kölgələmə sərhəddi, kölgələnmə sərhəddi

ру граница затенения en shadow border de Schattengrenze fr limite d'ombre es límite de sombra it limite d'ombra
kölgələmə proyeksiyası, kölgələnmə proyeksiyası
kölgəli tərəf
OBASTAN VİKİ
Konrad sərhəddi
Konrad sərhəddi (ing. Conrade discontinuity) — seysmik dalğaların sürətinin artması ilə müəyyən edilən yer qabığının qranit (yuxarı) və bazalt (aşağı) təbəqələrini ayıran şərti sərhəd. Konrad sərhəddindən keçərkən uzununa seysmik dalğaların sürəti təxminən 6-dan 6,5 km/s-ə qədər kəskin şəkildə artır. Bir sıra yerlərdə səth izlənilmir və seysmik dalğaların sürətləri dərinliyə doğru tədricən artır. Bəzən, əksinə, sürətlərin kəskin artmasının bir neçə səthi izlənilir. Konrad sərhəddi materik qabığının müxtəlif bölgələrində 15–20 km dərinlikdə izlənilir, lakin okean qabığının altında rast gəlinmir. 1925-ci ildə Alp dağlarında zəlzələni tədqiq edərkən sərhədin mövcudluğunu təyin etmiş Avstriya geofiziki V. Konradın şərəfinə adlandırılmışdır. Bununla belə, 1960-cı illərdən başlayaraq bu nəzəriyyə geoloqlar arasında fəal şəkildə mübahisə edilir, çünki Konrad sərhəddin dəqiq geoloji əhəmiyyəti hələ də aydınlaşdırılmayıb. Kola dərin quyunun qazılması zamanı da müəyyən edilməmişdir. Amfibolit fasiyasından qranulit fasiya metamorfizminə keçidi təmsil etməsi ehtimalını Vredefort strukturunun yuxarı mərkəzi hissəsinin və onu əhatə edən Kaapvaal kratonunun müşahidələri ilə təsdiq edilmişdir.
Avropa-Asiya sərhəddi
Avropa-Asiya sərhədi — Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. Rusiya ərazisində sərhədin ümumi uzunluğu təxmini 5524 km-dir (bunun 2000 km Ural silsiləsi boyunca, 990 km Xəzər dənizi boyunca yerləşir.). Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası var: Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcısı. Avropanın ayrılması özü məntiqin və coğrafi şərtliliyin deyil, tarixin nəticəsidir. Eramızdan əvvəl VI əsrdən etibarən Avropa və Asiyanın sərhəddi indiyə qədər qərbdən şərqə doğru əhəmiyyətli bir hərəkətlilik yaşamışdır. Qədim yunanlar bunu Aralıq dənizinin orta hissəsinə qədər uzatmışdılar. Daha sonra e.ə. 524–457-ci illərdə Kerç boğazı və Don çayı sərhəd sayılmağa başlanılır. Ptolemeyin böyük elmi nüfuzu bu fikrin möhkəm qurulmasının və XVIII əsrə qədər dəyişməməsinin səbəbi idi. 1730-cu ildə İsveç alimi Filipp İohann fon Stralenberq dünya elmi ədəbiyyatında Avropa ilə Asiya arasında sərhəd çəkmək fikrini ilk dəfə əsaslandırır.