Konrad sərhəddi
Konrad sərhəddi (ing. Conrade discontinuity) — seysmik dalğaların sürətinin artması ilə müəyyən edilən yer qabığının qranit (yuxarı) və bazalt (aşağı) təbəqələrini ayıran şərti sərhəd. Konrad sərhəddindən keçərkən uzununa seysmik dalğaların sürəti təxminən 6-dan 6,5 km/s-ə qədər kəskin şəkildə artır. Bir sıra yerlərdə səth izlənilmir və seysmik dalğaların sürətləri dərinliyə doğru tədricən artır. Bəzən, əksinə, sürətlərin kəskin artmasının bir neçə səthi izlənilir.
Konrad sərhəddi materik qabığının müxtəlif bölgələrində 15–20 km dərinlikdə izlənilir, lakin okean qabığının altında rast gəlinmir.
1925-ci ildə Alp dağlarında zəlzələni tədqiq edərkən sərhədin mövcudluğunu təyin etmiş Avstriya geofiziki V. Konradın şərəfinə adlandırılmışdır.
Bununla belə, 1960-cı illərdən başlayaraq bu nəzəriyyə geoloqlar arasında fəal şəkildə mübahisə edilir, çünki Konrad sərhəddin dəqiq geoloji əhəmiyyəti hələ də aydınlaşdırılmayıb. Kola dərin quyunun qazılması zamanı da müəyyən edilməmişdir. Amfibolit fasiyasından qranulit fasiya metamorfizminə keçidi təmsil etməsi ehtimalını Vredefort strukturunun yuxarı mərkəzi hissəsinin və onu əhatə edən Kaapvaal kratonunun müşahidələri ilə təsdiq edilmişdir.