuncu şəyirdi olub. Həm də yaradıcı aşıq olmuşdur. Dərbənddə müəllim işləmişdir. O, ömrünün sonlarını Dərbənddə yaşamış və orada vəfat etmişdir. 20 aprel 2010-cu ildə Dərbənd şəhərində vəfat etmiş və Şəkidə dəfn olunmuşdur. == Kitabları == "Dünyanı yenə bilsən" 1997 "Belə ustad olammazdı" 2007 "Dağların səsi" 2007 == Mənbə == Füzuli Ramazanoğlu, "Aşıq Sakit Köçəri", Dünya qəzeti. 28 yanvar 2011-ci il.
Köçəri yaşayış yeri
Köçəri yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndindən 7-8 kilometr şimalda XIV-XVII əsrlərə aid yaşayış yeri. == Tarixi == Yaşayış yerində dördkünc formalı tikintilərin qalıqları saxlanmışdır. Divarlar qaya parçalarından gil məhlulu istifadə olunmaqla inşa olunmuşdur. Yaşayış yerinin şimal tərəfində daşdan inşa olunmuş məscidin qalıqları var. Böyük bir qismi dağılmış yaşayış yerinin yerüstü əlamətləri itmişdir. Araşdırmalar zamanı yaşayış yerinin ərazisindən orta əsrlərə aid şirli və şirsiz keramika məmulatlarının parçaları aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən Köçəri yaşayış yerini XIV-XVII əsrlərə aid etmək olar.
Azərbaycan köçəri həyatı
Azərbaycan köçəri həyatı — Azərbaycan mədəni mühitində tarixən və müasir dövrdə köçəri (tərəkəmə) və ya yarımköçəri (elat) həyat tərzi keçirən şəxs və ya icmaların tarixi, mədəniyyəti və adət-ənənələri. Azərbaycanda elatların istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi. Yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir. 2023-cü ildə xınalıqların mədəni mühiti və Azərbaycandakı köç yolu Dünya irsi adına layiq görülmüşdür. Azərbaycan Macarıstanda keçirilən Böyük Hun-Türk Qurultayının və müxtəlif ölkələrdə keçirilən Dünya Köçəri Oyunlarının daimi iştirakçısıdır. == Terminologiya == Elat. İranda və Azərbaycanda çoxu türk soylu olan köçəri xalqlarını təsvir etmək üçün istifadə edilən ərəb mənşəli addır. Tərəkəmə. XIX əsr — XX əsrin əvvəllərində köçəri mənasında işlədilir, köçəri Azərbaycan türkləri üçün istifadə edilirdi.
Dünya Köçəri Oyunları
Dünya Köçəri Oyunları ( World Nomad Games , Всемирные игры кочевников Orta Asiyada ənənəvi idmanı və türk mədəniyyətini yaymaq və yaşatmaq üçün təşkil edilən beynəlxalq yarış. Dünya Etnoidman Konfederasiyasının əsas maraqlı tərəf kimi töhfə verdiyi təşkilat; 2-ci Konqres 2012-ci ildə Bişkekdə baş tutub. İlk dəfə 2014-cü ildə Türk Şurasının Zirvə toplantısında Qırğızıstanın təklifi ilə keçirilib. == Haqqında == İştirakçı ölkələr: Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkiyə, Türkmənistan, Tacikistan və Rusiya ( Yakutiya, Buryatiya, Altay, Kalmıkiya, Başqırdıstan və s.), Əfqanıstan, Filippin və ABŞ . Dünyanın ən mühüm idman və mədəniyyət festivallarından biri olan və əvvəllər Qırğızıstanda üç dəfə, dördüncüsü isə 2020-ci ildə Bursada keçirilməsi planlaşdırılan tədbir COVID-19 səbəbilə 2021-ci ilə təxirə salınıb. Lakin pandemiyanın davam etməsi ilə əlaqədar tədbir 29 sentyabr 2022-ci il tarixində başlayıb. Yarışlarda 102 ölkədən 3000-dən çox idmançı iştirak edib. == İdman və növləri (2014) == Alış (güləş növü) - (Alysh) Salburun (Salburun) Şaqay (Shagai) At sürmə (At Çapma) Şəxsi Eniş (Er Enish) Toğuz Korgool (Toguz korgool) Kuraş (Kurash) Gökbörü (Kök-boru) == Turnir siyahısı == Mənbə: 9-14 sentyabr 2014-cü il Çolpon-Ata oyunlarının keçirildiyi ilk il olmuşdur. Qırğızıstan hökuməti oyunlara 3 milyon dollar xərcləyib. 2020-ci ildə təşkilat COVID-19 pandemiyası səbəbindən 2022-ci ilə təxirə salındı.
Hava Köçəriləri
Hava Köçəriləri — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. Od milləti tərəfdən başlayan Yüz illik müharibə başlayanda Aanqdan başqa bütün Hava Köçəriləri Od Lordu Sozin tərəfdən məhv edilmişdilər. == Görünüşü == Millətin görünüşü Tibet rahiblərinin görünüşü əsasında yaradılmışdır. Əsasən qara saçlı (kişilər rəhib ilduğuna görə keçəldilər), palıdılı gözlər, bədənlərinə (körpə yox,) uşaq yaşında bədənlərdə ox tatusu yazdırırlar. == Mədəniyyət == Hava Köçəriləri rəhibləridilər, məişəti çox asan və pasifistikdir. Onlar tamamilə vegeteriandılar (ətlərdən təkcə yumurtanı yeyirdilər). Uşaqlar aerobol kimi Hava magiyanı istifadə edə oyunlar oynayırdılar. Geyimləri əsasən sarı və palıdı rənglərdəidilər.
Köçərilik
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Köçərilər (1933)
== Məzmun == Lirik planda çəkilmiş bu filmdə köçərilərin oturaq həyat keçirmələri üçün görülən tədbirlərdən danışılır. Filmdə respublikamızda yeni kəndlərin, şəhərlərin salınması, köhnəliklə yeniliyin müqayisəsi konkret misallarla poetik tərzdə təsvir olunmuşdur. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Səməd Mərdanov Ssenari müəllifi: Z.Zakirov Operator: Boris Pumpyanski Operator assistenti: Muxtar Dadaşov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Köçərilər (film, 1933)
== Məzmun == Lirik planda çəkilmiş bu filmdə köçərilərin oturaq həyat keçirmələri üçün görülən tədbirlərdən danışılır. Filmdə respublikamızda yeni kəndlərin, şəhərlərin salınması, köhnəliklə yeniliyin müqayisəsi konkret misallarla poetik tərzdə təsvir olunmuşdur. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Səməd Mərdanov Ssenari müəllifi: Z.Zakirov Operator: Boris Pumpyanski Operator assistenti: Muxtar Dadaşov == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 340. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çinarə Köçəriyeva
Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı; uşaq hekayələri yazarı; Azərbaycan Yazıçılar Birliyinin üzvü; 10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir. Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub. 2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib. 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib.
Köçərilər diyarı
Köçərilər diyarı (ing. Nomadland) — 2020-ci il ABŞ istehsalı drama filmi. Rejissoru və ssenari müəllifi Xloya Çjaodur. Film Cessika Bruderin 2017-ci ildə yazdığı "Nomadland: Surviving America in the Twenty-First Century" kitabı əsasında çəkilib. Film ABŞ-də köçəri həyat tərzi yaşayan dul qadının həyatından bəhs edir. Xloya Çjao və Frensis Makdormand filmdəki işinə görə "Oskar" mükafatına layiq görülmüşdür.

Значение слова в других словарях